Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə371/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   367   368   369   370   371   372   373   374   ...   405

Nöqtələr


◘İbn-Abbas ilkin İslam dövrü böyüklərinin dilindən nəql edir: “Cəhalət dövründə qövmlərin cəhalət dərəcəsini bilmək istəyənlər müşriklərin xurafat və əsassız etiqadlarını bəyan edən “Ənam” surəsinin bu ayələrini oxusunlar.”1

◘Ərəb cahilləri bütlərə yaxınlaşmaq gümanı və ya abırlarını qorumaq üçün öz qızlarını gah bütlərə qurban verir, gah da diri-diri basdırırdılar.


Bildirişlər


1. Cəhalət və səfehlik zərər gətirir. (Övladı əldən vermək, insanlıq hisslərini alçaltmaq, halal nemətləri harama çıxarmaq, cəhənnəm və ilahi cəza qazanmaq belə zərərlərdəndir.)

2. Əsil zərər insanın batil yolda fəda olmasıdır. (İstər bütlərə qurbanlıq, istərsə də yersiz qeyrət həmin fədakarlıqlardandır.)

3. Halal nemətləri əsassız olaraq harama çıxarmaq Allaha iftiradır.

4. İstənilən bir işin yerinə yetirilməsi və ya bir şeyin qadağan edilməsi ya şəri, ya da əqli dəlil tələb edir.

5. Xurafatla sərt şəkildə rəftar edək.
141. ﴿وَهُوَ الَّذِي أَنشَأَ جَنَّاتٍ مَّعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ كُلُواْ مِن ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآتُواْ حَقَّهُ يَوْمَ حَصَادِهِ وَلاَ تُسْرِفُواْ إِنَّهُ لاَ يُحِبُّ الْمُسْرِفِينَ﴾

Dayaqlı və dayaqsız bağları, xurma ağaclarını, müxtəlif qidaları olan əkinləri, bəziləri oxşar, bəziləri oxşar olmayan zeytun və narı vücuda gətirən kəs Odur. Bağlar səmərə verən kimi meyvəsindən yeyin, yığım günü (məhrumlara) onun haqqını verin və israf etməyin. Çünki Allah israf edənləri sevməz.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   367   368   369   370   371   372   373   374   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin