Nöqtələr
◘Nəql olunduğuna görə, mələklərin nazil olması və ölülərlə danışılması müşriklərin istəklərindən idi. Halbuki müşriklər o qədər inadkar idilər ki, hətta mələklərin görünməsi kimi qeybi bir iş də baş versəydi, iman gətirməzdilər. Sədi deyir:
Əlindəki gövhər olsa da əgər,
Sığal verildikcə o gözəlləşər.
Amma ki, dəmirə çəkilən sığal,
İnan faydasızdır, dəyişməz bu hal.
İti yuyundursan yeddi dəryada,
Su dəysə murdardır, belədir qayda.
İsanın ulağı Məkkəyə getsə,
Çətin qayıdanda dəyişə nəsə.
◘“Qubul” sözü ya müqabil, ya da dəstə mənasını bildirir.
◘Ötən iki ayədə müşriklərin yalanları bəyan oldu. Onlar deyirdilər: “Əgər möcüzə gəlsə, iman gətirərik.” Bu ayədə həmin möcüzələrin nümunəsi göstərilir.
◘Ayənin oxşarı “Hicr” surəsinin 14-15-ci ayələrində bəyan olunmuşdur: “Əgər səmadan bir qapı açılsa və kafirlər oradan yuxarı qalxsalar, yenə deyərlər: “Gözlərimiz cadu edilib.”
Dostları ilə paylaş: |