Bildirişlər
1. Ölüləri diriltmək Allahın rübubiyyət şənindəndir.
2. Bir şeyi dərindən öyrənmək üçün hiss üzvlərindən istifadə zəruridir.
3. Həqiqətlərin kəşfi və onlara şahidlik elm, iman, dəlil mərtəbələrini adlamış kəslər üçündür. Hər kəsin yox, İbrahimin “göstər” (“ərini”) istəyinə cavab verilir.
4. İman və yəqinliyimizi dərinləşdirib əminlik həddinə çatmaq fikrində olaq. Araşdırma və maraq özü bir dəyərdir.
5. İmanın mərhələləri və dərəcələri var.
6. Qəlb aramlıq mərkəzidir.
7. İlahi övliyaların “təkvini vilayət” adlanan varlığa təsir gücü var.
8. Məad cismanidir. Qiyamətdə ruh bədənin həmin zərrələrinə qayıdasıdır.
261. ﴿مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنبُلَةٍ مِّئَةُ حَبَّةٍ وَاللّهُ يُضَاعِفُ لِمَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ﴾
“Öz malını Allah yolunda infaq edənlər yeddi sünbül cücərdən toxuma bənzər. Hər sünbüldə yüz dən olar. Allah onu istədiyi kəs üçün ikiqat və ya neçə qat edər. Allah (qüdrət və rəhmət baxımından) genişdir və biləndir.”
◘Təbəqələr arası ixtilafların aradan qaldırılması üçün ən yaxşı yol infaqın tapşırılması və israfın qadağan olunmasıdır. Sələmin ortaya çıxması və genişlənməsi də təbəqələr arası fərqlərin ortaya çıxması zəminəsidir. Ona görə də Quranda infaqın zəruriliyi və sələmin qadağası bəyan olunmuş ayələrlə yanaşı gəlmişdir.1
◘Hər toxum hər torpaqda hər biri yüz dənə malik yeddi sünbül vermir. Bundan ötrü toxum sağlam, torpaq münbit, zaman münasib və kamil xidmət olmalıdır. Eləcə də, halal malın infaqı Allaha yaxınlıq məqsədi daşıdıqda və minnətsiz, yaxşı şəkildə verildikdə bütün əsərlərə malik olasıdır.
Bildirişlər
1. İnfaqın mükafatı təkcə axirətə aid deyil. İnfaq insanın öz vücudunun təkamül səbəbidir.
2. Quran o insanlar haqqında xoş sözlər deyir ki, infaq etmək onların daimi xisləti olsun. “Felin gələcək zamanı forması davamı bildirir.
3. İnfaq o zaman dəyərli olur ki, Allah yolunda olsun. İslamda iqtisadiyyat əxlaqdan ayrı deyil.
4. Təbii misallardan istifadə hər zaman aktualdır. Bütün xalq, istənilən yaşda və şəraitdə təbii misalları dərk edir. Malın toxuma, infaqın səmərəsinin buğda sünbülünün səmərəsinə bənzədilməsi bu qəbildəndir.
5. Təşviq və mükafat vədi hərəkət üçün güclü amildir. Söhbət yeddiyüzqat artıq mükafatdan gedir.
6. Allahın lütfünün məhdudiyyəti yoxdur.
7. Əgər malın infaqının yeddiyüzqat artıq səmərəsi varsa, Allah yolunda canını infaq edənlərin mükafatını özünüz təsəvvür edin.
262. ﴿الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ ثُمَّ لاَ يُتْبِعُونَ مَا أَنفَقُواُ مَنًّا وَلاَ أَذًى لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ﴾
“Öz malını Allah yolunda infaq edən, sonra infaq etdiyi şeyə görə minnət qoymayan və əziyyət verməyənlərin mükafatı onlar üçün Allahın yanında saxlanılır. Nə qorxuları var, nə də qəmgin olarlar.”
Nöqtələr
◘İnfaq əmrində İslamın məqsədi yalnız fəqirlərin qarnını doyurmaq deyil. Bu gözəl iş ləyaqətli insanların əli ilə və bəyənilmiş şəkildə, müsbət hədəflərlə yerinə yetirilməlidir.
◘Bəzən insan Allaha doğru addım atıb işə yaxşılıqla başlayır. Amma qürur, minnət, gözləmə və bu kimi xislətlər səbəbindən infaqın dəyəri puça çıxır. Minnət qoymaq infaqı təsirdən salır. Çünki infaqda məqsəd ruhu xəsislikdən paka çıxarmaqdır. Amma ruh minnət səbəbindən bulaşmış olur. Minnət qoyan kəs ya özünü böyütmək, ya da infaq etdiyi şəxsi alçaltmaq fikrindədir. Bu işdə məqsəd xalqın diqqətinin cəlb edilməsi də ola bilər. Bütün hallarda minnət qoyulması ixlasdan uzaqdır. Allah bir bu qədər nemətə görə bizə nə minnət qoyub ki, biz də Onun verdiyindən bir qismini bağışladığımız üçün minnət qoyaq?! “Məcməül-bəyanda” nəql olunmuş rəvayətdə həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah minnət qoyanlara qiyamətdə lətif nəzər salmaz.”
Bildirişlər
1. Yaxşılığa başlamaq kafi deyil. Yaxşı işi başa çatdırmaq şərtdir.
2. İslam məhrumların və fəqirlərin şəxsiyyətini hifz edir. Onların şəxsiyyətinin minnət qoymaqla alçaldılması yaxşı əməli batil edir.
3. İnsanın əməlləri bir-birinə təsir edir. Yəni bir əməl o biri əməli puça çıxara bilər. İnfaq fəqirliyə əlac üçündür. Amma minnət qoyulması infaqı fəqirlər üçün dərdə çevirir.
4. Allah infaq edənlərin gələcəyinə zamindir.
5. Bir şəxs minnət və əziyyətsiz - yalnız Allah razılığı üçün - infaq edərsə, ilahi aramlıqdan bəhrələnər.
263. ﴿قَوْلٌ مَّعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِّن صَدَقَةٍ يَتْبَعُهَآ أَذًى وَاللّهُ غَنِيٌّ حَلِيمٌ﴾
“(Ehtiyaclılarla) xoş danışıq və onları bağışlamaq əziyyətlə müşayiət olunan bəxşişdən üstündür. Allah ehtiyacsız, həlimdir.”
Nöqtələr
◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər yanınıza bir sail (dilənçi) gəlsə, iki yoldan birinə əməl edin: Ya gücünüz çatan şeyi əta edin, ya onu bəyənilmiş şəkildə yola salın.”1
Başqa bir yerdə həzrət (s) buyurur: “Əgər xalqa malla əl tuta bilmirsinizsə, əxlaqınıza xidmət edin.”2
Bildirişlər
1. Fəqirin abır və şəxsiyyəti onun qarnını doyurmaqdan üstündür.
2. Fəqiri məhəbbət və canıyananlıqla, onun dolanışığını təmin edəcək işə yönəldin.3
3. İnfaq əxlaqla yanaşı olmalıdır.
4. Fəqirlə xoş danışıq onun üçün təskinlik və inkişaf amilidir. Halbuki minnətlə verilən sədəqədə bu xüsusiyyətlərin heç biri yoxdur.
5. Əgər fəqir çətinliyə düşdüyü üçün pis danışsa onu bağışlayın.
6. Cəmiyyətdəki ürfə (ənnəyə) riayət həm söz, həm də əməldə zəruridir.
7. Allah fəqirə dəyən zərərə cavab verir. Amma dərhal yox!
264. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُبْطِلُواْ صَدَقَاتِكُم بِالْمَنِّ وَالأذَى كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاء النَّاسِ وَلاَ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لاَّ يَقْدِرُونَ عَلَى شَيْءٍ مِّمَّا كَسَبُواْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ﴾
“Ey iman gətirənlər! Öz hədiyyələrinizi minnət və əziyyətlə batil etməyin. O şəxs kimi ki, özünü xalqa göstərmək üçün malını infaq edir, Allah və qiyamət gününə inanmır. Bu şəxs saf daş parçası kimidir. Onun üzərində torpaq olsa, şiddətli yağış yağdıqda bu daşı çılpaq qoyar. (Riyakarlar da) əldə etdiklərindən heç bir bəhrə görməzlər. Allah kafir qövmü hidayət etməz.”
Dostları ilə paylaş: |