Bildirişlər
1. Yalnız Allah mütləq surətdə ehtiyacsızdır. Demək, heç vaxt özümüzü ehtiyacsız saymamalıyıq. Digər bir ayədə buyurulur: “Ey xalq! Hamınız Allaha ehtiyaclısınız, yalnız Odur ehtiyacsız və həmd olunan.”1
2. Günahkarlar elə bu dünyada da qorxmalıdırlar. Çünki Allahın qüdrəti ilə onların məhvi çox asandır.
3. Zülmün kökü ötən iki ayəyə əsasən ya ehtiyacdır, ya da qəlbidaşlıq. Allahda bu sifətlərin heç biri yoxdur.
4. Ehtiyacsızlıq və rəhmət mürəbbiliyin şərtidir.
5. Bəşər cəmiyyətinin davamı Allahın iradəsindən asılıdır.
6. İnsan nəslinin olub-olmamasının Allaha xeyir-zərəri yoxdur.
7. Allah bizim ibadətlərimizdən ehtiyacsızdır. İbadi göstərişlər insanın öz inkişafı üçündür.
8. Allahın rəhməti əhatəlidir. Amma bəzən bəşər işi bir yerə çatdırır ki, Allah hamını məhv edir.
9. İlahi vədlər zarafat yox, qəti gerçəkləşəsi həqiqətdir.
10. Qiyamətdə günahkar kəs ilahi qüdrətə qarşı çıxa bilməz.
135. ﴿قُلْ يَا قَوْمِ اعْمَلُواْ عَلَى مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُ عَاقِبَةُ الدِّارِ إِنَّهُ لاَ يُفْلِحُ الظَّالِمُونَ﴾
“De ki, ey mənim qövmüm! Öz yerinizə və yolunuza əməl edin ki, mən də (öz yolum əsasında) əməl edim. Tezliklə biləcəksiniz ki, nəhayət o saray kimindir. Həqiqətən, zalımlar nicat tapmaz.”
Dostları ilə paylaş: |