Bildirişlər
1. Bəzən tarixi hadisələr ilahi hökmlər çıxarılmasına səbəb olur.
2. İnsanlar və onların taleləri tarix boyu əlaqəli olmuşdur.
3. İlahi hökmlər əbəs olmur, onlarda hikmət var.
4. Daşürəkliliyin və hadisələrin takrarının qarşısını almaq üçün cəzalandırma zəruridir.
5. İstənilən millətdən (irqdən) və məntəqədən olan insanların həyatı möhtərəmdir.
6. Bəni-İsrail qanunlarında da fəsad əhlinin edamı nəzərdə tutulmuşdu.
7. İntihar və uşaqsalma (abort) insan qətli nümunəsidir və haramdır.
8. Yer üzündə fəsad törədən, xalqın həyatını dəyərsiz sayan, onları qətlə yetirən insanın həyatı dəyərsizdir və ona son qoyulmalıdır.
9. İnsan iki halda ölümlə cəzalandırıla bilər: qatildən qisas və fəsadın qarşısını almaq adı ilə.
10. Əməlin dəyəri səbəb və məqsəddən asılıdır. Təcavüz məqsədi ilə bir insanı öldürmək bütöv bir cəmiyyəti qətlə yetirməkdir. Qisas məqsədi ilə öldürmək isə cəmiyyətə həyat verməkdir.6
11. Bir insanın hüquqlarına təcavüz cəmiyyətin əmin-amanlığını hədələyir. İnsanların həyatını xilas etməklə məşğul olanlar həkimlər, qəyyumlar, yanğınsöndürənlər, xeyriyyəçilər, dərman hazırlayanlar kimidir. Onlar özləri və işlərinin qədrini bilməlidirlər.
12. Ehtiyaclılara yardım və insan həyatının xilası cəmiyyətin dirilik nişanəsidir.
13. Xalqın imansızlığı və peyğəmbər göstərişlərinə itaətsizliyi tarix boyu olmuşdur.
14. İnsan azaddır (muxtar) və peyğəmbərlərin gəlişindən sonra da müxaliflik edə bilər.
33. ﴿إِنَّمَا جَزَاء الَّذِينَ يُحَارِبُونَ اللّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا أَن يُقَتَّلُواْ أَوْ يُصَلَّبُواْ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلافٍ أَوْ يُنفَوْاْ مِنَ الأَرْضِ ذَلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ﴾
“Həqiqətən, Allah və Onun rəsulu ilə savaşa qalxanların, (silah, hədə, qarətlə) yer üzündə fəsad törətməyə çalışanların cəzası budur ki, ya öldürülsünlər, ya dara çəkilsinlər, ya əl-ayaqları çarpazı kəsilsin, ya da yerlərindən sürgün olsunlar. Bu onların zillət dolu dünyəvi cəzalarıdır və axirətdə onlar üçün böyük bir əzab var.”
Dostları ilə paylaş: |