Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə14/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   10   11   12   13   14   15   16   17   ...   97

Bildirişlər


1. İş şəri, əqli və ürfi cəhətdən məzəmmətli olduqda həya etmək lazımdır. Amma həqiqətin bəyanında utanmaq bəyənilməmişdir. (“La yəstəhyi”)

2. Uca və mühüm həqiqətləri sadə dildə, misallarla bəyan etmək olar. (“Ən yəzribə məsələn”)

3. Mömin Allah kəlamına inanır və bu göstərişlərə mütidir. (“Yələmunə ənnəhul-həqq”)

4. Quran məsəlləri tərbiyə və inkişaf vasitəsidir. (“Fəyələmu ənnəhul həqqu min rəbbihim”)

5. Quran məsəlləri haqdır və həqiqətləri bəyan edir. (“Ənnəhul həqqu”)

6. Haqqı axtaran kəs hər bir nurla yolu tapır. Bəhanəçi insan isə heç bir işığı bəyənmir. (“Maza əradəllahu bihaza məsələn.”)

7. Küfr və inadkarlıq bəhanə amilidir.

8. Günah azğınlığa səbəb olur və həqiqətləri tanımağa maneçilik törədir. (“Ma yuzillu bihi illəl-fasiqin.”)

9. Quran məsəlləri hidayət və ya zəlalət vasitəsidir. (“Yuzillu bihi, yəhdi bihi”)

10. Allah əhdini pozanı günahkar, günahkarı isə azğın edir. (“Və ma yuzillu bihi illəl fasiqin.”)


27. ﴿الَّذِينَ يَنقُضُونَ عَهْدَ اللَّهِ مِن بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِي الأَرْضِ أُولَـئِكَ هُمُ الْخَاسِرُونَ

O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz elələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!”


Nöqtələr


◘Bu ayədə bəyan olunmuş ilahi peymanlar, əhdlər çoxdur: Allah peyğəmbərlərdən vəd almışdır ki, ilahi ayələri xalqa çatdırsınlar.1 Kitab əhlindən vəd alınmışdı ki, haqqı gizlətməsinlər, Tövrat və İncilin İslam peyğəmbəri haqqındakı bəşarətlərinə əməl etsinlər.2 Bütün xalqdan əhd alınmışdır ki, Allahın göstərişinə əməl edib, şeytan yolundan uzaqlaşsınlar.3

◘İslamda əhdə vəfa etmək vacibdir. Kafirlərə münasibətdə də belədir. Əhdini pozan kəs münafiq kimi tanıtdırılmışdır. Hətta namaz qılan olsa da belədir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əhdinə sadiq olmayan insanın dindən faydası yoxdur.”1

◘Allah bu ayədə göstəriş vermişdir ki, qruplarla rabitə saxlanılsın. (“Əmərəllahu bihi ən yusələ”) Rəvayətlərdə bu qruplar belə tanıtdırılır: səmavi rəhbərlər, alimlər, qohumlar, möminlər, qonşular, müəllimlər. Hər kəs bu fərdlərlə rabitəni qırsa, özü zərər görər. Çünki o bu rabitələr sayəsində əldə edəcəyi təkamülün qarşısını almışdır.

◘Əhdə vəfa kamillikdir və Allah özünü bu sifətlə mədh edir.2 Əhdinə Allahdan yaxşı vəfa edən kimdir? Hətta müşriklərlə də əhdə vəfa etmək lazımdır. Quranda oxuyuruq: “Müqavilə müddətinin sonunadək müşriklərlə bağladığınız əhdə vəfalı olun.”3 Eləcə də Quranda əhdini pozanlar lənətlənmişdir.4

◘Əhd iki cürdür: Xalqın bir-biri ilə bağladığı əhd. Bu əhdə vəfa etmək lazımdır. İkinci əhd Allahın cəmiyyətə rəhbərlik üçün peyğəmbər və imamlarla etdiyi əhddir.5

◘Həmin ilahi əhdin bu ayədə təkid olunan hissəsi Allahın hər bir fərdin fitrətində qoyduğu əhdlərdir. Necə ki, Həzrət Əli (ə) fitri əhdin çiçəklənməsini peyğəmbərlik fəlsəfəsi kimi tanıtdırmışdır.6



Sual: Allahın əhdi nədir?

Cavab: Səmavi rəhbərlik Allahın əhdidir. Rəvayətlərdən məlum olur ki, namaz da Allahın əhdidir. İnsan və Allah arasında olan hər bir əhd ilahi əhddir. Əqli qanunlar və ilahi hökmlər də ilahi əhdin numunələridir.

◘Əllamə Məclisi (“Yəqtəunə ma əmərəllahu bihi ən yusələ”) ayəsinin ardınca sileyi-rəhmin (yaxınları yoxlamağın) əhəmiyyəti haqqında yüz on hədis nəql etmişdir.7 İndi həmin rəvayətdəki bəzi cəlbedici nöqtələri nəzərdən keçiririk:

–Hətta su içməklə də olsa, yaxınlarınızla görüşün;

–Sileyi-rəhm ömrü uzadır, yoxsulluğu aradan qaldırır;

– Sileyi-rəhm vasitəsi ilə ruzi artır;

–Ən üstün qədəm o qədəmdir ki, sileyi-rəhm, qohumların görüşü üçün götürülmüş olsun;


28. ﴿كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنتُمْ أَمْوَاتاً فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.”


Nöqtələr


◘Allahı tanımağın (allahşünaslığın) ən yaxşı yolu özümüz və aləmin yaranışı haqqında düşünməyimizdir. Həzrət İbrahim Allahın varlığını sübut edərkən buyurmuşdur: “Mənim Allahım bir kəsdir ki, dirildir və öldürür.”1 Həyatın yaranması və ölüm haqqında düşüncələr həyatın başqa bir varlıq tərəfindən yaradıldığını onun nəzərinə çatdırır. Əgər həyatı insan özü yaratmış olsaydı, onu əbədi edərdi. İnsan düşünür: “Nə üçün nə vaxtsa olmayıb, sonra olub, daha sonra isə yenidən olmayacaq?” Allah buyurur: “İndi ki, cansız ikən cana gəldiyinizi gördünüz, bilin ki, qiyamət günü də dirilməyiniz eyni cürdür.”

◘Həyat məsələsinin mahiyyəti məchul olsa da, onun əsərləri insanın vücudunda görünməkdədir. Həyatın xaliqinin də mahiyyəti dərk olunası deyil. Amma Onun da əsərləri hər şeydə aşkardır.


Bildirişlər


1. Əql və fitrətdən sorğu təbliğ və hidayət üsullarından biridir. (“Kəyfə təkfurunə...”)

2. Həyat və ölüm haqqında düşüncə Allahın varlığının isbatının ən üstün dəlilidir. (“Kuntum əmvatən”) Özünütanıma allahşünaslığın müqəddiməsidir.

3. İlahi dünyagörüşündə, həyat və ölümdə məqsəd təkamül və kamal mənbəyinə dönüşdür. (“Summə iləyi turcəun”) Mövləvi öz “Məsnəvi”sinin üçüncü dəftərində deyir:
Torpaq ikən ölüb cücərti oldum,

Bir də ölüb heyvan yerində qaldım.

Heyvan ikən ölüb döndüm insana,

Ucalıq verirmiş ölüm bu cana.

Kaş bir daha dadım onun tamını,

Bilinməz məqamda alım kamımı.


29. ﴿هُوَ الَّذِي خَلَقَ لَكُم مَّا فِي الأَرْضِ جَمِيعاً ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

Yerdə olanları bütünlüklə sizin üçün yaradan, sonra səmanı yaratmağa başlayıb, oları yeddi səma şəklində möhkəmlədən Odur. O hər şeydən agahdır.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin