Bildirişlər
1. İlahi dinlərdə haqla batili tanıma meyarı Allah tərəfindən nazil ediləndir.
2. İncildə hakimiyyət qanunları mövcuddur.
3. İstənilən bir səbəbdən ilahi qanunlar əsasında hökm etməyən və ya haqq mühakimədən kənara çəkilən kəs azğındır.
48. ﴿وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللّهُ وَلاَ تَتَّبِعْ أَهْوَاءهُمْ عَمَّا جَاءكَ مِنَ الْحَقِّ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا وَلَوْ شَاء اللّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَـكِن لِّيَبْلُوَكُمْ فِي مَآ آتَاكُم فَاسْتَبِقُوا الخَيْرَاتِ إِلَى الله مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾
“Biz kitabı (Quranı) sənə haqq olaraq nazil etdik. Belə ki, (o,) əvvəlki səmavi kitabları təsdiq edir, onların hakimi və hafizidir. Onlar arasında Allahın nazil etdiyi ilə hökm et! Sənin üçün gəlmiş haqqı qoyub onların nəfs istəklərinə tabe olma. Biz sizlərdən hər biriniz üçün aşkar ayin və yol qərar verdik. Əgər Allah istəsəydi, sizin hamınızı vahid ümmət qərar verərdi. (Hamınızın bir qanun və ayini olardı.) Amma (Allah istəyir ki,) sizə verdiyi ilə sizi sınağa çəkə. Belə isə, yaxşı işlərdə önə keçin. (Bilin ki,) hamınızın qayıdışı Allaha doğrudur. O sizi ixtilaf etdiyiniz şeydən agah edəcək.”
Dostları ilə paylaş: |