Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə85/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   81   82   83   84   85   86   87   88   ...   97

Bildirişlər


1. Ondan savay heç bir mövcudda məbudluq yoxdur.

2. Gerçək, əbədi həyat və bütün digər həyatlar Onundur.

3. Hər şey ardıcıl şəkildə Ona bağlıdır və bir an olsun belə Onun tədbirindən xaric deyil.

s. 387)


4. Hər şey Ondandır.

5. Nəinki varlıq aləmi, bu aləmdə baş verən bütün işlər də Ondandır.

6. Sizin xəyalınız əsasında bir şey şəfaətçi və vasitə olmaz.

7. Bir kimsə Ondan mehriban deyil. Hər bir şəfaətçinin eşq və mehribanlığı Ondandır.

8. Allah hər şeydə və bütün hallarda agahdır. Günah etdikdə Ondan utanaq.

9. O hər şeyi əhatə edir. Amma başqaları Onun istəyi olmadan elmin bir guşəsini də əhatə edə bilməz. 1

10. Onun hakimiyyəti və qüdrəti məhdud deyil.

11. Varlıq aləminin hifzi Onun üçün ağır deyil.

12. Varlıq aləmini hifz edən kəs bizi bütün təhlükələrdən də qoruya bilər. Ona görə də hifz olmaq üçün ayətəl-kürsü oxumaq sifariş olunmuşdur.
256. ﴿لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ

Dində (dinin qəbulunda) məcburiyyət (ikrah) yoxdur. Həqiqətən, təkamül yolu azğınlıq yolundan aşkar fərqlənmişdir. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, qəti olaraq qırılmayan möhkəm tutacaqdan (təstəkdən) yapışmışdır. Allah bilən, eşidəndir.”


Nöqtələr


◘Məcburi şəkildə qəlbdə iman yaranmır. Dəlil, əxlaq, moizə yolu ilə qəlblərə nüfuz etmək olar. Amma bu o demək deyil ki, insan əməldə istədiyini edə və deyə ki, mən azadam, tutduğum yoldan məni döndərməyə kimsənin haqqı yoxdur. İslamdakı cəza qanunları, eləcə də qamçı, hədd, diyə, qisas, nəhy əz münkər və cihad kimi vaciblər göstərir ki, hətta İslama qəlbən etiqadı olmayanlar da cəmiyyətə əziyyət verə bilməzlər.

◘Kafirlərə “iddialarınızda sadiqsinizsə, dəlil gətirin” deyən İslam bu əqidəni xalqa məcburi şəkildə qəbul etdirərmi?

◘İslamda cihadın məqsədi ya zalım hakimlərlə mübarizə və insanlara düşünmək icazəsi verməyən diktator rejimləri sındırmaq üçündür, ya da əslində bir xəstəlik olan şirk və xürafatpərəstliyi məhv etmək üçün. Zalım hakim və şirk qarşısında sükut bəşəriyyətə zülmdür.

◘Rəvayətlərə görə qırılmaz dəstəkdən yapışmağın bir nümunəsi Allahın övliyaları və Əhli-beytə üz tutmaqdır. Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurmuşdur: “Sənsən ürvətül-vüsqa”1


Bildirişlər


1. Dəlil və məntiqə malik bir dinin ikrah və məcburiyyətə ehtiyacı yoxdur.

2. Zorun təsiri əməl və hərəkətdir, düşüncə və əqidəyə yox!

3. Höccətin (dəlillərin) xalqa tamamlanması üçün haqq yol batil yoldan ayrılmışdır. Haqq yol ağıl, vəhy və möcüzələr vasitəsi ilə işıqlanır. İslam təkamül dinidir.

4. Din bəşəriyyətin təkamül mayasıdır.

5. İslam zalım hakimlərlə sazişdə deyil.

6. Zalım hakimlər məhv olmayınca tövhid cilvələnməz. Əvvəl tağutun inkarı, sonra Allaha iman!

7. Tağutun inkarı və Allaha iman daimi olmalıdır. “Felin gələcək zaman forması davam əlamətidir.

8. İlahi tutacağın möhkəmliyi kifayət etmir. Möhkəm yapışmaq da şərtdir.

9. Zalım hakimlərə və Allahdan qeyrilərinə arxalanma etibarsızdır. Yeganə qırılmaz ip Allaha imandır.

10. Allaha iman və Allah övliyaları ilə rabitə əbədidir. Zalım hakimlər qiyamət günü öz ardıcıllarına arxa çevirəcəklər.

11. Allaha iman və tağutun inkarı saxta yox, saf olmalıdır. Çünki Allah bilir və eşidir.
257. ﴿اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

Allah möminlərin dostu və himayəçisidir. Onları zülmətlərdən çıxarıb nura doğru aparar. Kafirlərin dostu isə tağutlardır. Onları nurdan qaranlıqlara sövq edərlər. Onlar atəş əhlidirlər və daim onda olacaqlar.


Nöqtələr


◘Əvvəlki ayədə oxuduq ki, Allah hər şeyin malikidir. Bu ayədə isə belə buyuruldu: Onun möminlərə münasibəti xüsusi və üstün bir münasibətdir.

Allahın vilayətini qəbul edənlərin bəzi səciyyələri:

- Allahın vilayətini qəbul edən kəsin işləri ilahi rəng alır.1

- Özü üçün ilahi rəhbər seçir.2

- Yolu aydın, gələcəyi məlum və işləri xoşdur.3

- Savaşlar və çətinliklər zamanı Allahın yardımına göz dikib, qeyri-ilahi güclərə meyl göstərmir.4

- Ölümdən qorxmur və Allahın vilayəti kölgəsində ölümü səadət sayır. Bu həqiqəti imam Hüseyn (ə) də öz buyruğu ilə təsdiqləyir.5

- Həyatdakı tənhalıq onun üçün ağır deyil. Çünki Allahın nəzərləri altında olduğunu bilir. (bax: “Tövbə”, 40)

- İnfaq və malını xərcləməkdə ehtiyatlanmır. Çünki malını öz hamisinə tapşırdığına inanır.6

- Mənfi təbliğatlar ona təsir göstərmir. Çünki Allahın qəti vədlərinə ümidlidir.7

- Allahdan başqa hər şey onun nəzərində kiçikdir.8

- Çoxsaylı qanunlar və göstərişlər onu narahat etmir. Çünki o yalnız Allahın qanunlarını qəbul etmiş və bu barədə düşünür. Qarşısına yüzlərlə qazanc yolu çıxsa da, o yalnız Allahın razılığını əsas götürərək yol seçir.9

Bildirişlər


1. Möminlərin bir himayədarı var və o da Allahdır. Kafirlərin isə tağutlardan olan dostları çoxdur. Bir dostu qəbul etmək daha asandır. Kafirlərin dəvəti qarşısında Yusif də həmin nöqtəyə işarə etdi: “Çox saylı və pərakəndə sahiblər yaxşıdır, yoxsa yeganə və qadir Allah?!”10 Möminlərin dostu kimi vahid Allahın, kafirlərin dostu kimi tağutların adı çəkilir.

2. Əvvəlki ayədə təkamül və süqut yolunun aydınlaşdırıldığı bildirilirdi. Bu ayədə isə həmin təkamül və həmin süqutun bir nümunəsi bəyan olunur. O, Allahın vilayəti (təkamül) və tağutların vilayətidir (azğınlıq).

3. Haqq yol birdir. Azğınlıq yolları isə çox. Quran haqq yoldan danışarkən nur sözünü işlədir. Azğınlıq yolları isə zülmətlər kimi təbir olunur.

4. Haqq yol nurdur və nurda hərəkət, təkamül, ümid və aramlıq imkanı var.

5. Mömin üçün çıxılmaz vəziyyət yoxdur.

6. Zalım hakimlər küfr və şirk fəzasında manevr (görüntü yaratmaq) imkanına malikdirlər.

7. Allahın vilayətinə daxil olmayan insan istər-istəməz tağutların vilayətinə düşəsidir.

8. İlahi vilayətdən savay bütün vilayətlər tağuta aiddir.

9. Tağutu qəbul edənlərin aqibətinə diqqət insanı haqqın qəbuluna sövq edir.
258. ﴿أَلَمْ تَرَ إِلَى الَّذِي حَآجَّ إِبْرَاهِيمَ فِي رِبِّهِ أَنْ آتَاهُ اللّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِـي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِـي وَأُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

Məgər Allahın padşahlıq verdiyi kəsi (Nəmrudu) görmədinmi ki, İbrahim və onun Allahı haqqında höcətləşirdi? İbrahim deyəndə ki, "mənim Allahım dirildən, öldürən kəsdir," o dedi: “Mən də dirildirəm və öldürürəm.” İbrahim dedi: “Allah günəşi şərqdən çıxarır. Sən günəşi qərbə gətir." (Bu vaxt) o kafir çarəsiz qaldı. Allah zalım qövmü hidayət etməz.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin