Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə350/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   346   347   348   349   350   351   352   353   ...   405

Nöqtələr


◘Ötən ayənin nazil olma şənində Əbu-Cəhlin İslam peyğəmbəri ilə qarşıdurmasına işarə olundu. Bu ayədə buyurulur: «Əbu-cəhllərin varlığı təzə bir şey deyil. Həmişə və hər yerdə haqqa dəvət qarşısında belə günahkarlar dayanmışlar.»

Bildirişlər


1. Düşmənlərin məkr və hiylələrinə cavab vermək ilahi sünnədir.

2. Yaxşı və pislərin səyləri hamısı ilahi qüdrət dairəsindədir. (Həm günahkarlar haqqında olan bu ayədə, həm də möminlərdən danışan ötən ayədə “cəəlna” kəlməsi işlədilmişdir.)

3. Fitnə-fəsadçı rəhbərlər cəmiyyətdəki fitnə-fəsadın köküdür.

4. Məkr və hiylə günahkar rəhbərlərin üsuludur.

5. Səfa və sədaqətin əldən verilməsi, ilahi əzaba düçar olma hiyləgərlərin özlərinə vurduqları ən böyük zərbələrdir.

6. Xəstəlikdən də pisi xəstəlikdən xəbərsizlikdir. Hiylədən də pisi hiylənin nəticəsinin özünə qayıtmasını bilməməkdir.


124. ﴿وَإِذَا جَاءتْهُمْ آيَةٌ قَالُواْ لَن نُّؤْمِنَ حَتَّى نُؤْتَى مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللّهِ اللّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُواْ صَغَارٌ عِندَ اللّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُواْ يَمْكُرُونَ﴾

Allah tərəfindən onların hidayəti üçün ayə və nişanə nazil olduqda dedilər: «Nə qədər ki, Allahın elçilərinə verilən bizə verilməyib, heç vaxt iman gətirmərik. (De ki,) Allah yaxşı bilir ki, Öz risalətini harada (kimdə) qərar versin.» Tezliklə günah edənlərə etdikləri məkr və hiylənin cəzası olaraq Allah tərəfindən zəlillik və əzab yetişəcək.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin