Bildirişlər
1. İnadkar qəlb üçün heç bir ayə və nişanə iman zəminəsi ola bilməz.
2. Allah istəsə, hamını məcbur surətdə mömin edər. Amma bu, Onun hikmətinə uyğun deyildir.
3. Cəhalət ilahi ayələrə etiqadsızlıq amilidir.
112. ﴿وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نِبِيٍّ عَدُوًّا شَيَاطِينَ الإِنسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَى بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا وَلَوْ شَاء رَبُّكَ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ﴾
“(Ey peyğəmbər! Onlar təkcə sənin qarşında inadkarlıq etmirlər.) Biz bu sayaq hər bir peyğəmbər üçün insan və cindən olan şeytanlarla düşmənçilik yaratdıq. Onlardan bəzisi qəlbəyatan və aldadıcı sözlərini bəzilərinə təlqin edirlər. Əlbəttə, sənin Rəbbin istəsəydi, belə etməzdilər. (Amma ilahi sünnə, qanun insanların azadlığı üzərində qurulub) Onları və yalandan quraşdırdıqlarını özlərinə tapşır.”
Dostları ilə paylaş: |