Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə31/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   27   28   29   30   31   32   33   34   ...   97

Nöqtələr


◘“Qəlblərimiz qılafdadır” kimi istehzalı cavablar zahirən bütün müşriklərin və asilərin peyğəmbərlər qarşısında şüarı olmuşdur. Həzrət Şüeybin cavabında dedilər: “Biz sənin sözlərini anlamırıq.”1 Quran ayələri qarşısında belə bildirdilər: “Qəlblərimiz pərdədə və örtükdədir.”2 Bu ayədə isə “Qəlblərimiz qılafdadır” deyirlər.

Bildirişlər


1. Bədbəxtliyin müqəddiməsi, başlanğıcı insanın öz əlindədir. Allahın lənətinə və qəhrinə düçar olanlar öz inadkarlıq və küfrlərindən əziyyət çəkirlər.
89. ﴿وَلَمَّا جَاءهُمْ كِتَابٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ وَكَانُواْ مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُواْ فَلَمَّا جَاءهُم مَّا عَرَفُواْ كَفَرُواْ بِهِ فَلَعْنَةُ اللَّه عَلَى الْكَافِرِينَ

Allah tərəfindən onlara bildikləri nişanələri təsdiqləyən kitab gəldi. Bundan qabaq özlərinə ümid verirdilər ki, (yeni kitab və peyğəmbərin köməyi ilə) düşmənlərə qalib gələrlər. Amma elə ki, əvvəlcədən tanıdıqları onlara üz tutdu, ona kafir oldular. Allahın lənəti olsun kafirlərə!”


Nöqtələr


◘Ayədə yəhudilərin inadkarlıq və həvəsbazlığının digər təzahürləri bəyan olunur. Onlar Tövratın müjdəsi əsasında yeni peyğəmbərin intizarında idilər. Hətta bir-birlərinə qələbə müjdəsi verirdilər. İmam Sadiqin (ə) buyruğuna görə, onların Mədinədə qalmasının dəlillərindən biri bu şəhərin peyğəmbərin hicrət yeri olacağını bilmələri idi. Bu səbəbdən də Mədinədə sakin olmuşdular. Amma İslam peyğəmbəri zühur etdikdən sonra Tövratda qeyd olunmuş nişanələri görsələr də, küfrə uğradılar.1

Bildirişlər


1. İlahi dinlər bir-birlərinə qarşı çıxmır, əksinə bir-birlərini təsdiq edirlər.

2. Hər xoş münasibətə etimad göstərmək olmaz. Yəhudilər illər uzunu Mədinədə yeni peyğəmbərin zühur ümidi ilə sakin olsalar da, əməl məqamında küfr etdilər. (Öz eşq və intizarınızla qürrlənməyin. Əməl məqamı çatdıqda insanın halı dəyişə də bilir. Allah eləməmiş bu gün “Nüdbə” duası oxuyasan, sabah isə...)

3. Haqqı tanımaq və onu bilmək kafi deyil. Çoxları haqqı tanıdıqları halda inadkarlıqları səbəbindən kafir oldular.
90. ﴿بِئْسَمَا اشْتَرَوْاْ بِهِ أَنفُسَهُمْ أَن يَكْفُرُواْ بِمَا أنَزَلَ اللّهُ بَغْياً أَن يُنَزِّلُ اللّهُ مِن فَضْلِهِ عَلَى مَن يَشَاء مِنْ عِبَادِهِ فَبَآؤُواْ بِغَضَبٍ عَلَى غَضَبٍ وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ

Nə pisdir o şey ki, özlərini ona satdılar. Həsəd səbəbindən Allahın göndərdiyi ayələrə kafir oldular. (Dedilər) Nə üçün Allah fəzlini bəndələrindən istədiyinə (ayələr) nazil edir? Beləcə, Allahın ardıcıl qəhrinə düçar oldular. Kafirlər üçün zəliledici əzablar var.”


Nöqtələr


Ayədə yəhudilərin İslam peyğəmbərinə qarşı küfrünün səbəbi bəyan olunmuşdur. Onlar həsəd aparırdılar ki, nə üçün vəhy Bəni-İsraildən bir kəsə nazil olmayıb. Bu həsəd və küfr onların özlərini satdığı çox pis bir qiymət idi.

Bildirişlər


1. Xalqın dininin dəyər ölçüsü onların maraqlarından asılıdır.

2. Həsəd küfr mayasıdır. Bəni-İsrail arzu edirdi ki, vəd olunmuş peyğəmbər onlardan olsun. Arzularına çatmadıqlarından həsəd göstərib küfr etdilər.

3. Peyğəmbərlik ilahi fəzldir.

4. İnsanın narazılığı Allahın hikmət dolu lütflərinə təsir göstərmir. Allah kimi peyğəmbər seçəcəyini daha yaxşı bilir.

5. Ən pis müamilə odur ki, insan varlığını verib Allahın qəzəbini alsın.
91. ﴿وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ بِمَا أَنزَلَ اللّهُ قَالُواْ نُؤْمِنُ بِمَآ أُنزِلَ عَلَيْنَا وَيَكْفُرونَ بِمَا وَرَاءهُ وَهُوَ الْحَقُّ مُصَدِّقاً لِّمَا مَعَهُمْ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنبِيَاء اللّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ

Onlara "Allahın nazil etdiyinə iman gətirin." deyə əmr olunduqda deyərlər: "Biz yalnız o şeyə iman gətirərik ki, özümüzə nazil olsun..." Bundan qeyrisinə kafir olarlar. Hansı ki, o (Quran) haqdır və onların Tövratdan bildiklərini təsdiq edir. De ki, əgər mömin idinizsə, nə üçün bundan qabaq ilahi peyğəmbərləri qətlə yetirdiniz?!”


Bildirişlər


1. İslam peyğəmbərinə bütün ümmətləri İslama dəvət etmək əmr olunmuşdu.

2. Kafirlərin küfr dəlillərindən biri irqçilik, millət və qövm təəssübüdür.

3. İman ölçüsü irq və millət yox, ayinlərin haqq olmasıdır.

4. Quran başdan-başa həqiqətdir.

5. Peyğəmbər dövründəki yəhudilər öz babalarının rəftarı ilə razı olduqlarından, peyğəmbərlərin öldürülməsini Allah onlara da aid etmişdir.

6. Yalançı rüsvaydır.

(Əgər Bəni-İsraildən olan peyğəmbərə iman gətirmişdilərsə, nə üçün həmin qövmdən olan Yəhya və Zəkəriyyanı şəhid etdilər?! Bəli, onların rəftarı imansızlıqlarının nişanəsi idi.)
92. ﴿وَلَقَدْ جَاءكُم مُّوسَى بِالْبَيِّنَاتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَMusa sizin üçün möcüzələr gətirdi. Amma siz ondan sonra (o olmayanda) zülmə uğrayaraq buzova üz tutdunuz.”

Nöqtələr


◘Ayədə yəhudilərə müraciət olunur: Sizin iman gətirməmək məqsədi ilə Məhəmmədin ərəb olduğunu bəhanə gətirməyinizin digər bir dəlili budur ki, Musa sizin qövmdən olan ən üstün peyğəmbər ikən, aydın dəlillərlə və möcüzələrlə gəldiyi bir vaxt bir neçə gecəlik (Tur dağında münacata gedərkən) aranızda olmayanda buzovpərəstliyə üz tutdunuz. Musanın bütün zəhmətlərini bada verib özünüzə zülm etdiniz!

Bildirişlər


1. Düzgün mühakimə yürüdülməsində keçmişin öyrənilməsi faydalıdır.

2. Şirk və cahilliyyətə qayıdış insanın özünə və nəslinə zülmüdür.


93. ﴿وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاسْمَعُواْ قَالُواْ سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُواْ فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِن كُنتُمْ مُّؤْمِنِينَ

(Xatırlayın,) sizdən əhd aldığımız, Tur dağını sizin üzərinizə qaldırdığımız və “sizə verdiyimiz göstərişləri möhkəm tutun və eşidin” dediyimiz vaxt onlar dedilər: “Eşitdik və itaətsizlik etdik... Öz küfrləri səbəbindən buzovpərəstliyə bağlandılar. De ki, əgər iman iddiasındasınızsa, imanınız sizi pis şeylərə sövq edir.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin