Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə57/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   53   54   55   56   57   58   59   60   ...   97

Nöqtələr


◘“Qisas” davam mənası verən “qəss” sözündəndir. Ona görə də davamlı və ardıcıl əhvalata qissə deyilir. Qatil cəzalanadək qətlin ardınca getmək qisas adlanır.

◘Bütün cəmiyyətlərdə bilərəkdən və ya bilməyərəkdən qətllər baş verir. İslam kimi kamil bir din belə hadisələr müqabilində ədalətli və məntiqi proqrama malik olmalıdır. Yalnız dəqiq münasibətlə bu hadisələrin təkrarlanmasının, eləcə də, yersiz intiqamların, sui-istifadələrin qarşısını almaq olar. Düzgün münasibət göstərildikdə qatillər cürətlənməz, məzlumun qanı hədərə getməz. İslamdan qabaq cahiliyyət dövründə bir nəfərin qətli səbəbindən bütöv bir qəbilə qana bələşər, uzun-uzadı savaşlar gedərdi. İslam bu ayədə bəyan olunmuş göstərişlə həm xalqın qanının qorunmasını, həm tərəflərin razılığını, həm də hədlərə riayəti nəzərdə tutur. Əlbəttə ki, qisas qanunu bağışlanmaya yer qoymadan ilahi hökm deyil. Bu qanun mal sahiblərinin haqqını təmin edir və onlar diyə almaqla və ya diyəsiz haqlarından keçə bilərlər.



Sual: Nə üçün qisas qanununda cinslər nəzərə alınır? Nə üçün qatil kişi, qətlə yetirilən qadın olduqda kişidən qisas alınmır?

Cavab: Qadın və kişinin qətlə yetirilməsi ilahi, insani və axirət cəzası baxımından eynidir. Fərq isə dünyəvi cəzalardadır. Bu fərqi doğuran səbəb kişilərin, adətən, ailə başçısı olmasıdır. Onların qətli bütün ailəyə iqtisadi zərbədir. Qanun qadının ailə təminatçısı olması kimi nadir hallara yox, ümumi vəziyyətə əsaslanır.

Bildirişlər


1.Dini hökmlərin gerçəkləşməsi üçün dini hökumət lazımdır. Qüdrət və hakimiyyət olmadan qisas qanununun icrası mümkünsüzdür.

2. Qisas qanununda bərabərlik və ədalət üsulu diqqət mərkəzindədir.

3. Qətiyyət və ülfət (mərhəmət) birlikdə zəruridir.

4. İslami hüquqlar islami əxlaqdan təcrid olunmamışdır.

5. İslam yəhudilər kimi qisası yeganə çıxış yolu bilmir, məsihilər kimi ən yaxşı yol bağışlamaqı saymır. İslam bu məsələni daha dərindən və əhatəli nəzərdən keçirir, qisas, qan bahası və bağışlama kimi tədbirləri bəyan edir.

6. Qatilin bağışlanmasının, qisasın qan bahası ilə əvəz olunmasının caizliyi sizin tərbiyəniz üçündür.

7. İlahi hədlərə təcavüz və onlardan sui-istifadə qadağandır.

8. Qanunu yüngülləşdirdikdə sui-istifadənin qarşısını alın.


179. ﴿وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاةٌ يَاْ أُولِيْ الأَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ

Ey ağıl sahibləri! Qisasda sizin üçün həyat var. Bəlkə siz təqva yolunu tutasınız.”


Nöqtələr


◘Ayədə sanki qisas hökmü ilə bağlı ziyalınümalar tərəfindən irəli sürülmüş iradlara cavab verilir. Quranda buyurulur: “Qisas hökmü bəşər cəmiyyəti üçün həyat təminatçısıdır. Qisas şəxsi münasibət və intiqam deyil. Qisas ictimai təhlükəsizliyin təminatçısıdır. Cəmiyyətdə təcavüzkardan qisas alınmasa, ədalət və əmniyyət aradan gedər. Belə bir cəmiyyətin sanki həyatı yoxdur, o ölüdür. Necə ki, tibdə, əkinçilikdə və heyvandarlıqda insanın, bitkinin və heyvanın həyat şərti mikrobların və bəlaların aradan götürülməsidir.

Əgər qatilin psixoloji baxımdan gərgin vəziyyətdə olduğunu əsas gətirib onu azad etsək, onu növbəti cinayətlərə cəsarətləndirmiş olarıq. Çünki heç bir cinayətkar psixoloji baxımdan aram vəziyyətdə cinayətə əl atmır. Əgər psixoloji sarsıntı əsas götürülərsə, onda bütün cinayətkarlar azad edilməlidir. Belə olsa bütün cəmiyyət savaş meydanına çevrilər və həyəcanlanmış insanlar bir-birlərini qətlə yetirərlər. Elə düşünməyin ki, bugünkü dünyamız məhəbbət dünyası, qisas qanunu isə sərtlikdir. Qisas qanununu bəşər haqlarına zidd saymaq olmaz. İslam qisas hökmü ilə yanaşı bağışlamaq və qan bahası almaq haqqı da vermişdir. Belə bir münasibət də düzgün deyil ki, günahkarlardan qisas almaq əvəzinə, onlardan zindanlarda iqtisadi inkişaf üçün istifadə edilməlidir. Belə bir proqram ictimai asayişi təmin etmir. Əsas məsələ insanlıq məqamı və ədalətli cəmiyyətdir. Bu gün təhlükə dolu və istehsal gücü hər gün artan dünyanı alqışlamaq olmaz, xüsusi ilə belə bir inkişaf məhbus edilmiş cinayətkar ünsürlərin əli ilə həyata keçərsə!

◘Qisas qanunu ədalətin, əmniyyətin və cəmiyyətin diriliyinin zəmanətçisi olduğundan ayənin sonunda buyurulur: Bu qanunun icrası başqa qətllərin qarşısını alır.

Həyat bir neçə növdür:

1.Təbii həyat; məsələn, baharda yağışdan sonra torpağın oyanması.1

2. Mənəvi həyat; məsələn, xalqın həyat amili olan peyğəmbər dəvəti.2

3. Şəhidlər üçün olan bərzəx həyatı3;

4. Hamı üçün olan axirət həyatı4;

5. Təhlükəsizlik və ədalət sayəsində qorunan ictimai həyat.

Bildirişlər


1. Ədalətin icrası cəmiyyətin həyatının təminatçısıdır.

2. Həlimlik və sərtlikdə tarazlıq gözlənilməlidir. Rəhman və rəhim olan Allah qisası həyat rəmzi sayır.

3. Təhlükəli ünsürün aradan götürülməsi ağıla uyğun bir əsasdır.

4. Mühakimə yürütməyə tələsməyin. Səthi bir baxışla qisas yaxşı görünməyə də bilər. Amma dərin düşüncə ilə araşdırsanız, görərsiniz ki, qisas həyat rəmzidir.

5. Təqva və günahdan uzaqlıq istər ibadi, istərsə də hüquqi-dini hökmlərin fəlsəfəsidir.

6. Qisas insanları qətlin təkrarından uzaqlaşdırır.


180. ﴿كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِن تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالأقْرَبِينَ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ

Sizin üçün müəyyənləşdirilib ki, birinizin ölümü çatdıqda ondan bir mal qalmış olarsa, bəyənilmiş şəkildə ata-anası və yaxınlarına vəsiyyət etsin. Bu, təqvalıların üzərində olan bir haqdır.”


Nöqtələr


◘Bəziləri elə düşünürlər ki, insan vəsiyyət etdikdə tez ölür. Hansı ki, vəsiyyət bir növ uzaqgörənlikdir. “Ölüm zamanı vəsiyyət edin” buyuruğunda məqsəd budur ki, ölüm axır fürsətdir. Əslində isə insan ölümündən neçə illər qabaq vəsiyyət edə bilər.

◘Bəziləri vəsiyyət edilməsini vacib saymışlar. Amma “müttəqilər üzərində olan bir haqdır” cümləsindən məlum olur ki, bu əməl müstəhəbdir. Əks təqdirdə “müttəqilər” əvəzində "möminlər" kəlməsi işlənərdi.

◘Bu şərif ayədə “mal” kəlməsi əvəzinə “xeyir” kəlməsindən istifadə olunmuşdur. Bununla nəzərə çatdırılır ki, var-dövlət xeyir və yaxşılıq mayasıdır. İslamda tənqid olunan isə haram mal və ya var-dövlətə ifrat bağlılıqdır. Pislənilən isə var-dövlətin fərdi və ictimai kamilliklərdən üstün tutulması, ya da mal əldə olunması üçün xalqın istismarıdır.

◘Vəsiyyət layiqli, ağılyana olmalıdır. Vəsiyyətdə kinə, intiqama, yersiz mehr-məhəbbətə yol vermək olmaz. İrsdən yalnız bəzi yaxınlar və müəyyən miqdarda bəhrələndiyindən İslam göstəriş verir ki, qohumlar arasında irsdən məhrum olanlar varsa və ya kiməsə irs payı düşürsə, vəsiyyətlə həmin adamların payını artırmaq yaxşıdır. Amma vəsiyyətdə ədaləti gözləməyən, zülmə yol verən insan böyük günah etmişdir.1

Rəvayətlərdə nəql olunur ki, bir şəxs körpə uşaqları olduğu halda bütün mülkünü Allah yolunda bağışladı. Həzrət Peyğəmbər (s) bu hadisədən xəbər tutub soruşdu ki, "həmin şəxs öləndə nə etdiniz?" Dedilər ki, "onu dəfn etdik." Həzrət buyurdu: “Əgər mənə əvvəlcədən desəydiniz, onun müsəlman qəbristanlığında dəfninə icazə verməzdim. Çünki bu şəxs bir bu qədər övladı olduğu halda onlar üçün heç bir şey qoymamış, varını-yoxunu Allah yolunda vermişdir.”1

◘Vəsiyyət dəqiq bir işdir. Bu işdə (Allah eləməmiş) diqqətsizliyə yol verilsə, sonradan fitnə və narahatlıq yaranar. Qeyri-dəqiq vəsiyyət səbəbindən bir sıra xeyir işlər məhv olar. Həzrət peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Bəzən altmış il ibadət etmiş şəxs vəsiyyətini ədalətlə tənzimləmədiyindən cəhənnəmə gedər.”2

◘Vəsiyyət onu göstərir ki, insanın malikliyi hətta onun ölümündən sonra da var-yoxunun bir hissəsi üzərində davam edir.

İnsan öz var-yoxunun üçdə birini vəsiyyət edə bilər. Əgər bir şəxs bu həddi aşmaq istəyirsə, öz vərəsələrindən icazə almalıdır. Necə vəsiyyət etməyi öyrənmək üçün ilahi övliyalar, şəhidlər və alimlərin vəsiyyətlərini oxumaq yaxşı olar.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər bir şəxs başqa birinin vəsiyyətini yerinə yetirəcəyini öhdəsinə götürsə, amma sonradan heç bir üzrü olmadan bu işi boynundan atsa, onun heç bir əməli qəbul olunmaz. Göylə yer arasındakı bütün mələklər ona lənət edər. Bu şəxs daim Allahın qəzəbindədir. Onun dediyi “Ya Rəbb” sözünə bir lənət göndərilər. Onun əvvəlki bütün yaxşı işlərinin savabı vəsiyyət edənin naməsinə yazılar.”3

Vəsiyyətin təsir və bərəkətləri:

1.Vəsiyyət diqqət və hesab-kitablı olmaq nişanəsidir.

2. Vəsiyyət başqalarının hüquqlarına hörmət əlamətidir.

3. Vəsiyyət yaddan çıxarılmış xeyir işlərin görülməsi və ölümdən sonra saleh əməlin davamıdır.

4. Vəsiyyət iqtisadi boşluqların doldurulması və mülkün tarazlaşdırılmasıdır.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs dünyadan vəsiyyət edib gedərsə, sanki şəhid olaraq ölmüşdür.”4

◘Valideyn və yaxınlar üçün vəsiyyət məhəbbətin təravətlənməsi, bir növ qədirdanlıq amilidir. Ona görə də vəsiyyət ayəsinin əvvəlində valideyn yada salınır. Vəsiyyət elə tənzimlənməlidir ki, onlara irs payından əlavə də nə isə çatsın. Bu da ehsanın nümunələrindəndir.

Vəsiyyətin növləri:

1. Vacib: Məsələn, Allah haqqının, xalqın haqqının, qəza namazının və digər ibadətlərin, xüms və zəkat kimi vacib haqların, borcların yerinə yetirilməsi haqqında vəsiyyət;

2. Müstəhəb: Məsələn, xeyriyyə işləri üçün vəsiyyət;

3. Mübah: Məsələn, övladlara peşə, geyim, qida haqqında vəsiyyət;

4. Məkruh: Məsələn, qəbir üzərində məqbərə tikilməsi haqqında vəsiyyət;

5. Haram: Məsələn, fəsad mərkəzlərinin yaradılması, azdırıcı kitabların nəşri haqqında vəsiyyət.


Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin