Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə52/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   48   49   50   51   52   53   54   55   ...   97

Nöqtələr


◘Təbiət ünsürləri arasındakı bağlılıq, bu aləmə hakim olan qanunlar yeganə Allahın hakimiyyət, qüdrət və iradəsindən danışır. Yalnız bir hissəsinə bəşəriyyətin əli çatmış səmaların yaranışı və onun daimi genişlənməsi,4 istehkam,5 səmanın yeddi təbəqəsi,6 hakim nizam,7 mütənasiblik, onlar arasındakı əlaqə və sütunsuzluq1, onların hifzi2, ulduzların öz orbitində hərəkəti və hər birinin fasiləsi yeganə və həkim olan Allahın qüdrət nişanələridir.

◘Sədi Şirazi deyir:


Yaranış, hər nə var haqqın tədbiri, ,Hara baxırsansa onun əsəri.

Bağlar da, çaylar da zikr edir Onu, Çətin ki, dərk edə bu sirri hamı.

Ağıl heyran qalır salxım şanıya, Yaqut nar giləsi sirdi hamıya.

Ayla günəş, həm də gecəylə gündüz Onun tədbiriylə dövrdə, sözsüz.
◘“Riyah” sözü külək mənasını verən “rih” sözündəndir. Amma Quranda “rih” sözü qəhr və əzab sözü ilə yanaşı işlənmişdir.3 “Riyah” sözü isə daim yağış və ilahi lütf sözləri ilə yanaşıdır. Hədisdə oxuyuruq: Nə vaxt külək əsirdisə, həzrət Peyğəmbər (s) buyururdu: “Pərvərdigara! Bu küləyi əzab “rihi” yox, rəhmət “riyahı” qərar ver.4

Bildirişlər


1.Təbiəti tanımaq Allahı, Onun qüdrətini, hikmətini, birliyini tanımaq üçün allahşünaslıq yollarındandır.

2 Allahın oxşarı yoxdur və O, mürəkkəb tərkibə malik deyildir.

3. Həm təbiət, həm də insanın yaratdıqları ondandır.

4. Varlıq aləmindəki hər bir mövcud Allahın təbiətdəki ayələrindəndir.


Aqilin gözündə yaşıl bir yarpaq, Böyük Yaradandan gətirmiş soraq.
5. Yalnız aqillər varlıq aləminə baxmaqla allahşünaslıq dərsi öyrənirlər.
165. ﴿وَمِنَ النَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ اللّهِ أَندَاداً يُحِبُّونَهُمْ كَحُبِّ اللّهِ وَالَّذِينَ آمَنُواْ أَشَدُّ حُبًّا لِّلّهِ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُواْ إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلّهِ جَمِيعاً وَأَنَّ اللّهَ شَدِيدُ الْعَذَابِ

Xalq arasında bəziləri Allahdan qeyri məbudlar seçir və onları Allahı sevməli olduqları qədər sevirlər. Amma iman sahiblərinin Allaha olan eşqləri daha şiddətlidir. (Bütlərə pərəstiş etməklə) zülm edənlər Allahın əzabını müşahidə etdikləri vaxt biləcəklər ki, bütün güclər Allahın əlindədir və Onun əzabı şiddətlidir.”


Nöqtələr


◘İmam Baqir (ə) buyurmuşdur: “Bu ayədəki “dunillah” və “əndad” sözləri bütləri bildirmir. Bu iki söz xalqın Allah kimi sevdiyi sitəmkar və azğınlara işarədir.”1 Ədəbi baxımdan “yuhibbunəhum” sözündəki “hum” hissəsi əşya yox, insanı bildirir.

◘Kamal və camal sevgisi məhəbbətin köküdür. Möminlər bütün kamillik və gözəllikləri Allahdan görürlər. Ona görə də ən böyük eşqləri Ona ünvanlanmışdır. Möminlərin eşq və məhəbbəti məşuqun ləyaqətinə əsaslanır. Bu eşq heç vaxt soyumur, sönükmür. Müşriklərin eşqi isə xəyala, cəhalətə, təqlidə və boş istəklərə əsaslanır.


Bildirişlər


1.Allahdan qeyrisinə pərəstiş və məhəbbət qadağandır.

2. Hisslər etiqadlarla bağlı olmalıdır.

3. Bəziləri nə qədər ki, pərdələr qaldırılmayıb və qiyaməti müşahidə etmirlər, öz yol və düşüncələrinin puçluğunu anlamırlar.

4. Ətrafı cəzb etməkdə qüdrət və güc təsirli amildir. Belədirsə, Allahdan qeyrisinə meyl etməyin.


166. ﴿إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُواْ مِنَ الَّذِينَ اتَّبَعُواْ وَرَأَوُاْ الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الأَسْبَابُ

Əzab müşahidə edildiyi və aradakı bağlar qırıldığı vaxt (küfr) başçıları öz ardıcıllarından zara gələrlər.”


Nöqtələr


◘Diqqətli olaq ki, rəhbərimiz kimdir, qəlbimizdə kimin eşqinə yer vermişik? Bilək ki, zalım hakimlər və Allahdan qeyriləri bizi öz mənafeləri üçün istəyirlər. Onlar bizim imkanlarımız hesabına öz dünya istəklərinə çatmaq arzusundadırlar. Qiyamətdə isə hamını boşlayıb, ardıcıllarından zara gəlirlər.

Bildirişlər


1. Əql və fitrətdən qaynaqlanmayan eşq və bağlılıq gec-tez soyuyası və ya düşmənliyə çevriləsidir.

2. Məhəbbət itaət zəminəsidir.

3. Gələcəyi düşünmək ağılın tələbidir. Qüdrət sahibi olan və təhlükəli bir gündə bizi himayə edə bilən kəsə məhəbbətli olaq.

4. Bağlılıq və məhəbbətlərin əsassızlıq ölçüsü təhlükəli günlərdə əzab görməkdir.


167. ﴿وَقَالَ الَّذِينَ اتَّبَعُواْ لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّؤُواْ مِنَّا كَذَلِكَ يُرِيهِمُ اللّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ وَمَا هُم بِخَارِجِينَ مِنَ النَّارِ

(Həmin vaxt) ardıcıllar deyərlər: “Kaş ki, növbəti dəfə də olaydı (dünyaya qayıdaydıq) ki, bu başçılardan kənarlaşaydıq. Necə ki, onlar (bu gün) bizdən uzaqlaşırlar.” Beləcə, Allah onların həsrət mayası olan əməllərini özlərinə göstərir. Heç vaxt cəhənnəm atəşindən çıxası deyillər.”


Nöqtələr


◘Rəvayətlərin buyurduğuna görə, qiyamətdə çoxsaylı səhnələr və dayanacaqlar var. Onlardan bəzilərində dodaqlara sükut möhürü vurular. Onlar yalnız həsrətli baxışlarla bir-birini süzər və ağlayarlar. Bəzi hallarda bir-birlərindən yardım diləyər, bəzi səhnələrdə fəryad çəkib bir-birlərinə nifrin yağdırarlar. Ayədə oxuyuruq ki, küfr ardıcılları da öz rəhbərlərinə bağlılıq və eşqə görə çox peşman olarlar. Amma artıq iş işdən keçmiş olar və qəlbdə həsrətdən başqa bir şey olmaz. Onlar dillərində deyərlər: Əgər növbəti dəfə qayıtsaq, heç vaxt onlara üz tutmarıq. Bu qədər vəfasız olan və bu gün bizdən uzaqlaşan kəslərdən - dünyaya qayıtsaq - uzaq gəzərik. Onlar həsrət çəkirlər. Amma həsrətlə iş aşmır.

◘Bir çox ayələrdə “xülud” sözü əzab haqqında işlədilmişdir. Bəziləri isə bu sözün “uzun müddət” mənasını daşıdığını bildirirlər. Amma bu ayədəki “və mahum bixaricinə minənnar” cümləsindən aydın olur ki, “xülud” uzun müddət yox, əbədiyyət mənasındadır.

◘Rəvayətlərdə günahkarların qiyamət həsrəti haqqında nümunələr nəzərə çarpır. Məsələn, bəziləri öz varisləri üçün xeyli var-dövlət qoyub, həyatları gedişində xeyir iş görmürlər. Qiyamət günü məlum olur ki, həmin var-dövlətdən yaxşı işə xərcləyən varis savabı da özü əldə etmişdir. Varis pis iş gördükdə isə irs qoyan bu günaha şərik olur.1 Həsrətin digər bir nümunəsi Əli ibn Əbu-Talibin (ə) rəhbərlik və vilayətini qəbul etməmiş ibadət edənlərin həsrətidir.2

◘İnsanın azadlığı var. Əgər belə olmasaydı peşmanlığa, həsrətə, yeni qərar qəbul edilməsinə imkan olmazdı. Peşmanlıq və həsrət onu göstərir ki, başqa cür də hərəkət edə bilərdik. Yeni bir qərar onu göstərir ki, insan öz iradə və ixtiyarı ilə düzgün saydığı yolu seçə bilər.



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin