Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə13/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   9   10   11   12   13   14   15   16   ...   97

Nöqtələr


◘“Ənbiya” surəsində oxuyuruq: “Siz və Allahdan savay pərəstiş etdiklərinizin hamısı cəhənnəm yanacağısınız.”1 Bəlkə də ayədə “daş” deyilərkən hər hansı daş yox, pərəstiş edilən bütlər nəzərdə tutulmuşdur. (Tarix boyu yalnız Həcərül-əsvədə sitayiş olunmamışdır və bu daş heç vaxt cəhənnəm odu olmayacaq. Bəli! Həcərül-əsvəd Allahın yer üzündə əli, bəşər fitrətinin etirafı üçün şahiddir.) Onlar öz gözləri ilə görməlidirlər ki, bütlərin əlindən bir iş gəlməyib və gəlmir. Eləcə də, bu daşlar qiyamət günü qatilin qanlı bıçağı tək günahın dəlil əşyasıdır.

Sual: Əgər söz bəşərin ixtirasıdırsa, nə üçün Quranın mislini gətirə bilmirlər?

Cavab: Əlifbanın hərfləri bəşərdəndir. Amma onların düzümü və uca məfhumlarının bəyanı elm və hünərdən qaynaqlanır. Quran Allahın sonsuz elm və hikmətinə əsaslanır. Amma istənilən bir şəxsin yazdığı istənilən bir kitab bəşəriyyətin məhdud elmi əsasında tərtib olunur. Ona görə də bəşər heç vaxt Quran mislində kitab hazırlaya bilməyəcək.

Bildirişlər


1. Yol və məqsədin haqq olmasına yəqinlik rəhbərlik üsullarından biridir. (“Və lən təfəlu”)

2. İndi ki, acizlik və zəiflik hiss etdiniz, haqqa təslim olun. (“Və lən təfəlu fəttəqu”)

3. Çaşqın və kafir insan daşla bir sırada dayanır. (“Ənnasu vəl-hicarə”)

4. Günahkar insanın iç xəbislikləri qiyamət günü təcəssüm olub, oda bürünər. (“Vəquduhənnasu”)

5. Küfr və inadkarlıq Allahın xəlifəsi olmağa layiq insanı cəhənnəm yanacağına döndərər. (“Vəquduhənnasu”)

6. Cəhənnəm odundan qurtuluş Qurana iman və İslam peyğəmbərinin təsdiqi girovundadır. (“Fə in lən təfəlu və ləm təfəlu fəttəqunnar... Uiddət lil-kafirin”)


25. ﴿وَبَشِّرِ الَّذِين آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ كُلَّمَا رُزِقُواْ مِنْهَا مِن ثَمَرَةٍ رِّزْقاً قَالُواْ هَـذَا الَّذِي رُزِقْنَا مِن قَبْلُ وَأُتُواْ بِهِ مُتَشَابِهاً وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ

İman gətirib saleh işlər görənlərə müjdə ver ki, onlar üçün ayaqları altda çaylar axan bağlar var. Onlara onun meyvələrindən veriləndə deyərlər: “Bu həminkidir ki, əvvəl də bizim ruzimiz olub. Və o nemətlərin oxşarları onlara verilər. Onlar üçün behiştdə pak-pakizə zövcələr var və orada əbədi qalarlar.”


Nöqtələr


◘“Mütəşabihən” sözünün işlədilməsində məqsəd bu ola bilər ki, behişt əhli ilk baxımda meyvələri dünyəvi meyvələr kimi görərlər və deyərlər: “Bunlar dünyada yediklərimizin oxşarıdır.” Amma yedikdən sonra anlayarlar ki, bu meyvələrin yeni bir tamı və ləzzəti var. Başqa bir ləzzət bu ola bilər ki, onlara verilmiş meyvələrin hamısı yaxşılıq, gözəllik və ətir baxımından eyni cür olarlar. Daha dünyadakı meyvələr kimi biri yaxşı, digəri pis olmaz.

◘Quranda iman və saleh əməl, adətən, yanaşı bəyan olunmuşdur. Amma iman saleh əməldən öndə gəlir. Bəli, əgər otaq daxildən işıqlanarsa, işıq şüaları onun pəncərələrindən bayıra düşər. İman insan batinini nurlandırır və nurani qəlb insanın bütün əməllərinə işıq saçır. İman və saleh əməlin bərəkəti çoxdur. Quran ayələrində bu bərəkətə işarə olunmuşdur.

◘Behişt zövcələri iki növdür:

a) Lölö (qiymətli daş) kimi bakirə hurul-eyn həmin aləmdə yaradılmış bir varlıqdır.

b) Dünyadakı mömin zövcələr də gözəl çöhrə ilə öz yoldaşlarının yanında olarlar.1

İmam Sadiqdən (ə) pak zövcələr haqqında soruşulduqda həzrət buyurmuşdur: “Behişt zövcələrində heyz və ifrazat olmur.”2




Bildirişlər


1. Xatırlatma və xəbərdarlıqla yanaşı müjdə vermək tərbiyə üsullarından biridir. (“Fəttəqun-nar... və bəşşirilləzinə amənu”)

2. Qəlb imanı saleh əməllə birgə olmalıdır. (“Amənu və əmilussalihat”)

3. Saleh işlərdən bəzisini yox, hamısını yerinə yetirmək faydalı olur. (“Əmilussalihat”)

4. Yaxşı və saleh işlər o zaman dəyərli olur ki, imandan qaynaqlanmış olsun. Şəxsi meyillərə, ictimai cazibələrə əsaslanan saleh iş dəyərsizdir. Əvvəlcə, “amənu”, sonra isə “əmilussalihat”.

5. Dünyada halal-haramı gözlədiyi üçün müəyyən şeylərdən məhrum olan mömin axirətdə onların əvəzini alır. (“ruziqu”)

6. Biz dünyada nemətləri əldən verməkdən qorxuruq. Axirətdə isə belə bir nigarançılıq yoxdur. (“Və hum fiha xalidun”)

7. Nemətlərin keçmişi ilə tanışlıq kam alma ləzzətini artırır. (“Ruziqna min qəbl”)

8. Behişt zövcələri də pakizədirlər. (“Əzvacun mütəhhərə”)


26. ﴿إِنَّ اللَّهَ لاَ يَسْتَحْيِي أَن يَضْرِبَ مَثَلاً مَّا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِينَ آمَنُواْ فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَأَمَّا الَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَـذَا مَثَلاً يُضِلُّ بِهِ كَثِيراً وَيَهْدِي بِهِ كَثِيراً وَمَا يُضِلُّ بِهِ إِلاَّ الْفَاسِقِينَ

Həqiqətən, Allah ağcaqanadı və ya ondan da böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun Rəbbləri tərəfindən bir həqiqət olduğunu bilirlər. Kafirlər isə deyirlər: “Allah bu məsəllə nə demək istəyir? Allah bu məsəllə bir çoxlarını yoldan azdırır, bir çoxlarını isə doğru yola hidayət edir. Allah günahkar fərdlərdən başqasını azdırmaz.”


Nöqtələr


◘“Bəuz” sözü ağcaqanad mənasındadır. Bu sözün kökü “bəz”dir və ağcaqanad öz cüssəsinin kiçikliyinə görə belə adlandırılmışdır.

Quranın məsəlləri bütün xalq üçündür. Quranda hər növ məsəl çəkilmişdir. 1 Əlbəttə, bu məsəlləri əhəmiyyətsiz saymaq olmaz. Çünki onların əsasını alimlər dərk edirlər. Quranda oxuyuruq: “Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayarlar.”2 Məsəllərdə xatırlatma, anlatma, təlim, bəyan, həqiqətlərin açıqlanması gerçəkləşir. Tövrat və İncil kimi əvvəlki səmavi kitablarda da, həzrət Peyğəmbər (s) və onun məsum Əhli-beytinin (ə) buyruqlarında da məsəllərdən geniş şəkildə istifadə olunur. Tövratda “Süleymanın məsəlləri” adı altında hissə vardır.

◘Bəzi İslam müxalifləri Quranın məntiqi və çəkdiyi məsəllər qarşısında aciz qaldılar. Onlar Quranın məsəllərini bəhanə edərək dedilər: “Allahın şəni milçək və ya hörümçək kimi bir canlını məsəl çəkməkdən daha ucadır.” Onlar elə düşünürdülər ki, bu məsəllər Allahın uca məqamına uyğun deyil. Ona görə də Quran ayələrinə şübhə edirdilər. Allah bu ayəni göndərməklə onların bəhanələrinə son qoyur.

Sual: Nə üçün Allah bir qrupu Quran və ondakı məsəllərlə azdırır?

Cavab: Allah kimsəni azdırmır. Sadəcə, Quran həqiqətlərinə qarşı çıxan hər bir insan özü azır. Bu mənada Quran kiminsə azğınlıq səbəbi sayıla bilər. Çünki ayənin sonunda buyurulur: “İnsanların günahı onların azğınlığına səbəb olur.” Axı necə ola bilər ki, Allah xalqı imana çağırdığı halda Özü onları azdırsın? Axı bir bu qədər peyğəmbər və səmavi kitab göndərən Rəbbimiz xalqı azdırmaq istəyərmi?” Necə ola bilər ki, Allah insanları azdırdığı üçün İblisi məzəmmət etsin, Özü isə Öz bəndələrini azdırsın?!

◘Bu ayədə həm hidayət, həm də azdırmaq ümumi şəkildə Allaha aid edilsə də, digər ayələrdə məsələ açıqlanılır. Məsələn, bir ayədə oxuyuruq: “Allah Ona doğru hərəkət edənləri hidayət edir.”3 Başqa bir ayədə göstəriş verilir ki, insanlar Allahın razılığı ardınca getsinlər.4 Başqa bir ayədə oxuyuruq: “O kəslər ki, Allah yolunda cihad edər.”5 Əksinə öz istəyi ilə əyri yolu tutanları Allah özbaşına buraxır. Allahın azdırması da elə özbaşına buraxmaq mənasındadır. Çünki, kafirlər, zalımlar, günahkarlar və israfçılar haqqında “la yəhdi” sözü işlədilmişdir. Sədinin təbirincə:


Var yol, quyu, görən göz, işıq, Aydınlıq içində yolunu azan.

Burax qoy yıxılsın olsun peşiman. İnsan yola baxıb olmalı ayıq.

Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin