Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə90/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   86   87   88   89   90   91   92   93   ...   97

Bildirişlər


1. Aşkar edilən infaq başqalarını bu işə həvəsləndirir, xəsisliklə bağlı böhtanları aradan qaldırır, bir növ infaqı əməli şəkildə təbliğ edir.

2. Fəqirə yardım göstərmək üçün onun müsəlman olması şərt deyil.

3. Sədəqə və zəkata xeyli pul xərclənsə də, ayədə fəqirlərin adının çəkilməsi onların bu işdə öndə gəlməsi nişanəsidir.

4. Fəqirlər sizin sorağınıza yox, siz fəqirlərin sorağına getməlisiniz.

5. Gizli edilən infaq riya və özünü göstərmədən uzaqdır, ixlasa daha yaxındır. Gizli infaq onu alanın abrını qoruyur.

6. İnsanda faydalanma və xeyirxahlıq meyli var. Əməldə isə bəzən şər ardınca gedilməsi ilə rastlaşırıq. Ona görə də ilahi peyğəmbərlər xeyirin nümunələrini bəşəriyyətə açıqlamışlar.

7. Fəqirlərə yardım kiçik günahların bir hissəsinin bağışlanması səbəbidir. ”Səyyiat” sözü kəbirə günahlar müqabilində işlədilmişdir və kiçik günahları bildirir.2

8. Mühüm olan Allahın elmidir. Xalqın məlumat və biliyi mühüm deyil.


272. ﴿لَّيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَـكِنَّ اللّهَ يَهْدِي مَن يَشَاء وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَلأنفُسِكُمْ وَمَا تُنفِقُونَ إِلاَّ ابْتِغَاء وَجْهِ اللّهِ وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لاَ تُظْلَمُونَ

İnsanların hidayəti sənin öhdənə deyil. Allah istədiyini hidayət edir. Yaxşılıqlardan infaq etdiyiniz öz xeyirinizədir. Allahın razılığından başqa şey üçün infaq etməyin. Yaxşı infaqlarınızın əvəzi tam şəkildə sizə veriləcəkdir. Sizə zülm edilməyəcək.”


Nöqtələr


◘“Məcməul-bəyan” təfsirində və Fəxr Razinin təfsirində bu ayələrin nüzul şəni haqqında qeyd olunur ki, müsəlmanlar müşrik və qeyri-müsəlman fəqirə infaq barədə şəkkə düşdükləri vaxt bu ayə nazil oldu.

Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) həyat yolunda qeyri-müsəlmanlara infaq nümunələri ilə rastlaşırıq. Hətta bu ilahi şəxsləri təhqir edənlər və ya onların haqqını qəsb edənlər də onlar tərəfindən xeyirxahlıq görmüşlər.


Bildirişlər


1. Kafirlərin iman gətirməsi üçün iqtisadi təzyiqlərdən və infaqın tərk olunmasından istifadə etməyin.

2. Hidayət yalnız hazırlıqlı qəlblərə şamil olan ilahi tövfiqdir.

3. Məhrumların halına yanmaq insanlıq vəzifəsidir. Bu səbəbdən də qeyri-müsəlmanlar infaqdan məhrum edilməməlidir.

4. İslam insansevər bir məktəbdir. Bu din hətta qeyri-müsəlmanlara münasibətdə də fəqirliyi və məhrumluğu bəyənmir.

5. Etdiyiniz infaqın faydası özünüzə qayıdar. Bu iş sizdəki səxavət ruhunu dirçəldər. İnfaq vasitəsi ilə təbəqələrarası ixtilaf və ictimai partlayışların qarşısını alın. Bu yolla cəmiyyətdə məhəbbət yaranar. İnfaq sizin malınızı azaltmır, əksinə sizin paklığınıza səbəb olur.

6. Yalnız Allahın razılığı üçün infaq edin. Çünki bu dünyaya aid olan bütün faydalar bir gün aradan gedəcək, Allah razılığı üçün görülən işlər isə daim bəhrəli qalacaqdır.

7. Var-dövlətdə xeyir var.

8. İnfaq edərkən əliniz və qəlbiniz açıq olsun. Çünki infaq etdiklərinizi son zərrəsinədək geri alacaqsınız.

9. Qiyamətdə o insanlar faydalanır ki, məqsədləri yalnız Allahın razılığı olmuşdur.
273. ﴿لِلْفُقَرَاء الَّذِينَ أُحصِرُواْ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَطِيعُونَ ضَرْبًا فِي الأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاء مِنَ التَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَاهُمْ لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ

(İnfaq, sədəqə) Allah yolunda məhrumiyyətə düşmüş ehtiyaclılar üçündür. Onların yer üzündə hərəkət və səfər gücü yoxdur. İffətli və abırlı olduqlarından məlumatsız şəxs onları varlı sayır. Sən isə onları simalarından tanıyarsan - onlar heç vaxt xalqdan israrla bir şey istəmirlər. Bütün xeyir şeylərdən bu fərdlərə infaq edin. Şübhəsiz, Allah ondan agahdır.”


Nöqtələr


◘Bir çox təfsirlərdə, eləcə də, Fəxr Razinin təfsirində, “Məcməul-bəyan”da, Qurtubinin təfsirində nəql olunur ki, bu ayə Siffə əshabı haqqında nazil olmuşdur. Siffə əshabı təqribən dörd yüz nəfər idi və Məkkədən Mədinəyə hicrət etmişdi. Onların Mədinədə evi, daldalanacağı olmadığından peyğəmbər məscidinin kənarında “siffə” (böyük səki) üstündə yaşayırdılar. Onlar daim cihada hazırlıqlarını bildirirdilər.

Bildirişlər


1. Varlıların var-dövlətində fəqirlərin haqqı var.

2. Mücahidlərə, tağutla mübarizədə siyasi fəaliyyətlərinə xatir həbsə düşənlərə, sığınacaqsız mühacirlərə, Allah yolunda məhrumiyyətə düçar olan bütün insanlara və öz maddi ehtiyacını təmin etmək üçün çalışmaq fürsətindən məhrum edilənlərə diqqət yetirilməlidir.

3. Mühacirət və müsafirət etməklə başqa bir məntəqədə yaşayıb maddi ehtiyacını təmin edə bilənlər infaq intizarında olmamalıdır.

4. İffətli, pak, abırlı fəqirlər Allah tərəfindən xoş sözlərlə yad edilir.

5. Tanınmayan və möhtərəm fəqirlər öndə gəlir.

6. Sizin üçün zərurət yaransa da, yenə kimdənsə israrla tələb etməyin. Təkid bəyənilməmiş sifətdir.

7. İnsafdan deyil ki, bir dəstə insan bütün varlığını fəda edib mühasirədə qalsın, digər bir qrup onlara da infaq etmək istəməsin.1
274. ﴿الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

Öz mallarını gecə və gündüz, gizlində və aşkarda infaq edənlərin mükafatı Allahın yanındadır. Onlar üçün nə bir qorxu var, nə də qəmgin olarlar.”


Nöqtələr


◘“Təfsiri-Safi”, “Təfsiri-Məcməul-bəyan”, “Təfsiri-Qurtubi”, “Təfsiri-Fəxr-Razi”də nəql olunur ki, bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Həzrət əlində olan dörd dirhəmin birini gündüz, birini gecə, üçüncüsünü məxfi, dördüncüsünü aşkar surətdə Allah yolunda infaq etmişdir.

Əlbəttə ki, ayədəki vəd belə hərəkət edən bütün insanlara şamildir. Belələri fəqirlik və yoxsulluqdan qorxmurlar. Çünki onlar Allahın vədinə iman gətirmiş, Ona təvəkkül etmişlər. Onlar Allahın razılığına və infaqın axirət təsirlərinə diqqətli olduqlarından infaq edərkən qəmlənməzlər.

◘Ayədə gecə infaqın gündüz infaqdan, gizli infaqın aşkar infaqdan öndə gəlməsinin səbəbi bu ola bilər ki, gecə yarı gizli edilən infaqın dəyəri daha böyükdür.2

◘Bu ayə əvvəlki on dörd ayənin yekunu kimi infaqdan danışır. Bu mövzuya Quranın heç bir yerində bu qədər əhatəli yanaşılmamışdır. İnfaqın müsbət təsirləri kimsəyə gizli deyil. Sərvətlərin tarazlaşması, təbəqə ixtilaflarının azalması, cəmiyyətdə məhəbbət yaranması, səxavət ruhunun çiçəklənməsi, ən üstünü isə Allahla yaxınlıq infaqın misilsiz səmərələrindəndir.

◘İnfaq təkcə var-dövlətə yox, həm də elm və hörmətə aiddir. İnfaq sözünün lüğətdə mənası “çökəyin doldurulması”, terminoloji mənası isə “iqtisadi boşluqların aradan qaldırılması”dır.

◘Bu nöqtəni xatırlamaq lazımdır ki, İslamın infaq məsələsinə diqqətində məqsədi dilənçiliyi genişləndirmək deyil. Bir çox rəvayətlərdə ehtiyacı olmadan əl açıb kömək istəmək məzəmmət olunmuşdur. Digər bir tərəfdən, infaqın ən üstün növü pul vermək əvəzinə insanı işlə təmin etməkdir.



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin