Bildirişlər
1. Heç bir çətinlik görmədən, yalnız iman səbəbindən behiştə getmək intizarı düzgün intizar deyil.
2. Allahın sünnətində, qanunlarında heç bir dəyişiklik yoxdur. Bütün millətlər, ümmətlər və fərdlər sınaqdan keçməlidir.
3. Başqalarının çətinliklərinə diqqət insan üçün təskinlik amilidir. Tarixdən ibrət götürün.
4. Hazır olaq; ilahi sınaqlar bəzən o qədər çətin olur ki, hətta peyğəmbərlər də iztirab keçirir.
5. Çətinliklər zamanı peyğəmbərlər xalqdan uzaqlaşmamışlar.
6. Duanın qəbul olma şərtlərindən biri çarəsizlik və Allahdan qeyrisindən ümidi kəsməkdir.
7. Çətinliklərdən rahatlıq tapmaq üçün Allahın yardımını yada salmalıyıq.
8. Müqavimət ilahi yardımlardan faydalanmanın zəminəsidir.
215. ﴿يَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلْ مَا أَنفَقْتُم مِّنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالأَقْرَبِينَ وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ﴾
“Səndən soruşurlar ki, nəyi infaq etsinlər? De ki, hər nəyi (istəyirsinizsə) infaq edin, ata-ananız, yaxınlarınız, yetimlər, miskinlər, yolda qalanlar üçün olsun. (Bilin ki,) gördüyünüz hər bir xeyir işdən, həqiqətən, Allah xəbərdardır.”
Nöqtələr
◘Bu ayədə “xeyir” sözü iki dəfə işlədilmişdir: Biri xeyir infaq, digəri xeyir iş. Məlum olur ki, hətta pulu olmayanlar xeyir əməllə məqsədlərinə çata bilərlər.
◘Hədisdə oxuyuruq: “Qohumlar ehtiyaclı olduğu halda başqalarına sədəqə növbəsi çatmaz.”3
İnfaqda əhəm və mühüm qaydalarına riayət olunur, kamil məlumat və mərhəmət ölçüləri nəzərə alınır.
◘İnfaq beş növdür:
1. Vacib infaq; məsələn: zəkat, xüms, kəffarə, fidyə, kişinin öhdəsində olan dolanışıq nəfəqəsi.
2. Müstəhəb infaq; məsələn, miskinlərə, yetimlərə kömək, dostlara hədiyyə.
3. Haram infaq; məsələn, qəsbi maldan infaq və ya günah yolda infaq.
4. Məkruh infaq; məsələn qohumlar arasında ehtiyaclı olduğu halda başqalarına infaq.
5. Mübah infaq. Başqalarının həyat şəraitini yaxşılaşdırmaq üçün edilən infaq. (Çünki fəqirliyi aradan qaldırmaq üçün edilən infaq vacib və müstəhəbdir.)
Bildirişlər
1. İnfaqın növünü, şəraitini və yolunu vəhy məktəbindən öyrənmək lazımdır.
İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir ki, onu infaq etməkdə hidayət buyursun.
2. Xalqın sualı Allah tərəfindən cavab nazil olması üçün zəmindir.
3. İnfaq böyük və kiçik işlərə şamil olunur.
4. Var dövlət, dünya malı imanlı insanların əlində xeyir mayasıdır.
5. Yaxşı və rəğbət doğuran şeylər infaq olunmalıdır.
6. İnfaq təkcə maddi şeylərə aid deyil və hər bir xeyir ona daxildir.
7. İnfaq ediləsi ən yaxşı ünvan valideyn və yaxınlardır.
8. Qohumlara infaq ailə əlaqələrinin möhkəmləndirilməsi səbəbidir. Başqalarına infaq isə ehtiyaclıların maddi və mənəvi çətinliklərini aradan qaldırır, təbəqələrarası ziddiyyəti yumşaldır.
9. Həkim (hikmət sahibi) o kəsdir ki, verdiyi cavabda işarə etdiyi məsələlərdən sual verən şəxs xəbərsiz olsun. Ayədə infaqın nədən olması soruşulur. Allah nümunələr müəyyənləşdirir.
10. İslam kasıb təbəqəyə xüsusi diqqət göstərir.
11. Saleh əməl istər aşkar olsun, istər məxfi, istər az olsun, istər çox, heç vaxt zay olmur.
12. Allahın bizim işlərimizdən xəbərdar olmasına iman ən yaxşı təşviqdir.
216. ﴿كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ وَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ وَعَسَى أَن تُحِبُّواْ شَيْئًا وَهُوَ شَرٌّ لَّكُمْ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ﴾
“Sizə xoş gəlməsə də, sizin üçün cihad müəyyənləşdirildi. Çox olsun ki, xoşlamadığınız bir şey sizin xeyrinizə olsun. Çox olsun ki, bir şeydən xoşunuz gəlsin, halbuki onda sizə zərər və şər var. Allah (sizin xeyrinizi) bilir və siz bilmirsiniz.”
Nöqtələr
◘“Kurh” sözü insanın öz daxilindən hiss etdiyi məşəqqət mənasını bildirir. Məsələn, savaşdan qorxu. Məsələn, “Fussilət” surəsinin on birinci ayəsindəki kimi məcburi bir hökm: “Göylərə və yerə dedik: Ya rəğbətlə, ya da ikrahla gəlin. Dedilər: biz rəğbətlə gəlirik.”
◘Əvvəlki ayə mal verilməsinə aid idi. Bu ayədə isə canın verilməsindən danışılır.
◘Savaşa qarşı ikrah doğuran şey ya rahattələblik ruhiyyəsidir, ya insana sevgi və başqalarına rəhmdir, ya da düşmənin daha güclü olmasıdır. Quran buyurur: Siz cihadın əsərlərini və nəticələrini bilmirsiniz. Diqqətiniz yalnız onun zahiri və maddi zərərlərinə yönəlmişdir. Halbuki Allah müxtəlif yönümlərdən işlərin bugünkü və sabahkı təsirindən və sirlərindən xəbərdardır.
◘Savaş bütün çətinlikləri ilə yanaşı, müsbət təsirlərə və faydalara malikdir. O cümlədən, döyüş qabiliyyəti yüksəlir, düşmənin cəsarəti azalır, cəmiyyətdəki fərdlərdə məsuliyyət və fədakarlıq hissi yaranır, İslam və müsəlmanların qüdrət və izzəti dünyaya bəyan edilir, qeybi yardımlar nazil olur, Allahdan yardım ruhiyyəsi vücuda gəlir, ilahi əcr və savab əldə olunur, yaradıcılıq, ixtira, kəşf ruhiyyəsi dirçəlir.
Digər dinlərdə cihad məsələsi:
◘Bu gün dünyadakı sülh təbliğatının əksinə olaraq, din yolunda cihad məsələsi bütün səmavi dinlərdə təsbit olunmuşdur və qəti zərurətdir.
◘Tövratda oxuyuruq:
- Şəhər sakinlərini qılıncla öldür və yüklərini götür.1
- Onların hamısını öldür və rəhm etmə.2
- Döyüş üçün meydana çıxdıqda düşməni çox görüb qorxma.3
- Qardaşını, dostunu və qonşusunu öldürsün ki, buzovpərəstliyin kəffarəsi olsun.4
- Musa cəmiyyəti döyüşə apardı və mühüm bir savaş baş verdi.5
◘Məttanın İncilində oxuyuruq:
- Güman etməyin ki, yer üzündə salamatlıq qoymağa gəldik. Gəlmədik ki, bir salamat qoyaq, yalnız qılıncı.6
- Hər kəs canını qorusa həlak olar, hər kəs canını Mənə görə həlak etsə, onu əldə edər.7
Luqanın İncilində oxuyuruq: - Mənə tabe olmaq istəməyən düşmənləri burada hazır edib qarşımda qətlə yetirin (İncil, l. b. 19, c. 28)
- Kimin qılıncı yoxdursa, libasını satıb qılınc alsın.1
◘Quranın “Ali-İmran” (a. 147), “Maidə” (a. 24), “Bəqərə” (a. 246) surələrində ötən dinlərdə savaş və cihadın olmasından danışılır.
Dostları ilə paylaş: |