Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə33/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   29   30   31   32   33   34   35   36   ...   97

Nöqtələr


◘Ayənin nazil olma səbəbi belə bəyan olunur: İslam peyğəmbəri Mədinəyə gəldikdən sonra bir gün İbn Surya (yəhudi alimlərindən biri) fədək yəhudilərindən bir qrupu ilə Peyğəmbərin (s) yanına gəlib, suallar verdilər. Həzrət onların bütün suallarını cavablandırdı və istədikləri nişanələri bəyan etdi. Onların son sualı bu idi ki , vəhy mələyinin adı nədir? Həzrət bildirdi ki, bu mələyin adı Cəbraildir. Onlar dedilər: “Əgər Mikail olsaydı, sənə iman gətirərdik. Cəbrail isə cihad kimi çətin əmrlər gətirir. Mikailin gətirdiyi əmrlər isə sadə və rahatdır.”

Bildirişlər


1. İnsanın xəyalbazlığı və inadkarlığı elə bir həddə çatır ki, mələklər aləminə də əl uzadır. (Allah isə mələklərin məsum olduğunu bildirir.)1

2. Böhtan atılmış pakların himayə və müdafiəsi vacibdir.

Allah yəhudilərin Cəbrail haqqındakı yanlış təsəvvürlərini məhkum edərək, Cəbraili belə tərif edir ki, o, icazəsiz iş görmür, öz risalətində əmindir və Allahla peyğəmbər arasında rabitəçidir.

3. Bəni-İsrailə deyilir ki, Cəbrail onların Tövratını təsdiq edən bir kitab gətirmişdir. Bəs nə üçün onlar Cəbraillə düşməndirlər?!


98. ﴿مَن كَانَ عَدُوًّا لِّلّهِ وَمَلآئِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ فَإِنَّ اللّهَ عَدُوٌّ لِّلْكَافِرِينَ

Hər kəs Allahın, Onun mələklərinin və peyğəmbərlərinin, Cəbrail və Mikailin düşməni olsa (kafirdir və bilin ki, Allah kafirlərin düşmənidir.)”


Bildirişlər


1. Bütün müqəddəsliklərə iman və sevgi zəruridir.

2. Peyğəmbərlər və övliyalarla düşmənçilik Allaha qarşı küfr və düşmənçilikdir.

3. Bütün mələklər eyni dərəcədə deyil. (Burada iki xüsusi mələk, Cəbrail və Mikailin adı çəkilir.)
99. ﴿وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ وَمَا يَكْفُرُ بِهَا إِلاَّ الْفَاسِقُونَ

Sənə doğru, aydın ayələr göndərdik. Yalnız fasiqlər onu inkar edər.”


Nöqtələr


◘İnsan həvəslər ardınca getməklə və günaha batmaqla haqq yoldan çıxır və küfrə meyl etməyə başlayır. Quran buyurur: “Günaha batanlar tövbə edib əvəzini çıxmasalar, onların işinin sonu inkar və küfrdür.1

◘Əhvalatı əvvəlki iki ayədə qeyd olunmuş İbn Surya; Peyğəmbər (s) onun suallarını cavablandırdıqdan sonra başqa bir bəhanə tapmayıb dedi: “Sənə Mikail yox, Cəbrail vəhy gətirdiyi üçün biz də sənə iman gətirmirik.” Amma onun cavabı əvvəlki ayədə verildiyindən İbn Surya yəhudilərin avamlarına müraciət edir ki, o, aşkar bir dəlil gətirməmişdir. Ayə nazil oldu ki, məbada İbn Surya kimi alimlərin bəhanəçiliyi xalqı çaşdıra. Xalq bilməlidir ki, Bəni-İsrail bəhanə axtarır. Əslində isə aydın və möhkəm dəlillər göndərilmişdir və kimsə həzrətin peyğəmbərliyinə şübhə edə bilməz. Belə dəlillər gətirildiyi halda yalnız günahkarlar həvəsbazlıqları və günahlarının çoxluğu səbəbindən küfr edir, haqq yoldan çıxırlar.


Bildirişlər


1. Haqsız ittihamlar qarşısında mövqelər gücləndirilməlidir. Yəhudi alimləri həzrət Peyğəmbəri (s) haqsız yerə ittiham və onun möhkəm dəlili olmadığını bəhanə etdiklərindən Allah öz peyğəmbərini gücləndirdi.

2. Fəsad və günah küfr zəminəsidir.


100. ﴿أَوَكُلَّمَا عَاهَدُواْ عَهْداً نَّبَذَهُ فَرِيقٌ مِّنْهُم بَلْ أَكْثَرُهُمْ لاَ يُؤْمِنُونَ

Məgər belə olmadımı ki, onlar (yəhudilər) hər dəfə əhd bağladıqda bir dəstələri bu əhdi pozdular. Həqiqət budur ki, onların çoxu iman gətirməz.” (Ayə yəhudilərin tarix boyu əhdi pozduqlarını, bəhanə gətirdiklərini, inadkarlıq göstərdiklərini bildirməklə həzrət Peyğəmbərə təsəlli verir.)


101. ﴿وَلَمَّا جَاءهُمْ رَسُولٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ كِتَابَ اللّهِ وَرَاء ظُهُورِهِمْ كَأَنَّهُمْ لاَ يَعْلَمُونَ

Elə ki, Allah tərəfindən onlarda olanı (Tövratı) təsdiq edən peyğəmbər soraqlarına gəldi, kitab əhlindən bir qismi Allahın kitabına arxa çevirdi. Sanki bu işdən tamamilə xəbərsiz idilər.”


Nöqtələr


◘Yəhudi alimləri Peyğəmbərin (s) besətindən qabaq xalqa onun qarşıdakı zühuru ilə müjdə verirdilər. Onlar öz kitablarından bu peyğəmbər haqqındakı nişanələri bəyan edirdilər. Yəhudi alimlərində elə nişanələr vardı ki, onlar həzrət Məhəmmədi (s) öz övladları tək tanıyırdılar. Amma həzrətin besətindən sonra həmin nişanələri gizlədib, inkar etməyə başladılar.

Bildirişlər


1. Müxaliflərlə qarşılaşdıqda insaflı rəftar etmək lazımdır. Əvvəlki ayədə buyurulurdu ki, onların əksəri iman gətirməsə də, bir qismi başqa cürdür. Bu ayədə də qeyd olunur ki, onlardan bir qismi belədir. Yəni onların hamısına eyni gözlə baxılmamalıdır.

2. Əməl olunmayan bir elm cəhl kimidir. Bildiklərini bir tərəfə qoyub həqiqəti gizlədən alimlər, "sanki bilmirlər" təbiri ilə yad edilirlər.


102. ﴿وَاتَّبَعُواْ مَا تَتْلُواْ الشَّيَاطِينُ عَلَى مُلْكِ سُلَيْمَانَ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَـكِنَّ الشَّيْاطِينَ كَفَرُواْ يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولاَ إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلاَ تَكْفُرْ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ وَمَا هُم بِضَآرِّينَ بِهِ مِنْ أَحَدٍ إِلاَّ بِإِذْنِ اللّهِ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلاَ يَنفَعُهُمْ وَلَقَدْ عَلِمُواْ لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الآخِرَةِ مِنْ خَلاَقٍ وَلَبِئْسَ مَا شَرَوْاْ بِهِ أَنفُسَهُمْ لَوْ كَانُواْ يَعْلَمُونَ

(Yəhudilər) Süleymanın əsrində şeytanların oxuduqlarına tabe olurdular. Süleyman heç vaxt kafir olmadı. Amma şeytanlar xalqa sehr-cadu öyrətməklə kafir oldular. Babil şəhərində Harut və Marut adlı iki mələyə nazil olanlara tabe oldular. O iki mələk əvvəlcə “Biz sizin imtahan vasitənizik”, “kafir olmayın” deməmiş kimsəyə bir şey öyrətmədilər. Amma onlar bu iki mələkdən elə bir şey öyrəndilər ki, onun vasitəsi ilə ərlə arvad arasına ayrılıq sala bilsinlər. Amma Allahın iradəsi olmadan heç vaxt kimsəyə zərər toxundura bilməzlər. Onlar o hissələri öyrəndilər ki, özləri üçün xeyiri yox, ziyanı oldu. Şübhəsiz, bilirdilər ki, hər kəs belə şeylərin alıcısı olsa, axirətdə bəhrəsi olmayacaq. Doğrudan da, özlərini çox pis bir şeyə satdılar. Əgər bilsəydilər!”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin