Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə89/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   85   86   87   88   89   90   91   92   ...   97

Nöqtələr


◘İnfaq zamanı şeytan insanın sorağına gəlir və təlqin edir ki, bu gün infaq etsən, sabah özün fəqir olacaqsan. İnsana təlqin olunur ki, bu gün infaq etməyib toplasın, qocalıq və xəstəlik zamanı özünə xərcləsin - bütün bunlar şeytani təlqinlər və vədlərdir.

◘Qiyamət günü ilahi mərhəmətə olan ehtiyacımız bu mərhəmətə dünyadakı ehtiyacımızdan qat-qat artıqdır. Nəbadə dünya həyatındakı rifah fikri ilə Allahın mərhəmətini əldən verək. Çünki:

Əvvəla, insan qocalıb ehtiyaclı olmaya da bilər, amma qiyamətdəki ehtiyac qətidir.

İkincisi, bu gün sabah üçün topladığınız mal əldən çıxa da bilər. Amma bu günkü infaq qiyamət günü üçün qorunasıdır.

Üçüncü, bu gün topladığımız maldan qocalıq vaxtı faydalanmaya da bilərik. Amma bu günkü infaqdan qiyamət günü hökmən səmərə götürəsiyik.

Dördüncüsü, insanın topladığı maldan qocalıq zamanı istifadəsi müvəqqətidir. Amma qiyamətdə infaqdan bəhrələnmə insan üçün əbədidir.1


Bildirişlər


1. Şeytan insanı sevdiyi şeyləri infaq etməkdən çəkindirir.

2. Sizin xəsisliyiniz fəqirləri günaha və çirkin işlərə sövq edir.

3. İnsan Allah və ya şeytan yolunu seçməkdə azaddır.

4. İnsanı infaqdan çəkindirən və gələcəkdəki ehtiyaclarla qorxudan, eləcə də günaha həvəsləndirən ətrafdakılar şeytandırlar.

5. Fəqirlik və günah arasında əlaqə var. Bir çox günahların səbəbi fəqirlik qorxusudur.

6. İnfaq edilməməsi və ya xoşagəlməz şeylərin infaq edilməsi çirkinlik və günah nümunələrindəndir.

7. İnfaq malı artırar və günahların bağışlanmasına səbəb olar.

8. İnfaqın maneələri və şeytani düşüncələrlə mübarizə aparın. Fəqirlik qorxusu zamanı Allahın fəzl və lütfünü yada salın.

9. Sizi dar baxışlılıq, qorxu və mənfi təsirlərə məruz qoyan düşüncələr və xəyallar şeytanidir. Sizi hərəkətə gətirən, yaxşı işlərə həvəsləndirən düşüncələr isə ilahidir.
269. ﴿يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الأَلْبَابِ

(Allah hikmət və bəsirəti istədiyi kəsə verər. Kimə hikmət verilmişdirsə, həqiqətən, ona çoxlu xeyir verilmişdir. Düşüncə sahiblərindən savay kimsə (bu nöqtəni) dərk etməz.”


Nöqtələr


◘“Əlbab” sözü beyin mənasını verən “lubb” sözünün cəm formasıdır. Heç də bütün insanlar “ulul-əlbab” - düşüncə sahibi sayılmır. Yalnız ağlını işə salanlar, həqiqi səadət yolunu tapanlar düşüncə sahibi adlanır.

◘Hikmət dedikdə mərifət, sirlərin tanınması, həqiqətlərdən xəbərdarlıq, həqiqətə çatmaq nəzərdə tutulmuşdur. Allah bəzi insanlara onların paklığı, təqvası və təlaşına görə hikmət əta edər. Onlar bu hikmət vasitəsi ilə şeytani vəsvəsələri ilahi ilhamlardan seçər, quyunu yoldan, şüarı şüurdan fərqləndirərlər. Bu, böyük bir xeyirdir.

◘Rəvayətdə oxuyuruq: Hikmət mərifət və dində “təfəqqöh”, dərrakədir. Hikmət Allaha itaət, imamları tanımaq və kəbirə günahlardan çəkinməkdir.1

Bildirişlər


1. Var-dövlət xeyir olsa da, daha böyük və çox xeyir bəsirət və fərqləndirmə gücüdür. Bu xeyirdən infaq edənlər böyük xeyirə çatar.

2. Şeytan fəqirlik, Allah isə bağışlanma və fəzl vəd edir. Amma bu iki yoldan hər birini tanımaq və seçmək üçün hikmət lazımdır.

3. Dünya bütün var-dövləti ilə cüzidir.1 Hikmət isə böyük xeyirdir. Əgər hikmətə və bəsirətə çatmaq üçün bütün maddi imkanlar fəda olunsa, buna dəyər.

4. Hikmət ən böyük hədiyyə və bütün xeyirlərin anasıdır. Hikmətə çatan bir çox şeylərə çatacaq.

5. Dünyapərəstlər var-dövlətə, maddi hesablara arxalanırlar. Onlar xeyir-zərəri maddi baxımdan ölçürlər. Amma aqil uzaq görənlər və düşüncəli yol tanıyanların hesabı başqa baxımdandır.
270. ﴿وَمَا أَنفَقْتُم مِّن نَّفَقَةٍ أَوْ نَذَرْتُم مِّن نَّذْرٍ فَإِنَّ اللّهَ يَعْلَمُهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ

İnfaq etdiyiniz hər bir malı və ya nəzir etdiyiniz hər bir şeyi Allah hökmən bilir. Zalımlar üçün heç bir yardımçı yoxdur.”


Bildirişlər


1. Bir halda ki, Allah bizim infaqımızdan xəbərdardır, onda ən yaxşı mallarımızı ən uca məqsədlər yolunda xərcləyək.

2. İnfaq varlılara və çox mala aid deyil. Az malı da infaq etmək olar. Bəzən saralmış bir yarpaq neçə-neçə qarışqa üçün su üstündə gəmi olur.

3. İnfaq, əl tutma, nəzir üçün ən üstün təşviq Allahın xəbərdar olduğuna inanmaqdır.

4. Təşviq və xəbərdarlıq hər ikisi inkişaf amilidir.

5. Nəzirə vəfa etmək vacib, onun tərki isə zülmdür.

6. Özünə zülm etməyin tövbə yolu və kəffarəsi var. İnfaqı tərk etmək səbəbindən məhrumlara edilən zülmdə isə kimsəyə yardımçı yoxdur.

7. Xəsis adamlar şəfaətə çatmaz. 2

8. Əgər xəsisliyin səbəbi mal və xalq olarsa, bilin ki, Allahın qəzəbi gəldikdə nə malın, nə də xalqın faydası olmur.

9. Cərimə günaha uyğun olmalıdır. Dünyada infaqla kimsəyə əl tutmayana axirətdə kimsə əl tutası deyil.
271. ﴿إِن تُبْدُواْ الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ وَإِن تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاء فَهُوَ خَيْرٌ لُّكُمْ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّئَاتِكُمْ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

Əgər sədəqəni aşkar versəniz, bu yaxşı işdir. Amma əgər onu məxfi şəkildə ehtiyaclılara çatdırsanız, bu sizin üçün daha yaxşıdır və günahlarınızın bir hissəsi bağışlanar. Allah etdiyiniz işlərdən agahdır.”


Nöqtələr


◘İmam Baqir (ə) bu ayə ilə bağlı buyurmuşdur: “Vacib zəkatı aşkar, amma müstəhəb zəkatı isə məxfi şəkildə verin.”1 Vacib zəkatın aşkar verilməsi səbəbi onun ümumi vəzifə olması və riyadan uzaqlığı ola bilər. Ayə maddi yardımlar haqqında olsa da, İslam terminologiyasında bütün xeyir işlərə “sədəqə” deyilmişdir. Müsəlmanların yolu üstündən daşı götürmək də sədəqədir. Bu səbəbdən də məhrumlara elm, hörmət və vasitəçilik yolu ilə göstərilən yardımlar da sədəqə adlandırılmışdır.

Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin