Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə90/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   86   87   88   89   90   91   92   93   ...   405

Bildirişlər


1. İslam peyğəmbəri zəif imanlı şəxslərin aşkar və tələsərək yəhudi və məsihilərə üz tutduğuna şahid idi.

2. İlahi hidayətdən məhrum olanların aşkar nümunəsi qəlbi xəstə olanlardır. Onlar kafirlərə qoşulmaq üçün tələsirlər. (“Fa” hərfi bu ayədəki xəstə qəlblilərin ötən ayədəki zalımlardan olmasına işarədir.)

3. Zəif imanlı xəstə qəlblilər kafir düşmənlərlə dostluğa tələsirlər.

4. Süst imanlı və münafiq fərdlər kafirlərə qatılmaq arzusundadırlar.

5. Allahın aşkar göstərişi olan yerdə yol axtarmağa dəyməz.

6. Dünya güclülərinin hakimiyyətinə tabeçiliyin səbəbi zəif iman və Allahdan qeyrilərindən qorxudur.

7. Müsəlmanlar İslamın qələbə və fəthinə, eləcə də, münafiqlərin ifşasına ümidvar olsunlar.

8. Siyasi üstünlük, iqtisadi qüdrət, hərbi güc hər biri Allah tərəfindəndir və Onun əlindədir.

9. Kafirlərə tabe olmayın ki, Allahın qeybi yardımları nəsibiniz olsun.

10. Kafirlərə bağlılıq və onlara infaqın sonu rüsvayçılıqdır.

11. Anda aldanmayın. Hər and sədaqət nişanəsi deyil.

12. Biganələrə bağlılıq möminlər tərəfindən məzəmmət olunur.

13. İnsanın ziyankarlıq nişanəsi yaxşı işlərin puça çıxmasıdır.
54. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لآئِمٍ ذَلِكَ فَضْلُ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ﴾

Ey iman gətirənlər! Sizlərdən hər kəs öz dinindən dönsə (Allaha zərər yetirməz, çünki) Allah gələcəkdə bir qövm gətirəcək ki, onları sevir və onlar da Allahı sevirlər. Onlar möminlərə münasibətdə mülayim və təvazökar, kafirlərə münasibətdə sərt və qətidirlər. Onlar Allah yolunda cihad edər, heç bir məzəmmətçinin məzəmmətindən çəkinməzlər. Bu, Allahın istədiyinə verdiyi fəzldir. Allah genişlik bəxş edən və çox biləndir.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin