Bildirişlər
1. Peyğəmbərlərin iş çərçivəsini yalnız Allah müəyyənləşdirir.
2. Peyğəmbərlərin işi məcburiyyət yox, müjdə və qorxutmadır.
3. Peyğəmbərlərin ümumi üsulu eyni olmuşdur.
4. Hidayət və tərbiyə qorxu və ümid, cəza və mükafat kimi iki əsas üzərində müəyyənləşmişdir.
5. İman və saleh əməl bir-birindən ayrı deyil. İman olmayan yerdə əməl də faydasızdır.
6. Mömin şəxs işlərini islah üzərində qurmalıdır.
7. Saleh olmaq kafi deyil, həm də islahedici olmaq lazımdır.
8. İman və saleh əməl insanı qorxu və qəm-qüssə kimi ruhi xəstəliklərdən hifz edir. (Psixoloji sağlamlıq iman və saleh əməl sayəsində əldə olunur.)
9. Peyğəmbər cəmiyyətinin nailiyyəti orta, aram və əmin-aman bir quruluşdur.
10. İnsan fitrətən aramlıq və əmin-amanlıq sorağındadır.
11. Günahı davam etdirmək ilahi əzaba zəmin yaradır.
50. ﴿قُل لاَّ أَقُولُ لَكُمْ عِندِي خَزَآئِنُ اللّهِ وَلا أَعْلَمُ الْغَيْبَ وَلا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ قُلْ هَلْ يَسْتَوِي الأَعْمَى وَالْبَصِيرُ أَفَلاَ تَتَفَكَّرُونَ﴾
“(Ey peyğəmbər! Xalqa) de ki, mən Allahın xəzinələrinin məndə olduğunu iddia etmirəm, qeybi də bilmirəm. İddia etmirəm ki, mən mələyəm. Mən vəhy olunandan başqa bir şeyə tabe olmuram. De ki, korla görən bərabərdirmi? Yoxsa düşünmürsünüz?”
Dostları ilə paylaş: |