Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə53/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   49   50   51   52   53   54   55   56   ...   97

Bildirişlər


1. Zalım hakimləri (tağutları) boşlayaq. Nə qədər ki, onlar bizi qiyamətdə atmayıblar, gəlin biz onları dünyada ataq.

2. Qiyamətdə insanın haqqı görən gözü açılır və o öz işlərinin həsrətini çəkir.

3. Geri qayıtmaq arzu edilsə də, geriyə yol yoxdur.
168. ﴿يَا أَيُّهَا النَّاسُ كُلُواْ مِمَّا فِي الأَرْضِ حَلاَلاً طَيِّباً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

Ey xalq, yer üzündəki halal və pak şeylərdən yeyin və şeytanın addımlarına tabe olmayın. Həqiqətən, o, sizin aşkar düşməninizdir.”


Nöqtələr


◘İslam insanları daim pak və halal nemətlərdən istifadəyə çağırır. Eləcə də, müqəddəs dinimiz hər növ rahiblik və yersiz zahidliklə mübarizə aparır. Ona görə də qeyri-sağlam qidalar şeytandan sayılır.1 İslam yersiz aclığı da şeytan addımı bilir. Ona görə də tarixi mənbələrdə qeyd olunmuşdur ki, bəzi ərəb tayfaları öz məhsullarının və heyvanlarının bir hissəsini heç bir dəlil olmadan haram etmişdilər. Onlar bu işi bəzən Allaha aid edirdilər. Uyğun ayə nazil oldu və şübhələr aradan qaldırıldı.

◘İslamda insanların maddi həyatına kamil şəkildə diqqət yetirilmişdir. Bu ehtiyaclardan qidalanma ehtiyacı öndə gəlir. Uyğun mövzuda onlarla ayə, yüzlərlə hədis mövcuddur. Peyğəmbərlərin vəzifələrindən biri də halal və haram qidaların və içkilərin xalqa tanıtdırılmasıdır.

◘Quranda, adətən, məsrəf icazəsi ilə yanaşı bir şərt bəyan edilmişdir. Məsələn, bu ayədə buyurulur: “Halal və pak nemətlərdən yeyin...” Başqa bir ayədə isə “Yeyin və için” əmrinin ardınca “fəsad törətməyin” şərti qoyulur.2 Digər bir ayədə isə “Yeyin və için, amma israf etməyin” əmr olunur.3 Başqa bir ayədə isə “Yeyin və yedirin” buyurulur.4

◘“Təfsiri-bürhan” kitabında İmam Sadiqin (ə) Tariq adlı bir şəxsə buyruğu nəql olunmuşdur. Rahiblik, tərki-dünyalıq qərarına gəlmiş Tariq arvadından ayrılmaq istəyərkən İmam (ə) buyurmuşdur: “Bu, şeytan addımlarındandır.”


Bildirişlər


1. Məsrəf, istifadə zamanı iki əsas şərt var: Həmin şeyin halal və pak (xoşagəlimli) olması

2. İslam bəzi riyazətlər (pəhrizlər) ilə müxalifdir.

3. Haram buyurulmuş, eləcə də, çirkin şeylərdən istifadə şeytana tabeçilikdir.

4. Bəşərin təbii ehtiyacları şeytanın azğınlıq və qələbəsi üçün zəmindir. Təbii ehtiyacları təmin edərkən büdrəmələrə diqqətli olmaq lazımdır.

5. Şeytan insanı addım-addım azdırır. İlk addımdan ehtiyatlı olmaq lazımdır.

6. Şeytan xalqı çaşdırmaq üçün müxtəlif yollarla meydana girir.

7. Xalqı haramdan istifadəyə məcbur edib, halal nemətləri onların əlindən almaq şeytanın aşkar düşmənçiliklərindəndir.
169. ﴿إِنَّمَا يَأْمُرُكُمْ بِالسُّوءِ وَالْفَحْشَاء وَأَن تَقُولُواْ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ

(“Həqiqətən, şeytan) sizə yalnız çirkinliyi və pisliyi, Allah haqqında bilmədiyiniz şeyləri deməyi əmr edir.”

Nöqtələr


◘“Ruhul-bəyan” təfsirində bəyan olunmuşdur ki, şeytan öz vəsvəsələrində mərhələlər ötüb keçir: Əvvəlcə küfrə dəvət edir. Elə ki, müvəffəq olmadı, bidətə çağırır. Yenə də bir şey əldə edə bilməsə, böyük günahlara çağırır. Növbəti dəfə əliboş qaldıqda kiçik günahları önə çəkir. Bəndəni kiçik günahlara da batıra bilməyən şeytan ibadət əvəzində mübah işləri əhəmiyyətli göstərir. Bu dəfə də əli boşda qaldıqda ən aşağı mərhələdəki ibadətlərə çağırır ki, insan uca məqamlardan məhrum olsun.

◘Şeytanın əmri onun vəsvəsələrindən ibarətdir. O insanın azadlığını əlindən alıb, onu günaha məcbur edə bilməz.

◘Şeytanın əmrinə təslimçilik bizim zəifliyimizi göstərir. Zəif insan şeytanın vəsvəsələrini özünə ağa kimi qəbul edir.1 İlahi övliyalar isə elə bir məqama çatmışlar ki, şeytan onlara nüfuz edə bilmir.2

Bildirişlər


1. Şeytanın düşmənçilik əlamətləri Allaha qarşı günah və iftiraya sövq edən vəsvəsələrdir.

2. Şeytan həm günaha batmaq əmri verir, həm də onu ört-basdır etmək yolunu göstərir. Pislik və günaha əmr Allaha qarşı həmin iftira və günah göstərişi və bu göstərişə don geydirilməsidir.

3 Elmə malik olmadan dini hökmlər haqqında fikir yürütmək və fitva haramdır.

4. Hətta şəkk-şübhə məqamında da bir şeyi Allaha aid etmək olmaz. İndi özünüz qiymətləndirin ki, hansısa sözü bilərəkdən Allaha aid etmək nə deməkdir! Ona görə də Quranın təfsiri və hökmlərin bəyanında diqqətli olmaq lazımdır.


170. ﴿وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللّهُ قَالُواْ بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لاَ يَعْقِلُونَ شَيْئاً وَلاَ يَهْتَدُونَ

O zaman ki, onlara (müşriklərə) deyilər: "Allahın nazil etdiyinə tabe olun!" Onlar deyərlər: "Biz atalarımızın getdiyi yolla gedərik." Əgər ataları bir şey anlamayıb, hidayət olmayıblarsa necə?”


Nöqtələr


◘Əvvəlki ayə bizim nəzərimizə çatdırdı ki, şeytanın addımlarına və göstərişlərinə tabeçilikdən uzaq olaq. Bu ayə şeytan yollarından biri olan kor-koranə təqlidçiliyə işarədir.

◘Düşüncəli şəkildə tabeçilik və itaətin eybi yoxdur. Quran o insanların təqlidini məzəmmət edir ki, nə özləri düşüncə sahibi olublar, nə də peyğəmbərləri qəbul ediblər.

◘İlahi hidayət bütün əsr və zamanlarda mövcud olmuşdur. Quranda buyurulur ki, onların babaları hidayəti, doğru yolu qəbul etmirdilər. Bu ayədən məlum olur ki, ilahi hidayət hər bir zaman olmuşdur, lakin insanlar haqqın səsini qəbul etməmişlər. Həzrət Əli (ə) “Nəhcül-bəlağə” də buyurmuşdur: “Yer üzü heç vaxt səmavi rəhbərsiz qalmır. (Bu rəhbər) istər aşkar, istər məxfi şəkildə xalqı Allahın yoluna dəvət edir.”1

Bildirişlər


1. İrtica və geri çəkilmək qadağandır. Babaların sünnət və yolu düşüncə və dəlilə əsaslanmırsa, qəbul edilə bilməz.

2. İrqi və milli təəssüblər haqqın qəbul olunmasında maneədir.

3. Ata-babaların dəvətləri və əqidələri gələcək nəsillərə təsir edir.

4. Haqq yol ağıl və vəhy vasitəsi ilə əldə olunur.

5. Təcrübə və biliyin növbəti nəslə ötürülməsi yaxşıdır. Amma xürafatın növbəti nəslə çatdırılması zərərdir.

6. Ağıl bizi vəhyə itaətə sövq edir.


171. ﴿وَمَثَلُ الَّذِينَ كَفَرُواْ كَمَثَلِ الَّذِي يَنْعِقُ بِمَا لاَ يَسْمَعُ إِلاَّ دُعَاء وَنِدَاء صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لاَ يَعْقِلُونَ

Kafirlər səs və nidadan başqa bir şey eşitməyib çağırılan kəs kimidirlər. Onlar karlar, lallar və korlardır. Bu səbəbdən də düşünmürlər.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin