Nöqtələr
◘“Möhsinə” (ərli qadınla) zinaya yol vermiş bəzi yəhudilər ümid edirdilər ki, yəhudi dinində də nəzərdə tutulan daşqalaq hökmündən yaxa qurtara biləcəklər.1 Onlar İslamda daşqalaq hökmünün bəyan olunmasından xəbərsiz olduqlarından mühakimə üçün İslam peyğəmbərinin yanına gəldilər. İslamın da bu mövzuda hökmünü eyni görüb peyğəmbərin hökmlərini qəbul etmədilər.
◘“Suht” dedikdə rəvayətlərə əsasən, bir işin görülməsi üçün verilən rüşvət və hədiyyə nəzərdə tutulur.2
◘“Suht” sözünün lüğət mənası insanı sıxıntıya salan haram iş deməkdir.3
◘“Səmmaunə lil-kəzibi” dedikdə yalan və təhrif məqsədi ilə dinləmək, ya da alimlərinin yalan danışdıqlarını bildikləri halda avamların onları dinləməsi nəzərdə tutula bilər.
◘Ayə peyğəmbərə xitabla buyurur: “Yəhudi alimləri sənə zərər yetirmək fikrində olsalar da, sən İslam məktəbi və cəmiyyəti üçün təşvişdəsən. Amma Allah sənə ümid verir ki, əgər onlardan üz döndərməyi üstün sayırsansa, təşviş keçirmə.
Dostları ilə paylaş: |