Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə49/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   45   46   47   48   49   50   51   52   ...   405

Nöqtələr


◘“Tiyh” kökündən olan “yətihunə” sözü avaralıq mənasını bildirir. Sina səhrası, həmin qövmün avara qaldığı məhəl də belə adlanır. Onlar qırx il bu məntəqədə qalıb yer üzünün bərəkətindən məhrum oldular.

◘Bəni-İsrailin müxalifətçiliyi, ilahi qəzəb və onların səhrada avaralığı Tövratın “Sifre-Ədad” kitabının dördüncü fəslində bəyan olunmuşdur.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Allah həzrət Musanın göstərişinə qarşı çıxdıqları üçün Bəni-İsrailə və onların övladlarına Beytül-Müqəddəsə daxil olmağı qadağan etdi. Nəhayət, onların övladlarının övladları Beytül-müqəddəsə daxil olmağa müvəffəq oldular. (Yəni onların qadağaya düçar olmuş ata və atalarının övladları həyatda ikən müqəddəs əraziyə girmək mümkünsüz oldu.)1

◘Rəvayətdə oxuyuruq: Bəni-İsrailin başına gələnlərin oxşarı müsəlmanlar üçün də önə gələcək.2

◘Qırx rəqəmində bir rəmz var. Bu rəmzdə həm ilahi qəzəb, həm də ilahi lütf əks olunur. Həzrət Musa Tövratı almaq üçün qırx gecə Tur dağında qaldı. Yəhudilər də öz növbələrində qırx il avara qaldılar.

◘Bəzən yeni nəsil köhnə nəslin məhv edilməsi yolu ilə islah edilir. Musanın qədrini bilməyən Firon tərəfdarları dünyadan getməlidirlər ki, yeni nəsil azad fəzada, səhra həyatının çətinlikləri içində, səmavi rəhbərlərin sayəsində şəhər həyatının qədrini bilsinlər. Hədisdə nəql olunur ki, onlar Tih məntəqəsində dünyalarını dəyişdilər və onların övladları müqəddəs əraziyə daxil oldular.



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin