Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə8/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   4   5   6   7   8   9   10   11   ...   97

Nöqtələr


◘Bu surənin başlanğıcında möminlər dörd, kafirlər isə iki ayə ilə tanıtdırılır. Bu və bundan sonrakı on üç ayədə münafiq adlanan üçüncü qrup haqqında da danışılır. Onlarda nə birinci dəstənin imanı, nə də ikinci dəstənin küfr cürəti var. Münafiq, yuvasına iki yol qoyan səhra siçovuluna bənzəyir. Həmin siçovul yollardan birini get-gəl üçün açıq qoyur, digərini təhlükəli məqamlar üçün ehtiyata saxlayır. Bu siçovulun yuvasından açdığı məxfi dəliyə, “nafiqa” deyilir. “Münafiq” sözü də həmin “nafiqa” sözündən alınmışdır3.

◘Nifaqın olduqca geniş mənası vardır. Sözü ilə əməli uyğun gəlməyən hər bir insanın nifaqdan payı var. Hədisdə oxuyuruq: “Əgər əmanətə xəyanət etsək, yalan danışsaq, vədimizə əməl etməsək, münafiqik. Hətta namaz qılıb oruc tutsaq da!”4 Nifaq bir növ əməli və etiqadi yalandır. Riyakarlıq da nifaqın bir növüdür.5


Bildirişlər


1. İman qəlbə aid bir məfhumdur və onun insanın izharı ilə əlaqəsi yoxdur.

2. İmanın əsasını Allah və axirətə inam təşkil edir.

3. Allah insanın batinindən xəbərdardır.
9. ﴿يُخَادِعُونَ اللّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلاَّ أَنفُسَهُم وَمَا يَشْعُرُونَ

Münafiqlər elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadırlar və bunu da anlamırlar.


Nöqtələr


◘“Şüur” “şər” شعر)) kökündəndir və “tük” mənasını daşıyır. Dəqiq, tükü-tükdən seçən insan dərrakə və şüur əhlidir. Bəli, münafiq elə güman edir ki, başqalarını aldadır. Çünki onun düzgün dərrakəsi yoxdur. (“La yəşurun”)

◘Münafiqlərin hiylə və məkri dedikdə, onların Allah hökmlərini və ilahi dini oyuncağa çevirməsi və ya Allahın rəsulunu aldatmaq istəkləri nəzərdə tutulur. Belə ki, Allahın rəsuluna itaət və beyət Allaha itaət və beyətdir.1 Allahın rəsuluna qarşı hiylə Allaha qarşı hiylə sayıldığından, dinlə bu sayaq məsxərəbazlıq insanın özünü aldatmasıdır. Təsəvvür edin ki, xəstə, həkimin yazdığı dərmanları qəbul etmədiyi halda “qəbul etdim” deyir. Belə bir xəstə həkimi aldatdığını düşünür. Əslində isə onun həkimi aldatması özünü aldatmasıdır.

◘Münafiq İslamla necə rəftar edirsə, İslam da münafiqlə elə rəftar edir. O, İslamı zahirən qəbul etdiyi kimi, İslam da onu zahirən müsəlman sayır. O qəlbən kafir olduğundan Allah onu qiyamətdə kafirlərlə birlikdə məhşur edir.

◘Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə oxuyuruq: “Riyakarlıq Allaha qarşı hiylədir.”2

◘Quran bildirir ki, insanın yaxşı və pis əməlləri onun özünə qayıdır. Necə ki, uyğun ayədə buyurulur: “ Dinə qarşı hiylə, Allaha qarşı yox, insanın özünə qarşı hiylədir.” Başqa bir yerdə isə belə buyurulur: “Əgər yaxşılıq etsəniz, özünüzə etmişsiniz, əgər pislik etsəniz, yenə özünüzə etmisiniz.”3 Digər bir yerdə isə belə buyurulur: “Bəd hiylə yalnız onu quraşdıranı bürüyər.”4


Bildirişlər


1. Hiyləgərlik nifaq nişanəsidir.

2. Münafiq daim kiməsə zərbə vurmaq fikrindədir. Ayədə işlədilmiş “xüdə” خدعه sözü zərbə vurmaq məqsədi ilə bir işi gizlədib, başqa birini izhar etməkdir.1

3. Hiylənin zərbəsi hiylə sahibinə qayıdır.

4. Münafiq şüursuzdur. O anlamır. Bütün iç sirlərdən xəbərdar olan Allahla hesablaşasıdır.2 Həmin Allah qiyamət günü onun işlərinin üstündəki pərdəni qaldırasıdır.3

5. Xüdə və hiylə ağıl və şüur əlaməti deyil. Rəvayətdə buyurulur ki, həqiqi ağıl vasitəsi ilə insan Allaha bəndəlik edir.
10. ﴿فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ

Münafiqlərin qəlbində xəstəlik vardır. Allah onların xəstəliyini daha da artırar. Onlar yalan danışdıqları üçün şiddətli əzaba düçar olacaqlar.”


Nöqtələr


◘Bəzən xəstəlik bədənə aid olur. Məsələn, “Bəqərə”, surəsinin 185-ci ayəsində xəstələrin orucluq hökmləri bəyan olunur. Bəzən isə xəstəlik ruha aid olur. Haqqında danışdığımız ayədə ruhun nifaq xəstəliyinə işarə edilir.

◘Münafiq gölməçəyə düşmüş üfunətli leşə bənzəyir. Hövzədə su artdıqca bu leşin fəsadı daha da artır, üfunət qoxusu daha da çoxalır. Nifaq insanın ruhunda yer tutduqda o, Allah tərəfindən nazil olmuş ayə və hökmlərin qarşısında təslim olmaq əvəzinə riyakarlığa əl atır və öz nifaqını artırır. Xəstə ruh bütün əməl və rəftarları riyakarlığa, nifaqa yoluxdurur. Bu, xəstəliyin güclənməsi nişanəsidir.

◘“Allah onların xəstəliyini artırır” cülməsi nifrin də ola bilər. Yəni artıq xəstələnmiş qəlbdə xəstəlik daha da gücləndirilir.

Bildirişlər


1. Nifaq ruhi xəstəlik, münafiq isə xəstədir. Xəstə sağlam və ya ölü olmadığı kimi, münafiq də nə mömindir, nə də kafir.

2. İnsanın mahiyyəti onun qəlbindən və ruhundan ibarətdir. Qəlb bütünlüklə insan deməkdir. Çünki ruh və qəlb çaşdıqda bu çaşqınlığın əsərləri sözdə və əməldə bilinir.1

3. Nifaq xərçəng xəstəliyi kimi arta bilər. Quranda elm, hidayət və iman kimi bəyənilmiş sifətlər də arta bilən xüsusiyyətlər kimi tanıtdırılır.

4. Özünü yüksəldən də, süquta uğradan da insan özüdür.

5. Yalançılıq münafiqlərin məşhur usullarındandır.
11. ﴿وَإِذَا قِيلَ لَهُمْ لاَ تُفْسِدُواْ فِي الأَرْضِ قَالُواْ إِنَّمَا نَحْنُ مُصْلِحُونَ

Onlara deyiləndə ki, yer üzündə fəsad törətməyin, deyirlər: “Həqiqətən, biz islah edənlərik.”


Bildirişlər


1. Münafiqlər nəsihət qəbul etməsələr də, onlarla danışıb, nəhy və münkər etmək daha yaxşıdır.

2. Nifaq fəsad amilidir.

3. Münafiq öz çoxüzlüyünü xalqa diqqət və islahatçılıq kimi qəbul edir.

4. Münafiq yalnız özünü islah edən kimi tanıyır. Çox ağır ruhi xəstəliyə malik olan bir adam özünü sağlam saya bilər.

5. Münafiq özünü çəkməklə xalqı alçaltmaq və pis işlərini ört-basdır etmək istəyir.
12. ﴿أَلا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَـكِن لاَّ يَشْعُرُون

Agah olun! Şübhəsiz ki, onlar fəsad əhlidirlər. Amma anlamırlar.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin