Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə22/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   18   19   20   21   22   23   24   25   ...   97

Bildirişlər


1. Səmavi kitab haqqı bəyan edir və onu batildən ayırır.

2. Allah tərəfindən höccət tamamlanmış, bəhanələr kəsilmişdir. Amma xalq nəfs istəkləri səbəbindən bəzən haqqı qəbul etmir.

3. Səmavi kitabın nazil olmasında məqsəd xalqın hidayətidir.
54. ﴿وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُواْ إِلَى بَارِئِكُمْ فَاقْتُلُواْ أَنفُسَكُمْ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

(Yadınıza salın) O zamanı ki, Musa öz qövmünə dedi: “Ey mənim qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də Allaha doğru tövbə edib geri dönün və bir-birinizi qətlə yetirin. Bu iş Yaradanınızın yanında sizin üçün daha yaxşıdır. Allah sizin tövbənizi qəbul etdi. Çünki O, tövbələri qəbul edən, mehribandır.”


Nöqtələr


◘Ayədə intihardan, yəni öldürməkdən yox, bir-birini öldürməkdən danışılır. Necə ki, başqa bir ayədə “bir-birinizə tənə vurmayın” buyurulur.1 Başqa bir ayədə də buna oxşar bəyanat var: “Bir-birinizə salam verin.”2

◘Bu cür çətin tövbənin qəbulu yəhudilər üçün fəzilətdir. Çünki Allah münafiq müsəlmanların tənqidində buyurur: “Əgər onlara bir-birlərini öldürməyi vacib etsəydik və ya öz məmləkətlərindən xaric olmaları üçün fərman çıxarsaydıq, bütün bunları çox az bir hissə yerinə yetirərdi.1


Bildirişlər


1. Xalqı ilahi hədlərin qəbuluna məhəbbətlə hazırlayın.

2. Şirk insanın özünə zülmüdür.

3. Dəlil, möcüzə nə qədər çox olarsa, vəzifə daha da ağır, vəzifədən boyun qaçırmaq isə daha da təhlükəli olacaq.

Buzova pərəstiş edənlər bütün bu möcüzələri gördükdən sonra edamdan başqa çıxış yolları qalmamışdı.

4. Dindən çıxanın (mürtəd) hökmü qətldir.

5. İlahi mərhəmət və ölüm, ilahi lənət və həyatdan üstündür.

6. İlahi hədlərin icrası insanın qətli bahasına başa gəlsə də, onun xeyrinədir.

7. İlahi göstərişlərin əsas məqsədi insana xeyir verməkdir.

8. Xalqın ağır cərimələri ödəməyə hazırlanması üçün bir çox bərəkətlər bəyan olunmalıdır.
55. ﴿وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نُّؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ

(Yada salın,) o zaman ki, dediniz: “Ey Musa, Allahı aşkar görməyincə, sənə iman gətirmərik. Beləcə, tamaşa etdiyiniz halda şimşək sizi bürüdü.”


Nöqtələr


◘Həzrət Musanın qövmü iki dəstəyə bölündü:

a) Seçilmiş bir qrup Musa ilə birlikdə münacat və Allahın kəlamını eşitmək üçün Tur dağına getdi. Amma Allahla Musanın söhbətlərini eşitdikləri zaman dedilər: “Haradan bilək ki, bu, Allahın səsidir? Allahı qəbul etmək üçün Onu hökmən gözümüzlə görməliyik.”

b) Digər bir dəstə Harunla qaldı. Amma həzrət Musa olmayan bir vaxtda onlar buzovpərəst oldular. Quranda Allahı görmək tələbində olanlar haqqında buyurulur: “Onları zəlzələ bürüdü.”2 Bəlkə də bu ayədə xatırladılmış şimşək zəlzələ ilə müşayiət olunmuşdur. Onlar bu şimşəklə dünyalarını dəyişdilər. Çünki növbəti ayədə belə buyurulur: “Sizi öldükdən sonra ikinci dəfə dirildərik.”

◘Sual verənlər eyni ruhiyyədə deyildilər. Həm Musa, həm də xalq Allahla görüşmək istəyində idi. Musa xalqın nümayəndəsi olaraq ədəblə dedi: “Məni görün” Amma Musanın qövmü təkəbbürlə dedi: “Biz Allahı aşkar görməyincə Ona iman gətirmərik.” Ona görə də Allah Musanın cavabında belə buyurdu: “Sən məni heç vaxt görməyəcəksən.” Sonra ilahi qəzəb həmin qövmü bürüdü.

◘Bu ayə İslam peyğəmbərinə təsəlli verir ki, xalqın yersiz istəklərinə görə nigaran olmasın. Çünki xalq Musadan daha təhlükəli şeylər istəmişdi.

Bildirişlər


1. Keçmişdəkilərin inadkarlıq, ədəbsizlik, yersiz tələblər aqibətindən ibrət götürün.

2. Bir qrup üçün məntiq, dəlil və moizə kifayətdir. Amma digər bir qrup üçün qəhr və qəzəb lazım gəlir.

3. Əgər Allah gözə görünmürsə, Onun əsərləri gözə görünür. Nə üçün bu əsərləri görməklə iman gətirmirsiniz?
56. ﴿ثُمَّ بَعَثْنَاكُم مِّن بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

Sonra sizi yenidən diriltdik. Bəlkə, Ona şükrü yerinə yetirəsiniz.”


Nöqtələr


◘Şimşəkdən öldürülmüşlərin yenidən dirildilməsi həzrət Musanın pərişanlığı, nigarançılığı və duasından sonra baş verdi. İnşallah “Əraf” surəsində bu barədə danışacağıq.

Bildirişlər


1. Rəcət və məad mümkünsüz iş deyil. Bəzi ölülər elə bu dünyada dirilmişlər.

2. Öncə çətinliklər, sonra isə qurtuluş şükür etmə ruhiyyəsinin yaranması üçündür.


57. ﴿وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ وَأَنزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى كُلُواْ مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَمَا ظَلَمُونَا وَلَـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ

Buludları sizə kölgələnəcək etdik. Sizə “mənn” və “səlva” nazil edib dedik: “Sizə ruzi etdiyimiz pak nemətlərdən yeyin.” Onlar (bəhanə axtarmaqla) bizə yox, özlərinə zülm etdilər.”


Nöqtələr


◘Bəni-İsrail fironun hakimiyyətindən xilas edildikdən sonra onlara göstəriş verildi ki, Fələstin torpaqlarına daxil olsunlar. Onlar isə həmin yerdə zalımların olduğunu bəhanə gətirərək əmrdən boyun qaçırdılar və Musaya dedilər: “Allahınla birgə onlarla döyüşə get, biz isə burada oturmuşuq.” Allahın qəhr və qəzəbi onları bürüdü və qırx il Tih səhrasında qaldılar. Amma Allah orada da onları lütfündən məhrum etməyib buludları kölgələnəcək qərar verdi. Onlara “mənn” və “səlva” adlı təbii və dadlı ruzilər nazil edildi.

◘Ayədə yağışsız, yalnız kölgə salan bulud “ğəmam” adlandırılmışdır. Yağışlı buluda isə “səhab” deyilir. “Mənn” ağaclarda yaranan xüsusi bir şirədir. Bəziləri ayədə bal və ya göbələk nəzərdə tutulduğunu da bildirmişlər. “Səlva” isə göyərçinə oxşar bir quşdur.


Bildirişlər


1. Buludlar, külək və yağış Allaha tabedir.

2. Allahın ruzi verən ( raziq) olması xüsusi şərtlərlə məhdudlaşmır. Allah susuz, ələfsiz səhraya da təbii ruzi göndərir.

3. Allah insanın ruzisini halal və pak şeylərdən müəyyənləşdirmişdir.

4. Allahın əmrindən çıxma insanın özünə zülmüdür.


58. ﴿وَإِذْ قُلْنَا ادْخُلُواْ هَـذِهِ الْقَرْيَةَ فَكُلُواْ مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَداً وَادْخُلُواْ الْبَابَ سُجَّداً وَقُولُواْ حِطَّةٌ نَّغْفِرْ لَكُمْ خَطَايَاكُمْ وَسَنَزِيدُ الْمُحْسِنِينَ

(Yada salın) O zaman ki, dedik: “Bu kəndə (Beytül-Müqəddəsə) daxil olun və onun bol nemətlərindən nə istəyirsinizsə, ləzzətlə yeyin. Qapıdan (Beytül-Müqəddəs məbədi) səcdə edən və xaşe halda daxil olun və deyin: “Hittə” (günahlarımızı tök), Biz də sizin xətalarınızı bağışlayaq. Biz yaxşı əməl sahiblərinə artıq əvəz verəcəyik.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin