Nöqtələr
◘“Bəsa” döyüş, yoxsulluq, qəhətlik, sel, zəlzələ, keçici xəstəlik, “zərra” isə qəm-qüssə, alçalmaq, cəhalət, iflas deməkdir.
◘Həzrət Əli (ə) buyurmuşdur: “Əgər çətinliklər zamanı xalq Allah dərgahına sədaqətlə nalə çəksə, Allahın lütfünə nail olar.”2 Mövləvi bu həqiqəti belə nəzmə çəkir:
Haqqın hüzurunda çəkilən fəğan,
Üstündür bir ömür səcdədən, inan.
Zoru kənara qoy, tut nalə yolun,
Göylər ağlayana uzadır əlin.
Bildirişlər
1. Xalq arasında peyğəmbərin besəti tarix boyu gerçəkləşmiş ilahi sünnələrdəndir.
2. Keçmişdəkilərin başlarına gələnlər gələcəkdəkilər üçün ibrətdir.
3. Tərbiyə və hidayətdə bəzən təzyiq və sərtlik də lazım gəlir.
4. Çətinliklər fitrəti oyadan və diqqəti Allaha yönəldən yollardandır.
5. Hər rifah lütf, hər əziyyət qəzəb sayılmamalıdır.
6. Bəzi inadkarlar hətta sıxıntı və çətinlik vasitəsi ilə də ram olmurlar.
43. ﴿فَلَوْلا إِذْ جَاءهُمْ بَأْسُنَا تَضَرَّعُواْ وَلَـكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُواْ يَعْمَلُونَ﴾
“Bəs nə üçün Bizim çətinliklərimiz onlara yetişdikdə tövbə edib nalə çəkmədilər? Bəli, (həqiqət odur ki,) onların qəlbi daşlaşıb bərkimiş və Şeytan gördükləri işləri onlara gözəl cilvələndirmişdir.”
Dostları ilə paylaş: |