Мөһсин Гәраәти


“ƏNAM” SURƏSİ (6-cı surə, 165 ayə)



Yüklə 3,26 Mb.
səhifə187/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   183   184   185   186   187   188   189   190   ...   405

“ƏNAM” SURƏSİ

(6-cı surə, 165 ayə)

Yeddi, səkkizinci cüzlər

“Ənam” surəsinin siması


Yüz altmış beş ayədən ibarət olan bu surənin bütün ayələri birdəfəyə, Məkkədə və xüsusi bir təmtəraqla nazil olmuşdur. Cəbrail bu surəni yetmiş min mələyin müşayiəti ilə peyğəmbərə nazil etmişdir.

Bu surənin ayələrinin əsas çağırışı şirklə mübarizə və tövhidə dəvətdir. Ərəbistan yarımadasındakı müşriklər bəzi dördayaqlıları halal, bəzilərini isə haram saydıqlarından Quran bu sayaq xurafatlarla mübarizəyə qalxaraq surənin 136-cı ayəsindən sonunadək dördayaqlıların hökmlərini bəyan edir. Buna görə də surə “ənam”, yəni “dördayaqlılar” (davar) adlandırılmışdır.

Bu surənin fəziləti və onun tilavətinin faydaları haqqında rəvayətlər nəql olunmuşdur. O cümlədən, İmam Sadiq (ə) buyurur ki, hər kəs (iki salamla) dörd rəkət namaz qılsa və namazda bu surəni tilavət edib sonra dua oxusa, istəyi qəbuldur.1
بسم الله الرحمن الرحيم

Rəhman və Rəhim Allahın adı ilə
1. ﴿الْحَمْدُ لِلّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ ثُمَّ الَّذِينَ كَفَرُواْ بِرَبِّهِم يَعْدِلُونَ﴾

Sitayiş göyləri və yeri yaratmış, qaranlıqları və nuru qərar vermiş Allaha məxsusdur. Amma kafirlər (başqalarını) Allaha bərabər və tay tuturlar.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin