Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə51/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   47   48   49   50   51   52   53   54   ...   405

Nöqtələr


◘“Olduğu kimi oxu” ifadəsində məqsəd bu ola bilər ki, bu macəra Tövratda təhrif olunmuşdur və Quranda deyilən həqiqidir.

◘Rəvayətdə deyilir ki, Habil heyvandar idi və özünün ən yaxşı qoyununu qurbanlığa gətirdi. Qabil isə əkinçi idi və öz məhsulunun ən pisini Allah yolunda infaq etdi. 1 Quran buyurur: “Yalnız sevdiyindən infaq edən kəs xeyirə çatar.2

◘İmam Sadiq (ə) buyurmuşdur: “Qabilin qatillik səbəbi Habilin qurbanlığının qəbul olmasına qarşı həsəd idi.”3

Bildirişlər


1. İbrət üçün keçmişdəkilərin tarixini öyrənmək və araşdırmaq lazımdır.

2. Tarixə nəzər salarkən mühüm məsələləri araşdırmaq lazımdır. (“Nəbəə” mühüm xəbər deməkdir.)

3. Tarixi hadisələri əfsanələrdən fərqləndirmək lazımdır. (Habillə Qabilin qurbanlıq əhvalatı əfsanə deyil.)

4. Əsas məsələ qurbanlıq yox, Allahla yaxınlıqdır. Qurbanlığın nə olması əhəmiyyətli deyil. (“Qurbanən” sözü qeyri-müəyyən formada işlədilmişdir.)

5. Əməllərin qəbul və ya rədd olunmasında peyğəmbərin oğlu olmağın rolu yoxdur. Ona görə də Habildən qəbul olundu, Qabildən isə yox.

6. Bəşər tarixi ilə birlikdə qətl və qan tökmə tarixi başlamışdır.

7. Bəzən həsəd qardaş qırğınına da aparır.

8. Qətllə hədələyənə də məntiqi cavab verilməlidir.

9. Əməllərin qəbulu və ya rədd edilməsində amillər və xislətlərin rolu var.

10. Əməlin qəbul ölçüsü təqvadır. Bu işdə şəxsiyyət və işin çeşidinin rolu yoxdur.

11. Əməlin qəbul və ya rədd olunmasında yeganə fərq təqvadır.
28. ﴿لَئِن بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَاْ بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لَأَقْتُلَكَ إِنِّي أَخَافُ اللّهَ رَبَّ الْعَالَمِينَ﴾

(Habil qardaşı Qabilə dedi:) «Əgər məni öldürmək üçün əlini uzatsan, mən heç vaxt səni öldürmək üçün əl uzatmayacağam. Çünki mən Allahdan, aləmlərin Rəbbindən qorxuram.»



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin