Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə42/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   38   39   40   41   42   43   44   45   ...   97

Bildirişlər


1. Səfeh o insandır ki, məntiqi, məktəbi, rəhbəri, doğru yolu görməməzliyə vurub, nəfs istəklərinin ardınca getsin.

2. Dindarlıq düşüncə, dindən uzaqlıq isə ağılsızlıqdır.


131. ﴿إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ

(Xatırlayın,) o zaman ki, Allah İbrahimə buyurdu: “Təslim ol.” (İbrahim) dedi: “Aləmlərin Rəbbi qarşısında təslim oldum.”


Bildirişlər


1. İlahi məqamlar və lütflər dəlil olmadan kimsəyə verilmir. Allah İbrahimi Öz qarşısındakı təslimçilik ruhiyyəsinə xatir seçdi.

2. İnsanın Allah qarşısında təslim olmasının fəlsəfəsi budur ki, Allah aləmlərin Rəbbidir.


132. ﴿وَوَصَّى بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللّهَ اصْطَفَى لَكُمُ الدِّينَ فَلاَ تَمُوتُنَّ إَلاَّ وَأَنتُم مُّسْلِمُونَ

İbrahim və Yaqub öz övladlarına həmin ayinləri tapşırdılar. (Dedilər,) ey mənim övladlarım! Allah sizin üçün bu dini seçmişdir. Belədirsə, yalnız təslim olmuş halda ölün.”


Bildirişlər


1.Öz nəsliniz və övladlarınızın sağlam əqidə və imanı fikrində olun. Öz vəsiyyətlərinizdə yalnız maddi yönümlə kifayətlənməyin.

2. Haqq yol İslam və Allah qarşısında təslimçilik yoludur. Peyğəmbərlər həmin yolu sifariş etmişlər.

3. Allah bütün yollar içindən bizim üçün din yolunu seçmişdir.

4. Gözəl sonluq, müsəlman ölmək mühümdür. İman gətirdiyi halda dünyadan mürtəd və kafir gedənlər də olmuşdur.1

5. Ölüm zamanı və məkanı bizə qaranlıq olsa da, düzgün əqidə və əməl, dua və günahdan uzaqlıq yolu ilə xoşbəxt sonluq üçün zəmin hazırlaya bilərik.
133. ﴿أَمْ كُنتُمْ شُهَدَاء إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِن بَعْدِي قَالُواْ نَعْبُدُ إِلَـهَكَ وَإِلَـهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَقَ إِلَـهًا وَاحِدًا وَنَحْنُ لَهُ مُسْلِمُونَ

Siz (yəhudilər) Yaqubun ölümü çatdığı vaxt hazır oldunuzmu?! O zaman ki, övladlarına dedi: “Məndən sonra nəyə pərəstiş edərsiniz?” Dedilər: “Sənin və ataların İbrahim, İsmail və İshaqın Allahına, bir Allaha. Biz Onun qarşısında təslimik.”


Nöqtələr


◘Yəhudilərdən bir qismi inanıb, iddia edirlər ki, Yaqub ölümü zamanı oğlanlarına yəhudilərin bütün təhriflərlə birgə qəbul etdiyi dini tapşırdı. Güya onlar bu səbəbdən öz dinlərinə bağlıdırlar. Allah onların bu iddia və etiqadını inkar edərək ortaya belə bir sual qoyur: Siz Yaqubun ölümü zamanı onun yanında idinizmi? Bəlkə o öz övladlarından İslam və Allah qarşısında təslimçiliyi istəmişdir? Bəli, Yaqubun övladları ona vəd etdilər ki, yeganə Allaha ibadət və pərəstiş edəcək və Onun qarşısında təslim olacaqlar.

◘Quranda baba və əmi “ata” (“əb”) kimi ya dedilir. Çünki İbrahim Yaqub övladlarının babası, İsmail isə onların əmisi idi.


Bildirişlər


1. Söz elm və agahlığa əsaslanmalıdır.

2. Ölüm hamının sorağına gəlir, hətta peyğəmbərlərin də!

3. Həyatın ən həssas məqamı ölüm məqamıdır. Ən həssas məsələ din və əqidə məsələsi, ən həssas müxatəb (xitab olunan) insan nəslidir.

4. Ölüm zamanı moizənin çox dərin təsiri var.

5. Atalar övladlarının dini baxımdan gələcəyinə diqqətli olmalıdırlar. Hətta peyğəmbərlərin də övladları üçün dinsizlik qorxusu var.

6. Bütün peyğəmbərlər Allaha ibadət və Onun qarşısında təslimçiliyi tapşırmışlar.

7. Yalnız Allahın fərmanı qarşısında təslim olaq.
134. ﴿تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ وَلاَ تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ

Onlar bir ümmət idilər ki, ölüb getdilər. Onların əldə etdikləri özlərinə, sizin əldə etdikləriniz isə özünüzə aiddir. Onların etdiyi işlərə görə siz sorğuya çəkilməyəcəksiniz.”


Nöqtələr


◘Bəni-İsrailin səhvlərindən biri bu idi ki, öz babaları ilə ifrat dərəcədə fəxr edir və babalarına itaət etdikləri üçün səhvlərinin bağışlanacağını düşünürdülər. Ayə onlara xəbərdarlıq edir ki, keçmişdəkilər öz əməllərinə cavabdeh olduqları kimi, siz də öz əməllərinizə cavabdehsiniz.

◘“Ğurərul-hikəm” kitabında Həzrət Əlinin (ə) dilindən belə nəql olunmuşdur: “Şərafət və böyüklük babaların və keçmişdəkilərin çürümüş sümüklərinə yox, ali və uca himmətlərə və səylərə bağlıdır.” Tarixdən məlum olur ki, insanlar öz əməlləri sayəsində gələcəklərini müəyyənləşdirmişlər. Fironun arvadı behişt əhli olur. Lutun arvadı isə öz pis işlərinə görə cəhənnəmə sürüklənir. Bütün bunlar Allah-təalanın haqq-ədalət və nizam nümunələridir.

◘Bir hədisdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql edilir: “Ey Bəni-Haşim, məbada başqa xalqlar öz axirətləri üçün çalışsınlar, siz isə öz nəslinizlə fəxr edəsiniz.”

Bildirişlər


1. Qohumluq əlaqələri qiyamətdə faydasızdır.

2. Hər bir fərdin və hər bir cəmiyyətin gələcəyi onun əməllərindən asılıdır.

135. ﴿وَقَالُواْ كُونُواْ هُودًا أَوْ نَصَارَى تَهْتَدُواْ قُلْ بَلْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

(Kitab əhli) dedi: “Yəhudi və məsihi olun ki, doğru yolu tapasınız. De ki, (belə deyil,) İbrahimin haqq ayini (hidayət mayasıdır, çünki) o müşriklərdən deyildi.”



Nöqtələr


◘“Yəhud” sözü Allaha doğru qayıdış mənasını verən kökdən götürülmüşdür. “Məcməül-bəyan” kitabında imam Sadiqdən (ə) nəql olunmuşdur ki, “yəhud” ləqəbi “Əraf” sürəsinin 156-cı ayəsindən iqtibas olunmuşdur. Həmin ayədə Bəni-İsrailin Allaha “inna hudna iləyk” dediyi bildirilir. “Nəsara” sözü isə həzrət İsanın “mən ənsari iləllah” ifadəsindən iqtibas olunmuşdur.1 “Hənif” sözü doğru yola gəlmək mənasını verən “hunəf” sözündəndir. “Cunəf” isə əyri yolda qərar tutmaqdır.

◘113-cü ayədə oxuduq ki, yəhudilər məsihiləri (nəsara) qəbul etmədilər. Nəsranilər də öz növbəsində yəhudiləri inkar etdilər. Hər iki qrup yalnız özünün doğru yolda olduğunu güman edirdi. Halbuki hər ikisi şəkkə düçar olmuş və doğru yoldan azmışdılar. Doğru yol isə heç vaxt şəkk-şübhəyə uğramayan İbrahim yoludur.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Hənif və haqlı din həqiqət və İslama meyldir.”2


Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin