Bildirişlər
1. İlahi mühakimədə vəkilsiz və şəfaətsiz hüzur qorxusu ilahi təqvanın güclənməsinə şərait yaradır.
2. Xurafat və batil əqidələrlə sərt rəftar edin.
49. ﴿وَإِذْ نَجَّيْنَاكُم مِّنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوَءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءكُمْ وَيَسْتَحْيُونَ نِسَاءكُمْ وَفِي ذَلِكُم بَلاء مِّن رَّبِّكُمْ عَظِيمٌ﴾
(“Yadınıza salın) O zaman ki, sizi fironçulardan azad etdik. Onlar daim sizə ən pis şəkildə əziyyət verir, oğlanlarınızın başını kəsir, qadınlarınızı diri saxlayırdılar. Bu işdə sizin üçün Allahınız tərəfindən böyük və çətin imtahan var idi.”
◘Firon Rum, Kəsra, İran padşahları və türk xaqanları kimi bir müstəbid idi. Həzrət Musanın dövründəki fironun adı І Ramzes idi. Deyilənlərə görə onun babası Qahirə muzeyində saxlanılır.4
◘“Yəsumunəkum” sözü “sum” kökündən olub, bir şeyin ardınca fasilə vermədən getmək mənasını daşıyır. Ayədəki bu söz Bəni-İsrailin ardıcıl şəkildə əzaba düçar edildiyini bildirir. Onlara verilən işkəncələrdən biri oğlan övladlarının öldürülməsi idi. Fironun belə bir əmr verməsinin səbəbi onun gördüyü yuxu idi. Yuxunu yozanlar Firona demişdilər ki, səni bəni-İsraildən olan bir kişi öldürəcək. Başqa bir səbəb bəni-İsrailin inkişafının qarşısının alınması ola bilərdi.
Bildirişlər
1. Zalımların hakimiyyətindən qurtuluş Allahın ən böyük nemətlərindəndir. Necə ki, Allah bütün nemətlər arasında bu nemətin adını çəkmişdir.
2. Keçmiş çətinliklərin bəyanı bu günkü azadlığın şirinliyini qat-qat artırır.
3. Zalımları qüdrətə çatdıran onun ətrafındakılardır.
4. Həm əsarət, həm də azadlıq imtahan və tərbiyə vasitəsidir.
5. Müdafiə qüvvələrinin məhvi və rifah qüvvələrinin gücləndirilməsi firona aid bir işdir.
6. Zalımlar öz quruluşlarını və hakimiyyətlərini hifz etmək üçün bütün işkəncələrə əl atırlar.
50. ﴿وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنتُمْ تَنظُرُونَ﴾
“Sizin üçün dəryanı yardığımız, sizə nicat verdiyimiz və gözləriniz qarşısında fironçuları qərq etdiyimiz zamanı (xatırlayın)”.
Nöqtələr
◘Bəni-İsrailin Nil çayından keçmə macərası Quranın bir neçə ayəsində bəyan olunmuşdur.1 Allah həzrət Musanın öz əsasını yerə vurması ilə suyu yarıb onları dənizə oxşar Nildən keçirdi.
◘Bu ayədə üç ilahi möcüzə ardıcıl şəkildə bəyan olunmuşdur: dəryanın yarılması, bəni-İsrailin nicat tapması, fironçuların qərq olması.
Bildirişlər
1. Vasitələrin rolu Allahın hikmətamiz iradəsindən asılıdır. Musanın bəzən daşdan su çıxaran əsası var. Bəzən də suya girib onun arasından yol açır.
2. Qaranlıq gecənin sonu bəyazdır. Bəni-İsrail bütün işkəncələrdən və bəlalardan sonra rifah və qurtuluşa çatdı.
3. Məzlumların hüzurunda zalımlardan intiqam alınması onlar üçün bir məlhəmdir.
51. ﴿وَإِذْ وَاعَدْنَا مُوسَى أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَ﴾
(“Yada salın.) o zaman ki, Musa ilə qırx gecəlik vədələşdik. Siz ondan sonra buzovu tutdunuz (ona ibadət etdiniz). Bir halda ki, sitəmkar idiniz.”
Nöqtələr
◘Həzrət Musanın adı Quranın 34 surəsində 136 dəfə yad edilmişdir. Həzrət Musanın vəd yerinin macərası “Əraf” və “Taha” surələrində nəql olunmuşdur.2 Vəd yeri Tur dağı, vəd müddəti isə əvvəlcə otuz gün müəyyənləşdirilmişdi. Vəd yerində isə həmin müddətə daha on gecə əlavə olundu. Bu müddət Tövratın qəbulu üçün müəyyənləşdirilmişdi. Bəni-İsrail həzrət Musanın qardaşı Harun kimi rəhbərə malik olduğu halda bütün ilahi nemətləri və lütfləri unudub, buzova pərəstiş etməyə başladı. Buzovu mahir sənətkar Samiri Musa olmadığı vaxt qızıldan hazırlamışdı.
◘Quran ayələrindən məlum olur ki, bu vəddə üç məsələ nəzərdə tutulmuşdur: Tövratın alınması, Harun üçün xilafət məqamının isbatı və bəni-İsrailin sınağı.
◘Bəni-İsrail cəmiyyətinin şirkə süqutunda bir neçə amil rol oynadı:
a) Həzrət Musa kimi bir rəhbərin olmaması;
b) Samiri kimi mahir və azğın sənətkarların mövcudluğu;
v) Cazibəyə malik qızıl və bəzək əşyalarından istifadə;
q) Güclü səsə malik təbliğat şeypurları. Çünki Samirinin buzovu səs çıxarırdı;
e) Xalqın sadəlövhlüyü, tez inanması və dərin imandan məhrumluğu;
ə) İnəkpərəstliyin keçmişi və bu əqidə üçün münasib şərait.
Bildirişlər
1. İlahi rəhbərlərin ibadət məqsədi ilə bir müddət cəmiyyətdən uzaqlaşması layiqli və yaxşı işdir.
2. Xalqdan kənarda qırx gecəlik ibadətin xüsusi əsərləri vardır.
3. Vəhyin və ruhani ilhamın əldə olunmasında qırx rəqəminin rolu var.
4. Şirk bəşəriyyətə qarşı zülmdür. Çünki müşrik insan Allahdan əl götürüb aciz zalımlara əl açır.
52. ﴿ثُمَّ عَفَوْنَا عَنكُمِ مِّن بَعْدِ ذَلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾
“O zaman ondan (azğınlığınızdan) sonra sizi əfv etdik ki, bəlkə şükür edəsiniz.”
Nöqtələr
◘Şirkdən tövbə iman gətirmək və şəhadət kəlmələrini izhar etməkdir. Peyğəmbərlərin besəti insanları şirk və küfrdən xilas etmək üçündür. “Allah şirki bağışlamır”1 ayəsi tövhidə qayıtmadan şirk əqidəsində dünyadan gedənlərə aiddir.
Bildirişlər
1. Hətta şirk və buzova pərəstiş əqidəsindən də tövbə və qayıdış yolu var.
2. İlahi əfvin özü də şükür etmək üçün zəmindir.
53. ﴿وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ﴾
“(Yenə yada salın,) Musaya kitab (Tövrat) və Furqan verdiyimiz zamanı ki, bəlkə hidayət olasınız.”
Nöqtələr
◘Furqan haqqı batildən ayıran bir vasitədir. Səmavi kitabda haqq batildən seçildiyi üçün ona “furqan” deyilmişdir. Kitab sözü ilə yanaşı işləndiyindən furqan sözü Musaya Tövratdan əlavə əta olunmuş doqquz möcüzə və ya başqa həqiqətlərə də işarə ola bilər.
Dostları ilə paylaş: |