Bildirişlər
1. Möminin qidalanmasında da ilahi yönüm olmalıdır.
2. Halal heyvanların ətindən istifadə zamanı Allahın adının çəkilməsi bir növ məsrəf üçün icazə möhürüdür.
3. Tövhid sütunlarını möhkəmlətmək üçün bütün fürsətlərdən, eləcə də, heyvanın zibhindən istifadə olunmalıdır. Bəli, tövhid təkcə zehnə aid məsələ deyil.
4. Halal qida və hökmlərə əməl iman şərtidir.
119. ﴿وَمَا لَكُمْ أَلاَّ تَأْكُلُواْ مِمَّا ذُكِرَ اسْمُ اللّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلاَّ مَا اضْطُرِرْتُمْ إِلَيْهِ وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهْوَائِهِم بِغَيْرِ عِلْمٍ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ﴾
“Sizə nə olub ki, üzərində Allah adı çəkilmiş şeydən yemirsiniz? (Səbəbsiz yerə Bizim halalımızı özünüzə haram edirsiniz.) Hansı ki, Allah sizə haram etdiyini Özü müfəssəl şəkildə bəyan etmişdir. Yalnız yeməyə məcbur olduğunuz şeylər istisnadır. Həqiqətən, xalqın çoxu başqalarını öz cahil istəklərinə xatir azdırırlar. Şübhəsiz, sənin Rəbbin təcavüzkarlardan daha agahdır.”
Dostları ilə paylaş: |