Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə5/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   2   3   4   5   6   7   8   9   ...   97

Bildirişlər


1. Bütün varlıq aləmi Allahın seçdiyi yolla hərəkətdədir. Pərvərdigara! Bizi öz istədiyin yolda qərar ver. (“İhdinəssiratəl müstəqim”) .

2. Doğru yola hidayət istəyi təkallahçıların ən mühüm istəyidir. (“İyyakə nəbudu...”) .

3. Doğru yolu əldə etmək üçün dua etmək lazımdır. (“İhdinəssiratəl müstəqim”) .

4. Əvvəlcə sitayiş etmək, sonra dua üçün əl açmaq lazımdır. (“Əlhəmdulillahi... İhdina”) .

5. İlahi istəklərin ən üstün nümunəsi doğru yol istəyidir. (“İyyakə nəstəin ihdinəs siratəl müstəqim”) .
7. ﴿صِراطَ الَّذينَ أَنعَمْتَ عَلَيهِمْ غَيرِ الْـمَغضُوبِ عَلَيهِمْ وَ لاَ الضّآلِّينَ﴾

(“Pərvərdigara! Bizi) nemətini şamil etdiyin kəslərin yoluna yönəlt, qəzəbinə düçar olanların, azanların yoluna yox!”

Nöqtələr


◘Ayədə ilahi nemətə çatanların yolu doğru yol kimi tanıtdırılır. Bu zümrəni peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər təşkil edir.1 Bu ilahi insanların yoluna diqqət, bu yolu getmək arzusu, insanın bu arzunu özünə təlqin etməsi onu əyri yoldan qoruyur. Sonra Allahdan istənilir ki, Allah öz bəndəsini qəzəbinə düçar olub azanların yolundan qorusun.

Quranın nəql etdiyi kimi, Bəni-İsrail nemətə çatan qövmlərdən idi. Amma naşükürlüyünə və inadkarlığına görə qəzəbə düçar olmuşdu.

◘Quranda insanlar üç qismə bölünür: Hidayət nemətinə çatıb sabitqədəm qalanlar, qəzəbə düçar olanlar və azğınlar.

◘Ayədə nemət dedikdə hidayət neməti nəzərdə tutulur. Çünki əvvəlki ayədə hidayətdən söhbət getmişdir. Bundan əlavə, maddi nemətlər kafirlərin və azğınların da ixtiyarında vardır.

◘Hidayət olmuşlar üçün də təhlükə vardır. Ona görə də daim Allaha dua etmək və qəzəbə gəlmişlərin və azmışların yoluna düşməmək üçün kömək istəmək lazımdır.

Quranda “qəzəbə düçar olmuşlar” (“Məğzubin”) kimlərdir?


Quranda Firon, Qarun, Əbu-Ləhəb kimi fərdlər, Ad, Səmud, Bəni-İsrail kimi qövmlər qəzəbə düçar olmuş kimi tanıtdırılmışdır.2

Quranda Bəni-İsrailin yaşayış və inkişaf prosesi bəyan olunmuşdur. Onlar bir zaman başqalarından üstün həyat keçirmişlər.3 Amma bu üstünlükdən sonra öz əməl və rəftarları səbəbindən Allahın qəzəbinə gəlmişlər.4 Onların taleyindəki dəyişikliyin səbəbi əməl və rəftarlarındakı dəyişiklik olmuşdur. Yəhudi alimləri Tövratın səmavi göstərişlərini təhrif etdilər.5 Onların tacirləri və sərvətliləri də sələm, haram və dünyapərəstliyə üz tutdular.6 Xalqın da böyük hissəsi cihad və mübarizə qarşısında dünyapərəstlik və qorxu səbəbindən cəbhəyə getməkdən, müqəddəs əraziyə daxil olmaqdan imtina etdilər.7 Bu azğınlıqlar səbəbindən Allah onları izzət və fəzilət zirvəsindən zillət və alçaqlıq uçurumuna endirdi.

Biz hər namazımızda Allahdan istəyirik ki, qəzəbə düçar olmuşlar kimi olmayaq. Yəni Quranı təhrif etməkdən, sələm əhli olmaqdan, haqq yolda cihaddan qaçmaqdan, eləcə də, yolumuzu azmaqdan amanda qalaq. Haqqı tərk edib batilə üz tutanlar öz din və imanlarında təfrit və ifrata yol verdilər və ya nəfs istəkləri səbəbindən Allahdan qeyrilərinə itaət etdilər.1

İnsan bu surədə peyğəmbərlərə, şəhidlərə, salehlərə və onların yoluna öz eşqini, dostluğunu izhar edir və tarixin qəzəbə düçar olanlarına və azğınlarına arxa çevirir. Bu, təvəlla və təbərranın (Allah yolunda dostluq və düşmənçiliyin) bir nümunəsidir.



Quranda “azğınlar” (“zallin”):

Zəlalət sözü Quranda iki yüz dəfəyə yaxın zikr olunmuşdur. Bu, söz bəzən çaşqınlıq (“Maidə, 77), bəzən puçaçıxma (“Zuha”, 7), adətən isə “azğınlıq” mənasında işlədilmişdir.

Quranda bir qrup insanlar azğın kimi tanıtdırılmışdır. Bu zümrəyə imanını küfrə dəyişənləri (“Bəqərə”, 108), müşrikləri (“Nisa”, 116), kafirləri (“Nisa”, 136), üsyankarları (“Əhzab”, 36), kafirləri dost tutan müsəlmanları (“Mümtəhinə”, 1), insanları Allahdan uzaqlaşdıranları, Allaha və onun rəsuluna çətinlik yaradanları, haqqı gizlədənləri, Allahın mərhəmətindən ümidini üzənləri nümunə göstərmək olar.

Quranda bəziləri, “azdıran” kimi tanıtdırılmışdır. Bu zümrəyə İblisi, Fironu, Samirini, pis dostu və azğın rəhbərləri göstərmək olar.

Azğınlar özləri azğınlıq şəraiti yaradır, azdıranlar isə bu şəraitdən bəhrələnirlər. Nəfs istəkləri, bütlər, günahlar, batil vilayətin qəbulu, cəhalət və nadanlıq Quranda azğınlıq səbəbi kimi tanıtdırılır.

Bildirişlər


1. İnsan tərbiyədə nümunəyə, ideala ehtiyaclıdır. Peyğəmbərlər, şəhidlər, siddiqlər, salehlər bəşəriyyət üçün ən gözəl nümunələrdir. (“Siratəlləzinə ənəmtə ələyhim”)

2. Allahdan insana nazil olan hər bir şey nemətdir. Qəzəbi isə biz özümüz ərsəyə gətiririk.

3. Qəzəbə düçar olmuşlara və azğınlara qarşı izhar olunan nifrət azğın hakimlər qarşısında İslam cəmiyyətinin mövqeyini möhkəmləndirir.


“BƏQƏRƏ” SURƏSİ

(Surə 2, ayələrin sayı 286)

﴿بِسْمِ اللهِ الرَّحْـمنِ الرَّحـيمِ


1. ﴿الم

Əlif, lam, mim”



(Quranın əsrarəngiz müqəttəə hərfləri)

Nöqtələr


◘Müqəttəə hərflər haqqında müxtəlif fikirlər söylənilmişdir. O cümlədən:

1. Quran əlifba hərflərindən yaradılmış və hamının ixtiyarına verilmiş bir möcüzədir. Əgər bacarırsınızsa, siz də bu hərflərdən möcüzə yaradın.

2. Bu üç hərf uyğun surənin adıdır.

3. Bu hərflər ilahi ismi-əzəmə işarədir.1

4. Bu hərflər bir növ ilahi andlardır.2

5. Bu hərflər Allah və Onun peyğəmbəri arasındakı sirlərdəndir.3 Bəzi rəvayətlərə görə bu rəmzlərdən yalnız Allah xəbərdardır.4

Amma birinci baxış həqiqətə daha çox uyğun görünür. Çünki Quranın 114 surəsindən 29-u bu hərflərlə başlayır ki, onun 24-ündən sonra Quran və onun möcüzə olmasından danışılır. Bu surədə də müqəttəə hərflərdən sonra Quranın əzəmətinə işarə olunmuşdur.

“Şura” surəsində də “Ha, mim, əyin, sin, qaf” müqəttəə hərflərindən sonra eyni mövzuya işarə olunur: Yenilməz hikmət və qüdrət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir. Yəni Allahın vəhyi də həmin hərflərdən istifadə etməklə bildirilir. Quran bu hərflər vasitəsi ilə xalqın ixtiyarına verilir. Allah bu hərflərlə əslində möcüzə olan bir kitab nazil etmişdir. Məgər insan da belə bir kitab hazırlaya bilərmi?!

Bəli, Allah əlifba hərflərindən möcüzə yaratmağa qadirdir. Eləcə də, qadir Allah torpağın köksündən saysız-hesabsız meyvələr, güllər, otlar cücərdir, ən əsası isə, insanı yaradır. Xalqın istedadı isə yalnız kərpic kəsməyə çatır!
2. ﴿ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ

Bu bir kitabdır ki, onun haqq olmasına heç şəkk-şübhə yoxdur. O, müttəqilərə, pəhrizkarlara yol göstərir.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin