Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə4/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   2   3   4   5   6   7   8   9   ...   97

Bildirişlər


1. Allah müxtəlif baxımlardan ibadətə layiqdir. Biz Ona həmd-səna etməliyik. Onun zatındakı və sifətlərindəki kamilliklərə görə, ehsan və tərbiyəsinə görə, rəhm və lütfünə olan ümid və intizara görə, qüdrət və heybətinə görə ibadət etmək zəruridir.

2. Qiyamət Onun Rəbb olmasının bir parıltısıdır.

3. Qiyamət Allah mərhəmətindən bir cilvədir.
5. ﴿ايَّاكَ نَعْـبُدُ وَ اِيَّاكَ نَسْـتَعينُ

Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”


Nöqtələr


◘İnsan Allaha bəndəliyi əqlin hökmü ilə qəbul etməlidir. Biz insanlar kamillik aşiqiyik. Bizim tərbiyə və inkişafa ehtiyacımız var. Allah isə bütün kamilliklərin məcmusu, varlıq aləminin Rəbbidir. Əgər mehr-məhəbbətə ehtiyacımız varsa, O, rəhman və rəhimdir. Əgər uzaq gələcəkdən nigaranıqsa, O həmin günün ixtiyar sahibi və malikidir. Bir belə ehtiyacla başqasına üz tutmaq olarmı?! Ağıl hökm edir ki, yalnız Ona pərəstiş etməli və Ondan kömək istəməliyik. İnsan öz nəfsi istəklərinə, qızıl-gümüşə bəndə olmamalıdır.

Namaz qılan şəxs sanki bütün allahpərəstlərin nümayəndəsi olaraq deyir: “Pərvərdigara, təkcə mən yox, hamımız Sənin lütfünə möhtacıq.”

Pərvərdigara! Mənim Səndən başqa bir kəsim yoxdur. "(“İyyakə”) Sənin isə mənim kimilərin çoxdur. Bütün varlıq aləmi Sənin qulundur.” Səmalarda və yerdə nə varsa Sənin bəndən, qulundur."1

◘“Nəbudu” cümləsi namazın cəm şəkildə qılınmasına və bütün müsəlmanların qardaş və bir xətdə olmasına işarədir.

◘Mənəvi yüksəliş mərhələləri: Səna, rabitə və ardınca dua. Ona görə də həmd surəsinin başlanğıcı sənadır. Sonrakı ayə rabitəni, daha sonrakı ayə isə duanı önə çəkir.

◘Həqiqi məhbubla söhbət şirin olduğundan “iyyakə” kəlməsi təkrarlanmışdır.


Bildirişlər


1.Əvvəlcə Allaha bəndəlik edib, sonra Ondan istəmək olar: “Nəbudu nəstəin”

2. Başqaları yox, yalnız Allah qarşısında bəndəlik etmək lazımdır: “İyyakə”

3. Təbiətə hakim olan qanunlar möhtərəmdir. Amma Allahın iradəsi hakim, təbiət qanunları isə məhkumdur. (Biz səbəb və vasitələrdən istifadə edirik. Amma bilirik ki, əsl səbəb və vasitələr Allahın əlindədir.) Ona görə də yalnız Allahdan kömək istəyirik: “İyyakə nəstəin”

4. İbadəti insan özü yerinə yetirsə də, bu işdə Allahın köməyinə ehtiyaclıdır: “Və ma kunna linəhtədiyə ləv la ən hədanallah”.2

5. Ən böyük lütfü Allahdan gördüyümüzdən, Onun qarşısında daha çox əyilirik: “Ər-rəhmanir-rəhim, iyyakə nəbudu”

6. "İyyakə nəbudu" və "iyyakə nəstəin" nə cəbrdir, nə də təfviz. Yəni, söhbət məcburiyyət və özbaşınalıqdan kənar bir haldan gedir. “Nəbudu” cümləsindən məlum olur ki, biz ixtiyar sahibiyik. “Nəstəin” cümləsi isə bizim ehtiyaclı olduğumuzu bildirir. Demək, insan məcbur yox, ehtiyaclıdır.

7. İbadət Allahdan yardım diləmənin müqəddiməsi və vasitəsidir. Əvvəlcə ibadət edib, sonra əl açmaq lazımdır: “İyyakə nəbudu və iyyakə nəstəin”

8. Tövhid və allahpərəstliyə doğru atılan ilk addım Allah və Onun sifətlərinin tanınmasıdır: “Rəbbul-aləmin, ər rəhmanir-rəhim, maliki yəvmiddin, iyyakə nəbudu” kəlmələri insanı Allahın sifətləri ilə tanış edir.

9. Dua və pərəstiş qaydalarından biri budur ki, insan özünü böyük bilməsin və Allah hüzurunda kiçilsin.

10. İbadətin stimullarından biri məada, ölümdən sonrakı həyata diqqətdir.

6. ﴿اِهْدِنَا الصِّراطَ الْـمُستَقيمَ﴾

Bizi doğru yola hidayət et.”


Nöqtələr


◘Qurani-məciddə iki növ hidayətdən danışılır:

a) Təkvini hidayət; Belə bir hidayət növünə misal olaraq bal arısının hidayətini göstərmək olar. Diqqət edin: arı çiçəklərdən şirəni necə çəkir, necə yuva qurub, bal hazırlayır. Qışda isti ölkələrə köç edən quşları da misal göstərmək olar.1

b) Təşrii hidayət; Təşrii hidayətə misal olaraq ilahi peyğəmbərlərin və səmavi kitabların göndərilməsini göstərmək olar.

◘“Sirat”2 sözü Quranda qırx dəfədən çox işlədilmişdir. Doğru yolun, düşüncə tərzinin seçimi insan şəxsiyyətinin göstəricisidir.

◘İnsanın qarşısında müxtəlif yollar uzanmışdır. O bu yollardan birini seçməlidir: nəfs istəkləri yolu, xalqın razılığını qazanmaq yolu, şeytani vəsvəsələr yolu, zalım hakimlərin yolu, qədimdəkilərin, ata-babaların yolu, Allah və Onun övliyalarının yolu.

Mömin insan Allah və Onun övliyalarının yolunu seçir. Bu yolun o biri yollardan aşağıdakı üstünlükləri vardır:

a) İlahi yol zalım hakimlərin yolunun, xalqın və insanın istəkləri yolunun ziddinə olaraq, sabit və dəyişməzdir.

b) Əgər digər yollar çeşidlidirsə, ilahi yol yeganədir.

v) İlahi yolu gedən insan bu yoldan və məqsəddən arxayındır.

q) Bu yolda uğursuzluq və müvəffəqiyyətsizlik yoxdur.

◘–Doğru yol Allahın yoludur1.

◘–Doğru yol peyğəmbərlərin yoludur2.

◘–Doğru yol Allaha bəndəlik yoludur3.

◘–Doğru yol Allaha təvəkkül yoludur4.

◘–Doğru yol təkallahlıq və yalnız bir Allahdan yardım istəməkdir.

◘–Doğru yol Allahın kitabıdır5.

◘–Doğru yol sağlam fitrət yoludur6.

◘İnsan həm doğru yolun seçimində, həm də bu yola davam etməkdə Allahdan yardım almalıdır. Necə ki, elektrik lampası öz işığını davamlı şəkildə enerji mənbəyindən alır.

◘Hər bir müsəlmanın Allahdan yeganə istəyi doğru yolda olmaqdır. Hətta Allahın rəsulu və məsum imamlar da Allahdan doğru yolda sabitlik diləmişlər.

◘İnsan daim bütün işlərdə, o cümlədən, peşə seçimində, dost seçimində, ixtisas seçimində, həyat yoldaşı seçimində, doğru yolu tanımaqda Allahdan yardım istəməlidir. Çünki insan doğru düşünsə də, əməldə büdrəyə bilər. Ya da əksinə, əməldə səlis hərəkət edən insan əqidədə yanıla bilər. Ona görə də Allahdan hər an doğru yol istəmək zəruridir.

◘Doğru yolun dərəcələri və mərhələləri vardır. Hətta ilahi övliyalar kimi doğru yolda olanlar da bu yolda qalmaq, hidayət nurunu gücləndirmək üçün dua etməlidirlər. “Həmd olsun aləmlərin Rəbbinə, rəhman və rəhimə” deyən insan artıq hidayət mərhələlərindən bəzisini arxada qoymuşdur. Onun istəyi daha üstün hidayət mərhələsidir.

◘Doğru yol Həzrət Əlinin (ə) buyurduğu orta yoldur:

“Sola-sağa meyillənmə azğınlıq, orta yol isə hidayət yoludur.”7

◘Doğru yol istər əqidə, istərsə də əməldə orta həddi gözləməkdən (etidal), ifrat və təfritdən çəkinməkdən ibarətdir. Kimi əqidədə doğru yoldan çıxır, kimi də əməl və əxlaqda. Bəziləri də bütün işləri Allaha aid edir. Sanki insanın öz taleyində heç bir rolu yoxdur. Bəziləri isə bütün işlərin öz əlində olduğunu düşünür. Sanki Allahın əlləri bağlanmışdır. Kimi ilahi rəhbərləri adi insan və ya sehrbaz, divanə kimi tanıyır, kimi də onları Allah səviyyəsinə qaldıraraq pərəstiş edir. Kimi məsum imamların, şəhidlərin ziyarətini bidət sayır, kimi də hətta ağaca, daşa təvəssül edib, ip bağlayır. Kimi iqtisadiyyatı əsas sayır, kimi də dünya və onun işlərini faydasız bilir.

Əməldə də belədir. Kimi yeri gəldi-gəlmədi qeyrət nümayiş etdirir, kimi də öz namusunu küçə və bazara çılpaq göndərir. Biri xəsislik edir, digəri səxavətdə həddi aşır. Kimi xalqdan ayrılır, kimi də haqqı xalqa qurban verir.

Bu sayaq rəftar və əməllər doğru yoldan azmaqdır. Allah doğru yol olaraq öz möhkəm dinini tanıtdırır.1 Rəvayətdə məsum imamların belə buyurduğu nəql olunur: “Doğru yol bizim yolumuzdur.”2 Yəni doğru yolun görünən və əməli nümunəsi, bu yolda qədəm götürmək üçün lazım olan ideal ilahi rəhbərlərdir. Onlar öz göstərişlərində həyatın bütün məsələlərinə, o cümlədən, iş, əyləncə, təhsil, qidalanma, infaq, tənqid, müharibə, sülh, övlad məhəbbəti kimi məsələlərə münasibətlərini bildirmişlər. Onlar öz göstərişləri ilə bizi etidala, orta həddi közləməyə çağırırlar. Maraqlısı odur ki, iblis də həmin doğru yolda pusqu qurmuşdur.3

◘Quran və rəvayətlərdə etidala, orta həddə çağıran, ifrat və təfriti qadağan edən nümunələr çoxdur. Onlardan bəzilərinə nəzər salaq:

–"Yeyin-için, amma israf etməyin".4

–“İnfaqda (yoxsullara əl tutmaqda) nə əlini boynunda qıfılla, nə də əlini elə aç ki, özün möhtac olasan.”5

–“Möminlər infaqda (əl tutmaqda) nə israfçıdırlar, nə də xəsis. Onlar orta həddi gözləyirlər.”6

–“Namazı ucadan və astadan yox, orta səslə qıl.”7

–“Valideynə ehsan et.”8 Amma səni Allahın yolundan ayırdıqları vaxt onlara itaət etmək lazım deyil.”9

–“Peyğəmbərin də risaləti ümumidir.”10 “Həm də öz ailəsini dəvət edir”.11

–“İslam həm xaliqlə rabitə vasitəsi olan namazı, həm də xalqla rabitə vasitəsi olan zəkatı tövsiyə edir.”1

–“Nə məhəbbətlər sizi haqqa şahidlikdən uzaqlaşdırsın.. Nə də düşmənçiliklər sizi ədalətdən kənarlaşdırsın.”2

–Möminlərin həm dəf etməsi, həm də cazibəsi vardır.”3

–Həm iman lazımdır, həm də saleh əməl.”4

–Allahdan həm göz yaşı, dua, qələbə istəyi... Həm də çətinliklərə səbir və dözüm diləmək lazımdır.5 Aşura günü həzrət Hüseyn (ə) həm münacat edir, həm də qılınc çalırdı.

–Allah evinin ziyarətçisi Ərəfə günü, Qurban bayramı axşamı dua oxuyur, bayram günü isə qurbangahda qanla tanış olur.

–İslam malikiyyəti qəbul edir.6 Amma başqasına zərər vurmağa icazə vermir və onu məhdudlaşdırır.7

Bəli, İslam birtərəfli din deyil və bir yönümü götürüb, o biri yönümləri yaddan çıxarmır. İslam bütün işlərdə etidal və orta həddi tövsiyə edir.


Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin