Bildirişlər
1. Xalqın tələsməsi ilahi hikməti dəyişməz.
2. Cəzalar Allahın əlindədir. Amma O, kafirlərin istəyi əsasında əzab verməyə tələssə, kimsə diri qalmaz.1
3. Allah Öz hikmət və sünnəsinə əsasən zalımlara möhlət verir.
4. Allahın əzabının yubanması kafirlərdə belə bir fikir yaratmasın ki, onların küfrü yaddan çıxmışdır.
5. İmandan dönmək və əzaba tələsmək zülmdür.
59. ﴿وَعِندَهُ مَفَاتِحُ الْغَيْبِ لاَ يَعْلَمُهَا إِلاَّ هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلاَّ يَعْلَمُهَا وَلاَ حَبَّةٍ فِي ظُلُمَاتِ الأَرْضِ وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ﴾
“Qeyb xəzinələri yalnız Allaha məxsusdur və Ondan savay kimsə xəbərdar deyil. Quruda və suda olanı bilir və O bilmədən ağacdan bircə yarpaq belə düşmür. Torpağın qaranlığında heç bir dən, heç bir yaş və quru yoxdur ki, açıq-aydın kitabda qeyd olunmasın.”
Dostları ilə paylaş: |