Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə55/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   51   52   53   54   55   56   57   58   ...   97

Bildirişlər


1. İslam qidalanma məsələlərinə kamil diqqət yetirir. Zərərli və haram qidalar haqqında təkrar-təkrar xəbərdarlıq olunur.

2. Nəyisə haram buyurmaq yalnız Allahın ixtiyarındadır.

3. Heyvanları zibh edərkən (kəsərkən) Allaha diqqət və Onun adının çəkilməsi zəruridir. Bunun səbəbi heç bir işdə tövhid xəttindən çıxmamaq və şirklə, bütpərəstliklə mübarizə aparmaqdır.

4. Yalnız insanın məcbur olduğu istisna hallarda hökm dəyişir. İnsanın özünü qəsdən belə bir vəziyyətə salması caiz deyil. “Uzturr” qeyri-məlum formada işlənmişdir.

5. İslam heç bir mərhələdə maneə ilə qarşılaşmayan ictimai bir dindir. Fövqəladə vəziyyətlərdə istənilən vəzifə dəyişə bilir.

6. Qanun tənzimləyənlər tənzimləmə zamanı xüsusi şərtləri nəzərə almalıdırlar.

7. Məcburi şəraitlərdən sui-istifadə etməyin.
174. ﴿إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلَ اللّهُ مِنَ الْكِتَابِ وَيَشْتَرُونَ بِهِ ثَمَنًا قَلِيلاً أُولَـئِكَ مَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ إِلاَّ النَّارَ وَلاَ يُكَلِّمُهُمُ اللّهُ يَوْمَ الْقِيَامَةِ وَلاَ يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Allahın kitabdan nazil etdiyini gizləyənlər və bunun müqabilində kiçik əvəz alanlar öz qarınlarına yalnız od tökürlər. Allah qiyamət günü onlarla danışmaz, onları təmizləməz. Onlar üçün dərdli əzab vardır.”


Nöqtələr


◘Nə qədər ki, İslam peyğəmbəri məbus olmamışdı, yəhudi və məsihi alimləri xalqa onun gəlişi haqqında vədlər verir, Tövrat və İncildəki nişanələri sadalayırdılar. İslam peyğəmbərinin zühurundan sonra isə onlar bu son risaləti təsdiq etməyi öz var-dövlət və məqamlarının əldən çıxması ilə bir tutdular. Onların həqiqəti gizlətməkdə məqsədləri bu idi ki, bir neçə gün öz kürsülərində çox otursunlar və daha çox hədiyyə əldə etsinlər. Amma onlar qazandıqları böyük günahın müqabilində çox az qazanc əldə edirdilər. Bu qazanc qarınlarına doldurduqları oddan başqa bir şey deyildi. Necə ki, digər bir ayədə yetimlərin malını yemək od yeməyə oxşadılır.1

Allah qiyamət günü möminlərlə ünsiyyətdə olduğu halda haqqı gizlədən bu insanlarla xoş danışmaz. Bu danışıq fəzada dalğalar yaranması, ilham və qəlb dili vasitəsi ilə gerçəkləşər. Bütün yaxşı insanlar həmin gün “Kəlimullah” olarlar.

◘Əvvəlki ayədə donuz əti və ölmüş heyvan ətinin qadağan olunmasının ardınca bağışlanmadan danışılır. Bu ayədə isə haqqı gizlətməyin qadağan olması və əqidə ilə bağlı günahlar haqqında söhbət açıldıqdan sonra danışıq əhvalı daha da sərtləşir və bağışlanma məsələsinə toxunulmur. Bəlkə də növbəti ayədə bu hədələr daha da şiddətlənsin.

◘Haqqın gizlədilməsi təkcə İslam peyğəmbərinin risaləti ilə bağlı deyil. Həzrət Peyğəmbərin (s) həqiqi canişinləri barəsində də həqiqəti gizlədənlər belə bir əzaba düçar olasıdır. Öz təfsir və tarix kitablarında Qədire-Xum əhvalatı həqiqətlərini ört-basdır edib ayələri təhrifə məruz qoyanlar, xalqı məsum imamlardan yayındırıb başqalarına üz tutmağa sövq edənlər haqqı gizlədənlər cərgəsindədirlər.


Bildirişlər


1.Alimlər üçün ən böyük təhlükə dünyapərəstlikdir.

2. Dini istənilən bir qiymətə satmaq zərərdir. Çünki səmavi kitabların həqiqəti və maarifi bütün mənafelərdən üstündür.

3. Haram qidalar od şəklində təcəssüm edər.

4. Hər bir əşyanın batini bir surəti var və qiyamət günü həmin batini surət aşkar olar.

5. Cəza günaha mütənasib olmalıdır. Dünyada haqqı xalqdan gizlədənlər qiyamətdə Allah kəlamını eşitmək ləzzətindən məhrum qalarlar.

6. Qiyamət əzabları həm cismə, həm də ruha aiddir.


175. ﴿أُولَـئِكَ الَّذِينَ اشْتَرَوُاْ الضَّلاَلَةَ بِالْهُدَى وَالْعَذَابَ بِالْمَغْفِرَةِ فَمَآ أَصْبَرَهُمْ عَلَى النَّارِ

Onlar (haqqı gizlədənlər) o kəslərdir ki, hidayəti vermək bahasına azğınlığı, bağışlanma əvəzinə əzabı aldılar. Doğrusu, Allahın əzabına nə qədər də dözümlüdürlər?”


Nöqtələr


◘Haqqı gizlətmə günahına görə ardbaard səkkiz hədə sadalanmışdır. Bu hədələrdən beşi əvvəlki, ikisi hazırkı, biri isə növbəti ayədədir. Bəlkə də heç bir günaha görə ardıcıl şəkildə səkkiz hədə bəyan edilməmişdir.

◘Haqqı gizlətmə səbəbləri çoxdur. Bu günahın qürur, yersiz dini təəssüb, mövqeyi hifz etmək, iradə zəifliyi, şücaətsizlik, darbaxışlılıq, biganələrin sifarişi, var-dövlətin hifzi kimi səbəbləri ola bilər.

◘Haqqı gizlətməyin tövbəsi təkcə tövbə demək və ağlamaqdan ibarət deyil. Bu günahdan tövbə edərkən gizlədilmiş həqiqətləri açıqlamaq zəruridir. Əlbəttə ki, bir şəxsin həyatı təhlükə qarşısında olduqda və ya hər hansı fəsad ehtimal edildikdə haqqı gizlətməyin eybi yoxdur. Məsələn, pisliklərin yayılması üçün insanın öz günahını və ya xalqın günahını gizlətməsi caizdir.

Bildirişlər


1. Alimlər üçün xüsusi günahlardan biri haqqın gizlədilməsidir.

2. Səmavi kitabın bəyanında ilahi hidayət və bağışlanma, bu həqiqətlərin gizlədilməsində isə zəlalət var.

3. Dini satmağın və haqqı gizlətməyin ardınca ən ağır əzablar gəlir. Quranda yalnız bu dəstə haqqında “İlahi əzaba necə də dözümlüdürlər” cümləsi işlədilmişdir.
176. ﴿ذَلِكَ بِأَنَّ اللّهَ نَزَّلَ الْكِتَابَ بِالْحَقِّ وَإِنَّ الَّذِينَ اخْتَلَفُواْ فِي الْكِتَابِ لَفِي شِقَاقٍ بَعِيدٍ

Bu (əzabın) səbəbi budur ki, Allah (səmavi) kitabı haqq olaraq nazil etmişdir. Əlbəttə, o kəslər ki, kitabda ixtilaf etdilər, daim dərin çəkişmə içindədirlər.”


Nöqtələr


◘Dini həqiqətləri gizlədənlərə münasibətdə bir bu qədər hədə və əzab vədinin bəyan olunmasının səbəbi odur ki, Allah-təala səmavi kitabı çox aydın və səlis şəkildə, dəlillərə istinad edərək nazil etmiş, beləliklə də şəkk-şübhəyə yer qalmamışdır. Bununla belə, insanların bir qismi öz şəxsi mənafelərini qorumaq üçün müxtəlif yozumlara və təhriflərə əl atmış, səmavi kitabın anlaşılmasında ixtilaf yaratmışlar. Onların məqsədi suyu bulandırıb balıq tutmaqdır. Allah bu zümrə haqqında buyurur: “Onlar didişmə və nifaq içindədirlər.”

◘Həqiqəti gizlətmə yollarından biri də ixtilaf yaratmaqdır. Əvvəlki üç ayədə bəyan olunan hədələr haqqı gizlədənlərə ünvanlanmışdı. Bu ayədə, “gizlədənlər çəkişmədədir” əvəzinə “kitabda ixtilaf edənlər çəkişmədədir” buyurulmuşdur. Bu təbirlərdən aydın olur ki, haqqı gizlədənlər elə özləri ixtilaf edənlərdir. Çünki ixtilafa aludə mühitdə xalqın başını qatıb həqiqətləri gizlətmək olur.



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin