Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə62/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   58   59   60   61   62   63   64   65   ...   97

Bildirişlər


1. Mülkiyyət doğru yolla əldə olunmalıdır. Məsələn, qazanc, ticarət, əkinçilik, sənət, irs, hədiyyə kimi. Amma batil yolla, rüşvət vasitəsi ilə mülkiyyət yaranmır.

2. Cəmiyyət vahid bir bədən kimidir.

3. Rüşvət haramdır və insan başqalarının malına sahib durmaq üçün rüşvət verə bilməz.

4. İslam xalqı öz mallarının sahibi bilir.

5. Bilərəkdən azğınlıq təhlükəlidir.
189. ﴿يَسْأَلُونَكَ عَنِ الأهِلَّةِ قُلْ هِيَ مَوَاقِيتُ لِلنَّاسِ وَالْحَجِّ وَلَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوْاْ الْبُيُوتَ مِن ظُهُورِهَا وَلَـكِنَّ الْبِرَّ مَنِ اتَّقَى وَأْتُواْ الْبُيُوتَ مِنْ أَبْوَابِهَا وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Səndən ayın hilalları (onların hikməti) haqqında soruşurlar. De ki, bunun səbəbi xalqın vaxtları və həcc zamanını tanımasıdır. (Ey peyğəmbər, onlara de,) yaxşılıq o deyil ki, (həcc ehramı halında) evlərə arxadan daxil olasınız. Yaxşılıq odur ki, təqva yolunu tutasınız və qapılardan daxil olasınız. Allahdan qorxun. Bəlkə nicat tapasınız.”


Nöqtələr


◘“Miqat” sözünün cəm forması olan “məvaqit” sözü konkret bir iş üçün müəyyən olunmuş zaman və ya məkana deyilir.

◘Bu ayədə peyğəmbərə ayla bağlı ünvanlanan suala cavab verilərkən bəzi nöqtələrə işarə olunur. Həmin nöqtələri birlikdə araşdıraq: Ey peyğəmbər! Ayın müxtəlif cilvələrinin faydaları haqqında soruşanlara de ki, ayda baş verən dəyişikliklər xalq üçün vaxtı tanımaq, ümumi və təbii təqvim vasitəsidir. İslamın imtiyazlarından biri budur ki, öz proqramını təbii, ümumi və xərcsiz miqyaslar üzərində qurmuşdur. Məsələn, kürr suyun miqdarının təyini üçün qarış götürülmüşdür. Namaz vaxtının təyinində günəşin tülusu, qürubu və batması vasitədir. Ramazan ayının və həcc dövrünün başlayıb sona çatma vaxtı ay vasitəsi ilə müəyyənləşdirilir. Ayın müxtəlif şəkilləri ümumi təqvim rolunu oynayır və hamının ixtiyarındadır. Təqvim və tarixə ehtiyac ictimai həyatın zərurətlərindəndir. Bu təqvimin ən üstün cəhəti odur ki, istər savadlı, istər savadsız şəxs harada olur olsun, bir baxışla zəruri vaxtı təyin edə bilir. Sonra buyurulur: Yaxşılıq onda deyil ki, ehram halında qapını qoyub evin arxasından mənzilə daxil oluna. Ehram halında evə arxadan daxil olmaq xürafatdır.

◘Hər bir işin düzgün yolu var. Və iş öz təbii yolu ilə həyata keçməlidir. Hər bir iş üçün münasib vaxt, münasib üsul və münasib rəhbər lazımdır. Vaxt ay vasitəsi ilə Allah tərəfindən təyin olunduğu kimi, rəhbər də onun tərəfindən müəyyənləşdirilməlidir. Bu əsasla ayə belə mənalandırılır: Aydan vaxtı tanıma üçün istifadə edin. İşlərin icra yolunu öyrənmək üçün. Yolunuzu azmayın. Səadət və xoşbəxtliyin öz yolu var və bu yolla hərəkət edilməlidir. Zaman, yol və rəhbəri seçərkən Allahdan qorxun. Bəlkə nicat tapasınız... İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayədə məqsəd odur ki, hər bir iş öz yolu ilə görülsün.”1 Məsum imamlar buyurmuşlar: “Biz Ali-Məhəmməd (peyğəmbər ailəsi) Allahın qurtuluş qapılarıyıq.” Həzrət peyğəmbər buyurmuşdur: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.”2

◘Bu ayədəki “vətul-buyutə min əbvabiha” cümləsi iki “təqva” sözü arasında yerləşmişdir. Bu ardıcıllıq işlərin icrasında fövqəladə əhəmiyyət rəmzi ola bilər. Təqvası nöqsanlı olanlar getdikləri yolda büdrəyirlər.

◘Ayə belə mənalandırıla bilər: De ki, bu ay zamanı tanımaq və dini işləri tənzimləmək üçündür. Amma ayın necə dəyişdiyini bilmək istəyirsinizsə, bunun da öz yolu var. Mütaliə edin, təhsil alın. Quran bu təbirlərlə bəyan edir ki, yaxşılıq əyri yolla getmək yox, hər bir işi öz yolu ilə görməkdir. Atmosfer dəyişiklikləri ilə tanışlıq bu sahədəki ehtiyacları təmin edir.

Bildirişlər


1. Dəqiq proqram və vaxt bölümü üzrə səma cisimlərinin və ayın hərəkəti xalqın ibadət və işlərinin tənzimində təsirli ola bilər.

2. Əgər təbiət, səma cisimləri dəqiq nizamlıdırsa və insanların öz işlərini nizama salmasında yardımçıdırsa, insafdan deyil ki, biz nizamsız, hesab-kitabsız, özbaşına mövcudlar olaq.

3. Suallara elə bir formada cavab verin ki, sual edən şəxs anlasın və ehtiyacı ödənsin.

4. İslam cahil və xürafi adət-ənənələrlə mübarizə aparır.

5. Ata-babaların xürafi adətlərindən yaxşılıq əldə etmək olmaz. Yaxşılığı vəhy və məsum rəhbərlərin göstərişləri çərçivəsində, eləcə də məntiqi üsullarla əldə etmək olar.

6. Əgər bir yolu bağladınızsa, doğru yolu göstərin.

7. Dini məfhumların dəyəri onların insanlarda təcəllasındadır. Yaxşılıq "təqvadır" yox, yaxşılıq "təqvalı olandır" buyurulur.

8. Əyri yol getmək təqva deyil. Əgər ilahi övliyaların yolundan çıxsaq və getdiyimiz yolu təqva yolu adlandırsaq, şübhəsiz ki, azmışıq.

9. Yanlış və məntiqsiz üsullar təqvaya ziddir.

10. Vaxtın hifzi və işlərdə nizamın gözlənilməsi təqva və qurtuluş nümunəsidir.

11. Təkamülün sonu qurtuluşdur. Bir çox göstərişlər təqvaya çatmaq üçündür. Bu ayədə isə təqva qurtuluşun müqəddiməsi kimi tanıtdırılır.
190. ﴿وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبِّ الْمُعْتَدِينَ

Allah yolunda sizinlə döyüşənlərlə döyüşün. Amma həddi aşmayın. Allah həddi aşanları (təcavüzkarları) sevmir.”


Nöqtələr


◘Bu ayədə təcavüzkarlarla mübarizənin zəruriliyi bildirilməklə yanaşı, xatırladılır ki, döyüş meydanında ilahi hədləri aşmaq, xəstələrə, qadınlara, uşaqlara, yaşlılara əziyyət vermək olmaz. Bəyan olunur ki, onları İslama dəvət etməmişdən qabaq silaha əl aparmayın, savaşa başlamayın. Bəşəri dəyərləri hətta savaş meydanında da gözləmək lazımdır.

◘Bəzi sifətlər müəyyən şəraitdə öz dəyərini itirir. Məsələn, mərhəmət bir dəyərdir. Amma yırtıcı canavara mərhəmət qoyunlara qarşı zalımlıqdır. Elm də bir dəyərdir. Amma bəzən bilməmək özü dəyər olur. Məsələn, həzrət Peyğəmbər (s) hicrət etdiyi vaxt onun yerində yatan Əli (ə) öləcəyini və ya qalacağını bilmirdisə, bu bir dəyər idi. Əgər həmin yataqda yatanın ölməyəcəyi məlum olsaydı, adi adamlar da bu işi görərdi. Bir sözlə, əksər sifətlər şəraitdən asılı olaraq dəyər baxımından dəyişir. Ədalət yeganə sifətdir ki, hər zaman, hər yerdə, hamıya qarşı eyni dəyərə malikdir.

İslamda düşmənlə qarşılaşmaq üçün mərhələlər təyin olmuşdur: Etinasızlıq (bax: “Əhzab”, 48), üz çevirmək (bax: “Nisa”, 63), sərtlik (bax: “Tövbə”, 73), savaş (bax: “Bəqərə”, 190)

Müsəlmanlar özlərini və Allahın dinini müdafiə etmək üçün savaşırlar. Düşməninsə məqsədi Allah nurunu söndürməkdir. (bax: “Səff”, 8) Onların bir məqsədi də müsəlmanları təslim etməkdir. (bax: “Bəqərə”, 120)




Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin