Bildirişlər
1. Bəzən müxaliflərin və düşmənlərin qidalarının məhdudlaşdırılması üçün maneə olmur.
2. İlahi cəza təkcə axirətə yox, həm də dünyaya aiddir.
147. ﴿فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمْ ذُو رَحْمَةٍ وَاسِعَةٍ وَلاَ يُرَدُّ بَأْسُهُ عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ﴾
“(Ey peyğəmbər!) Əgər səni təkzib etdilərsə, de ki, Allahınız geniş rəhmət sahibidir. (Amma) Onun əzabı günahkar qövmdən dəf olmaz.”
Bildirişlər
1. Rəhbər bəzi insanlardan təkzib və böhtan eşitməyə hazır olmalıdır.
2. Təkzib edənlərlə öncə xeyirxahlıqla rəftar edilməli, əgər təsir olmasa hədələmədən istifadə olunmalıdır.
3. Tərbiyəçi rəhmət dəryası olmalıdır.
4. Qorxu və ümid yanaşı olduqda səmərə verir.
5. İlahi rəhmət qapıları hətta müxaliflərin də üzünə bağlı deyil.
6. Allahın rəhməti Onun qəzəbindən çoxdur.
7. İlahi rəhmətin genişliyi Allahın cəza verməsinə mane olmur. Əlbəttə ki, Allahın cəzası da insanın tərbiyəsi üçündür və ilahi rəhmət və rübubiyyətdən qaynaqlanır.
148. ﴿سَيَقُولُ الَّذِينَ أَشْرَكُواْ لَوْ شَاء اللّهُ مَا أَشْرَكْنَا وَلاَ آبَاؤُنَا وَلاَ حَرَّمْنَا مِن شَيْءٍ كَذَلِكَ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِم حَتَّى ذَاقُواْ بَأْسَنَا قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا إِن تَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ أَنتُمْ إَلاَّ تَخْرُصُونَ﴾
“Şirkə uğrayanlar tezliklə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olmazdıq və heç nəyi özbaşına) haram etməzdik. Onlardan qabaqkılar da (ötən peyğəmbərləri) bu sayaq təkzib etdilər ki, Bizim qəhr və əzabımızı dadsınlar. De ki, bir şey bilirsinizmi? Onu bizə aşkar edin! Siz yalnız zənn-gümana, xəyala tabe olursunuz. Siz yalnız ehtimal edən və yalançılarsınız.”
Dostları ilə paylaş: |