Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə51/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   47   48   49   50   51   52   53   54   ...   97

Nöqtələr


◘Hazırkı ayə yəhudi və məsihi alimlərini nəzərdə tutsa da, “gizlədirlər” təbirinin işləndiyi zaman bu işin bütün ört-basdır edənlərə aid olduğunu göstərir. Necə ki, Allahın neməti də əbədi davam edəcək.

◘Haqqı gizlətməyin də müxtəlif formaları ola bilər. Haqq bəzən susmaqla, həqiqətin bəyan edilməməsi ilə, bəzən də yanlış yozum və xalqın başını başqa işlərə qatmaqla pərdələnir. Başı qatılmış xalq isə əsil məsələlərdən xəbərsiz qalır. Bəzən isə möminlər və din qardaşlarının eyblərini gizləmək vacib və ya müstəhəb olur.

◘Gizlətmə günahı çox vaxt alimlərə aid olur. “Ali-İmran” surəsinin 187-ci ayəsində buyurulur ki, Allah həqiqətin xalqa bəyan olunması haqqında kitab əhlindən əhd almışdır. Rəvayətdə isə belə bildirilir ki, qiyamət günü haqqı gizlədənlərin ağzına cilov taxılacaq.

Bildirişlər


1. Etiqadi zülm ən pis zülmdür. Belə bir zülm Allahın və Onun yaratdıqlarının lənətinə gəlir.

2. İstər möcüzə və dəlil olsun, istərsə də tövsiyə və nəsihət, haqqı gizlətmək qadağandır. 1

3. Haqqı gizlətmək ən böyük günahdır. Çünki belə bir günah xalqın doğru yolu tapmasına, gələcək nəsillərin azğınlıqdan qorunmasına mane olur.

4. Haqqın gizlədilməsi Allahın dininə və xalqın hidayət haqqına zülmdür. Ona görə də haqqı gizlədənlərə Allah və insanlar lənət oxuyur.

5. Xalqın nifrin və lənəti çox təsirlidir. Xalqın bu nifrətindən pis işlərin qarşısının alınması üçün istifadə edilməlidir.
160. ﴿إِلاَّ الَّذِينَ تَابُواْ وَأَصْلَحُواْ وَبَيَّنُواْ فَأُوْلَـئِكَ أَتُوبُ عَلَيْهِمْ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ

İstisnadır o kəslər ki, tövbə etdilər, saleh iş gördülər, (gizlədiklərini) aşkara çıxardılar. Mən (Öz lütfümü) onlara qaytararam. Çünki Mən tövbələri qəbul edən, mehribanam.”


Nöqtələr


◘Digər günahlar üçün tövbə qapısı açıq olduğu kimi, gizlətmə günahı üçün də tövbə yolu var. Amma həqiqi tövbə qəlbdə peşmanlıq, əməllərin islahı, gizlədilənlərin bəyanı ilə gerçəkləşir. Namaz qılmayanın tövbəsi ötürülmüş namazların qəzasının qılınmasıdır. Xalqın malını qarət edənin tövbəsi qarət olunmuş malın sahibinə qaytarılmasıdır. Burada da həqiqəti gizlətməklə elm dünyasına, düşüncə və nəsillərə xəyanət etmiş kəs yalnız həmin həqiqətləri açmaqla günahını yuya bilər.

◘Allah şeytana buyurdu: “Mənim lənətimə gələsən.”1 Növbəti ayədə isə haqqı gizlədənlərə lənət oxunur. Demək, haqqı gizlədənlər də şeytanla bir cərgədə dayanır.


Bildirişlər


1.Allah xatakarlar üçün bütün şəraitlərdə tövbə və geri qayıdış yolu qoymuşdur.

2. Dini həqiqətlərin gizlədilməsi fəsaddır. Ona görə də tövbə edənə islah və nöqsanların aradan qaldırılması əmri verilmişdir.

3. Hər bir günahın tövbəsi onun özünə uyğundur. Haqqı gizlətməyin tövbəsi həqiqətin bəyanıdır.

4. Hədə və məzəmmət məqamında haqqı gizlədənlər lənətlənirsə, mehribanlıq məqamında “ənə”, “təvvab”, “rəhim” kimi sözlərlə əks münasibət bildirilir. Allah bildirir ki, O Öz xüsusi mehribanlığı ilə bağışlanma yolu qoymuşdur.

5. Fərd və cəmiyyətin tərbiyəsində günahkarın hədələnməsi və saleh əməl sahibinin müjdələnməsi iki mühüm əsasdır.

6. İlahi lütfün tövbə edənlərə şamil olunması daimi, qəti, və məhəbbətamizdir.


161. ﴿إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ

Şübhəsiz, kafir olub küfr halında dünyadan gedənlər Allahın, mələklərin, xalqın hamısının lənətinə gələcəkdir.”


162. ﴿خَالِدِينَ فِيهَا لاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنظَرُونَ

(Onlar) həmişəlik onda (lənətdə) qalarlar. Nə onların əzabından azalar, nə də onlara möhlət verilər.”


Nöqtələr


◘Əvvəlki ayədə bəyan olundu ki, haqqı gizlədənlər tövbə edib həqiqəti bəyan etsələr, Allahın lütfünə nail olarlar. Ayədə buyurulur ki, kafirlər tövbə etməyib küfr halında ölsələr, Allahın, mələklərin və bütün xalqın lənəti onların yaxasından yapışasıdır.

Sual: Ayədə bütün xalqın kafirlərə lənəti bəyan olunur. Aydın məsələdir ki, xalq arasında bəziləri ya kafirdir, ya da kafirlə dost. Bəs bütün xalqın lənəti dedikdə nə nəzərdə tutulur?

Cavab: Söhbət dünya və axirətdə lənətdən gedir. Dünyada kafir olub kafirlərlə dostluq edənlər axirətdə lənətə düçar olasıdır.1

◘İlahi övliyaların istəklərindən və dualarından biri dünyadan müsəlman getməkdir. Belə bir istəklə Yusif öz Allahına müraciət edir.2 Həzrət İbrahim və Yaqub öz övladlarına tapşırırlar ki, yalnız müsəlman, Allaha təslim olmuş halda ölsünlər.3


Bildirişlər


1. Küfrdə dayanmaq və ya küfr halında ölmək Allahın rəhmətindən əbədi məhrumluqla müşayiət olunur.

2. Ən əsası insan ömrünün sonudur. Mühüm odur ki, insan dünyadan imanlamı gedəcək, yoxsa imansız?

3. Cəzanın yüngülləşdirilməsi və ya təxirə salınması dünyaya aiddir. Qiyamətdə nə yüngülləşdirmə var, nə də təxir.
163. ﴿وَإِلَـهُكُمْ إِلَهٌ وَاحِدٌ لاَّ إِلَهَ إِلاَّ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ

Sizin məbudunuz yeganə Allahdır. Ondan başqa məbud yoxdur. O, rəhman və rəhimdir.”


164. ﴿إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنفَعُ النَّاسَ وَمَا أَنزَلَ اللّهُ مِنَ السَّمَاء مِن مَّاء فَأَحْيَا بِهِ الأرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاء وَالأَرْضِ لآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

Həqiqətən, göylərin və yerin yaranışında, gecə və gündüzün ardbaard gəlməsində, xalqa xeyir yetirmək üçün dəryada hərəkət edən gəmilərdə, Allahın göydən nazil edib onun vasitəsi ilə ölü torpağı diriltməsində, müxtəlif canlıları onda yaymasında, küləklərin yolunun dəyişməsində, göy və yer arasında bağlı buludlarda düşünən insanlar üçün nişanələr var.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin