Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə19/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   15   16   17   18   19   20   21   22   ...   97

Nöqtələr


◘Yəhudi alimləri İslam peyğəmbərinin besətindən qabaq xalqı son peyğəmbərə iman gətirməyə çağırırdılar. Onlar növbəti peyğəmbərin zühuru ilə xalqa müjdə verirdilər. Amma peyğəmbər zühur etdikdə alimlər özləri iman gətirmədilər. Onlar İslamı qəbul etmiş yaxınlarına müsəlman qalmağı tövsiyə etdikləri halda özləri müsəlman olmurdular.1

◘Rəvayətdə buyurulmuşdur: “Başqalarını behiştə dəvət edib, özü cəhənnəm əhli olan alim ən böyük və çətin həsrətləri çəkəcəkdir.”2

◘Tilavətin (burada: dəvət) haqqı əməldir. İmam Sadiq (ə) buyurmuşdur: “Xalqı təkcə sözlə yox, həm də öz əməllərinizlə dəvət edin.”3 Həzrət Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur: “And olsun ki, öncə özüm bir işi görməmiş sizi ona dəvət etmirəm. Özüm öncə bir işi tərk etməmiş sizi həmin işi tərk etməyə çağırmıram.4

“Nəhcül-bəlağədə” buyurmuşdur: “Özünü başqalarına imam qərar verən kəs əvvəlcə özünü tərbiyəyə başlamalıdır.”5 İmam Kazim (ə) buyurmuşdur: “Dediyinə əməl edən alimlərə salam olsun. Vay olsun təkcə danışan alimlərə.”6



Əməlsiz alim təmsil dilində:

a) Quranda əməlsiz alim kitab yükü daşıyan ulağa bənzədilir. Bu ulaq daşıdığı yükdən faydalanmır.7

b) Rəvayətlərdə bildirilir:

–Həzrət Peyğəmbər (s): “Əməlsiz alim elə bir çırağa bənzəyir ki, özü yanır, nuru isə xalqa çatır”.8

–Həzrət Peyğəmbər (s): “Əməlsiz alim kamansız ox atana bənzəyir.”

–Həzrət İsa: “Əməlsiz alim evin damına qoyulmuş çırağa bənzəyir. Bu evin otaqları qaranlıqdır.”1

–Həzrət Əli (ə): “Əməlsiz alim səmərəsiz ağac, infaq olunmayan xəzinə kimidir.2

–İmam Sadiq (ə): “Əməlsiz alimin moizəsi baş üzərinə yağan yağış tək qəlblərə nüfuz etməz.”3

v) Alimlərin dilində:

–Əməlsiz alim xəzinə üstə yatmış aca, bulaq başında oturmuş təşnəyə, dərddən nalə çəkən təbibə, daim dərman nüsxəsini oxuyub onu qəbul etməyən xəstəyə, sözü əməlindən fərqlənən münafiqə və cansız cəsədə bənzədilmişdir.


Bildirişlər


1. Yaxşı işə dəvət edən kəs özü yaxşı işləri ilə tanınmalıdır.

2. Əgər unutqanlığımızın müqəddiməsini özümüz yaratmışıqsa, heç bir üzrümüz yoxdur. Yalnız unutqanlığında günahı olmayan kəsin üzrü qəbuldur.

3. Səmavi kitabı tilavət etmək (oxumaq) kifayət deyil. İlahi kəlamları düşünmək lazımdır.

4. Unutqanlıq özü də düşüncəsizlik nişanəsidir.


45. ﴿وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلاَّ عَلَى الْخَاشِعِينَ

Səbir və namazla yardım axtarın. Bu iş xaşelərdən (Allaha müti olanlardan) başqalarına ağırdır.”


Nöqtələr


◘Bu ayə yəhudilərə xitabın ardınca nazil olsa da, bütün xalqa müraciətdir. Rəvayətlərdə oxuyuruq ki, Həzrət Əli (ə) mühüm bir məsələ ilə üzləşdikdə namaza durar və bu ayəni oxuyardı.

◘Bir rəvayətdə həzrət Peyğəmbərdən (s) nəql olunur ki, səbir üç növdür: müsibətə səbir, günah qarşısında səbir, ibadətdə səbir.4 Amma xüşusu (mütiliyi) olmayanlar üçün bu iş çox ağırdır. Xüşu qəlb və ruha, xüzu bədən üzvlərinə aid olan səciyyədir.

◘Diqqətlə qılınan namaz Allahın sonsuz qüdrətini insana xatırladır. Bu halda insan Allahdan qeyrilərini çox kiçik görür. Diqqətli namaz insanın qəlbində Allahın sevgisini artırır, təvəkkül ruhiyyəsini gücləndirir. Belə namaz insanı maddi bağlılıqlardan azad edir. Bütün bu əsərlər insanı çətinliklər qarşısında möhkəmləndirir.

◘Bütün ibadətlərin açarı səbir və müqavimətdir. Mələklər behişt əhlinə salam verirlər. Bu salamın səbəbi onların namazı, həcci, zəkatı yox, müqavimət və möhkəmliyidir.1 Müqavimət yoxdursa, namaz, cihad, həcc və zəkat da olmayacaq. Hətta hidayət və ilahi rəhbərlik məqamına çatmağın şərti də səbirdir.2



Xatirə:

Bir gün Nəccaşi adlı şair ramazan ayında şərab içmişdi. Həzrət Əlinin (ə) göstərişi ilə ona səksən şallaq vuruldu. İyirmi zərbə isə günah ramazan ayında baş verdiyi üçün əlavə edildi. Bu şəxs həzrətdən inciyib Müaviyəyə qoşuldu və Həzrət Əlinin (ə) ziddinə şerlər deməyə başladı. Nəccaşinin Kufədə mühüm qəbilələrdən olan ətrafı həzrət Əlidən (ə) gileyləndilər ki, nə üçün öz yaxınlarını saxlamır?! Onların rəisi Tariq ibn Abdullah narahatlıqla imama dedi: “Nə üçün siz dostla biganə arasında fərq qoymursunuz? Axı Nəccaşi kimi şəxsə şallaq vurulmamalıdır. Biz bu cür rəftara dözmərik.” İmam onun cavabında haqqında danışdığımız ayəni oxudu. Həzrətin bu cavabından sonra Tariq də Müaviyəyə qoşuldu.

Demək, ayə namaz haqqında olsa da, oxşar hallarda ondan kömək almaq olar.

Bildirişlər


1. Səbir və namaz çətinlikləri aradan qaldırmaq üçün iki güclü vasitədir.

2. Allah qarşısında acizlik və bəndəliyimizi nə qədər çox izhar etsək, Ondan daha çox yardım alıb, çətinliklərə qalib gələcəyik.

3. “Yalnız Səndən kömək istəyirik” ayəsində Allahdan yardım diləmək, Onun göstəriş verdiyi şeydən kömək istəməyə zidd deyil.

4. Namazın ağır gəlməsi Allah qarşısında təkəbbürün nişanəsidir.


46. ﴿الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ

(Xaşelər) o kəslərdir ki, (qiyamətə) Rəbbi ilə görüşə və Ona doğru qayıdışa imanlıdırlar.”


Nöqtələr


◘“Liqa” görmək yox, hüzur mənasındadır. Əgər kor bir şəxs birinin hüzuruna getsə, deyir ki, filankəslə mülaqat (“liqa”) etdim. Hansı ki, kor insan hüzurunda olduğu şəxsi görmür. “Məcməül-bəyan”sahibi deyir: “Pərvərdigarın liqası dedikdə Onun mükafat və cəzası ilə mülaqat (görüş) nəzərdə tutulur.”

Allahla mülaqat xaşelərin namazda əldə etdiyi irfani hal da ola bilər. Çünki namaz Allah qarşısında hüzurdur.

◘Elm qarşısında zənn və güman tənqid olunur.1 Amma zənn və gümanda məqsəd yəqinlik əldə etməkdirsə, bu faydalıdır. Bu yəqinlik cüzi də olsa xeyirlidir. Çünki Allah şücaətli və xalis mücahidləri “güman sahibləri” kimi yad edir.2


Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin