Bildirişlər
1. Azğın yollar müqabilində öz yolunuzu və məqsədinizi qəti şəkildə iftixar duyaraq elan edin.
2. Namaz ibadətlərdən biri olsa da, ayrıca zikr olunması onun xüsusi əhəmiyyətini göstərir.
3. Xalis insanlar öz təkvini (ölüm və həyat) və təşrii (namaz və ibadət) yollarını yalnız Allah üçün nəzərdə tuturlar.
4. Namazda Allaha yaxınlıq (qürbət) məqsədində olduğunuz kimi, hər nəfəs çəkdikdə, ölüm və həyatımızda da belə bir məqsəddə qala bilərik.
5. Ölüm və həyat yox, ölüm və həyatdakı məqsəd, onların ilahiliyi mühümdür.
6. Allahın razılığı üçün görülən bütün işlər təkamül səbəbidir.
7. Ölüm və həyat bizim əlimizdə deyil, amma onları istiqamətləndirmək öz əlimizdədir.
8. İşlərdə ixlaslı, səmimi olmaq Allahın göstərişidir.
9. Cəmiyyətin rəhbəri ilahi yolda getməkdə və ilahi göstərişləri həyata keçirməkdə öncül olmalıdır.
164. ﴿قُلْ أَغَيْرَ اللّهِ أَبْغِي رَبًّا وَهُوَ رَبُّ كُلِّ شَيْءٍ وَلاَ تَكْسِبُ كُلُّ نَفْسٍ إِلاَّ عَلَيْهَا وَلاَ تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى ثُمَّ إِلَى رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾
“De ki, bir olan Allahdan savay tanrımı axtaraq? Halbuki O hər şeyin Rəbbidir. Hər kəs (pis işi) yalnız öz ziyanına görür. Kimsə başqasının (günah) yükünü çiyninə götürməz. Qayıdışınız sizi ixtilafda olduğunuz şeylərdən agah edən Rəbbinizə doğrudur.”
Dostları ilə paylaş: |