Bildirişlər
1. Məskəndə qadın kişiyə tabedir. (“Əntə və zəvcukə”)
2. Bir şəxsi pis işdən çəkindirmək istədikdə tərbiyə şivəsində əvvəlcə doğru yola çağırın, sonra qadağa qoyun. Bu ayədə də əvvəlcə cənnətdə qalmaq çağırışı, sonra isə qadağa bəyan olunur.
3. Günaha yaxınlaşmaq günahın qucağına düşmək səbəbidir. (“La təqrəba... fətəkuna”)
4. İlahi yoldan çıxmaq insanın özünə zülmüdür. (“Fətəkuna minəzzalimin”) Adəm və onun zövcəsi tövbə üçün dedilər: “Özümüzə zülm etdik.” Peyğəmbərlərin ismət sahibi, günahsız olması bunugöstərir ki, bu məqamda zikr olunan zülm günah yox, “tərke-övla”, yəni yaxşı bir işin tərki idi.
36. ﴿فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ وَقُلْنَا اهْبِطُواْ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ﴾
“Beləcə şeytan o iki nəfəri büdrədib, nemətlər içində olduqları yerdən uzaqlaşdırdı. Biz də dedik: “Bir-birinizə düşmən kəsilərək buradan kənar olub, yer üzünə enin. Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var”.
Nöqtələr
◘Əvvəlcə haqqında danışdığımız (“İnni cailun fil-ərzi xəlifətən”) ayəsindən məlum olur ki, Adəmin yaranışında əsas məqsəd onun yer üzündə yaşayışı olmuşdur. Amma yer üzündə yaşayış üçün bəzi hazırlıqlar olmalı idi. Adəm bilməli idi ki:
1. Mütləq azad deyil. Onun həyatında əmr və qadağa, vəzifə mövcuddur.
2. İblis onun düşmənidir və öz andları, yalan vədləri ilə onu aldadasıdır.
3. Şeytana itaət süqut amilidir.
4. Tövbə səhvləri aradan qaldırmaq vasitəsidir.
◘İmam Riza (ə) buyurmuşdur: “Adəmin büdrəmə macərası, o, peyğəmbərlik məqamına çatmamış baş vermişdi. Bununla belə, onun büdrəməsi bağışlanılması kiçik bir səhv idi.”1
◘Şeytan Adəmi büdrətmək üçün bütün psixoloji və təbliğati üsullardan istifadə etdi. O cümlədən:
a) Adəm və Həvva üçün and içdi1.
b) Xeyirxahlıq libası geyib dedi: “Mən sizin xeyirxahınızam2
v) Onlara əbədilik vəd etdi və dedi ki, əgər bundan yesəniz, həyatınız və hakimiyyətiniz əbədi olacaq.3
q) Yalan danışdı və haqqın zatına böhtan atdı. Bildirdi ki, Allah sizin mələk olmağınızdan və əbədi yaşayacağınızdan qorxduğu üçün belə qadağan qoyub.4
Bildirişlər
1. Böyüklər üçün də şeytan təhlükəlidir. O, Adəm və Həvvanın sorağına gəldi. (“Fəəzəlləhuma”)
2. Şeytan bəşər nəslinin qədim düşmənidir. Çünki ilk yaranış günündən ata-anamızın görüşünə getdi. (“Fəəzəlləhuma”)
3. İnsan öz-özlüyündə xətaya yol verən və şübhəyə düşəndir. (“Fəəzəlləhuməşşəytan”)
4. Hər bir insan öz istedad və ləyaqətlərinə görə behiştlikdir. Amma yol verdiyi azğınlıqlar onu süquta uğradır. (“Fəəxrəcəhuma”)
5. Allaha itaətəsizliyin, İblisin vəsvəsələrinin acı aqibətindən ibrət götürün. Şeytanın nüfuzu altına düşmək ilahi məqamlardan xaric olmaq və məhrumiyyətdir. (“Fəəzəlləhuməşşəytan... fəəxrəcəhuma”)
6. Dünya həyatı müvəqqətidir. (“İla hin”)
37. ﴿فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ﴾
“Adəm öz Rəbbindən bəzi sözlər öyrənərək tövbə etdi. Belə ki, Allah Öz lütfünü ona doğru döndərdi. Həqiqətən, O, tövbələri qəbul edən və mehribandır.”
Nöqtələr
◘Adəm qadağan olunmuş şeydən daddığı üçün bütün nemətlərdən və rifahdan məhrum oldu. O öz səhvini anladı və peşmanlığı səbəbindən Allahdan bəzi sözlər öyrəndi. Bu sözlər vasitəsi ilə tövbə etdi. (“Tövbə” geri dönməkdir.)
◘Şiə və sünni rəvayətlərindən məlum olur ki, Adəmin tövbə üçün istifadə etdiyi kəlmələr Allahın ən üstün yaranmışları olan həzrət Məhəmməd (s) və onun Əhli-beytinə (ə) təvəssüldən ibarət idi. “Təfsiri-dürrül-mənsur” kitabında İbn-Abbasdan nəql olunmuşdur ki, Adəm öz tövbəsinin qəbul olunması üçün Allahı Məhəmməd (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) adlarına and verdi.1 Bəziləri də belə düşünürlər ki, Adəmin dediyi sözlər “Əraf” surəsində bəyan olunmuş sözlərdir: “Pərvərdigara! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamasan və Öz rəhmətində qərar verməsən, hökmən ziyankarlardan olacağıq.2
Bildirişlər
1. Tövbə tövfiqi (yardımı) Allahdan olduğu üçün, tövbə yolunu da Allahdan öyrənmək lazımdır. (“Min rəbbihi kəlimatin”)
2. Tövbənin qəbulu, onun gerçəkləşmə yolu Allahın tərbiyə və rübubiyyət sifətlərindəndir. (“Min rəbbih”)
3. Bütün lütflər və tövbənin qəbulu yalnız Allahın işidir. (“Huvə”)
4. Əgər tövbə həqiqi tövbə olsa, Allah onu qəbul edər. (“Huvət təvvab”)
5. Tövbəni pozduğumuz zaman yenidən tövbəni qəbul edən Allahdır (“Huvət təvvab”)
6. Allahın üzrü qəbul etməsi danlaq və məzəmmətlə yox, onun mərhəməti ilə müşayiət olunur. (“Əttəvvabur rəhim”)
38. ﴿قُلْنَا اهْبِطُواْ مِنْهَا جَمِيعاً فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَن تَبِعَ هُدَايَ فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ﴾
“Dedik: “Hamınız oradan (bağdan yerə) enin. Mənim tərəfimdən sizin üçün bir hidayət gəldiyi zaman, kim Mənim hidayətimə tabe olsa, onlar üçün nə bir qorxu var, nə də qəmgin olacaqlar.”
39. ﴿وَالَّذِينَ كَفَرواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُولَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾
“Amma o kəslər ki, kafir oldular və Mənim ayələrimi təkzib etdilər, onlardır cəhənnəm əhli və daim orada qalacaqlar.”
Nöqtələr
◘Adəmin öz xətasını etiraf etməsi və tövbə qılması onun Allah tərəfindən bağışlanmasına səbəb olsa da, o, tövbədən sonra behiştə qayıtmadı. Çünki büdrəmənin əsərləri başqadır, ilahi əfv başqa! Bir neçə ayə qabaq eniş əmri həm də qəhrin bir növü idi. Amma bu ayə Adəmin tövbəsindən sonra nazil olduğu üçün adi şəkildə bəyan olunmuşdur. Həmçinin ümidvar edir ki, əgər ilahi hidayətə tabe olsalar, hüzn və qəmləri olmayacaq.
Dostları ilə paylaş: |