Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə92/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   89   90   91   92   93   94   95   96   97

Bildirişlər


1. Sələmçilər ruhi tarazlıqdan məhrumdurlar. Onlar cəmiyyətdə də bu tarazlığı pozurlar.

2. Onların halal alış-verişi haram sələmə oxşatması düşüncələrdəki qeyri-tarazlığın nişanəsidir.

3. Şeytan insanın batininə hakim kəsilə bilir.

4. Günaha don geydirmək ona yol açır.

5. Vəzifə bəyan edilməyincə məsuliyyət yoxdur.

6. İlahi hökmlər xalqın öyüd-nəsihəti və tərbiyəsi üçündür.

7. Bugünkü qanun keçmişdəki insanlara tətbiq olunmur.

8. Bilməyərəkdən səhvə yol verənlərin günahı bağışlanır. Agah şəkildə, məqsədli günah edənlər isə heç vaxt!


276. ﴿يَمْحَقُ اللّهُ الْرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ وَاللّهُ لاَ يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ

Allah sələmi puç edir, amma sədəqəni artırır. Allah heç bir naşükürü və günahkar kafiri xoşlamır.”


Nöqtələr


◘“Məhq” sözü tədrici nöqsan mənasını bildirir. “Məhaq” isə ayın son gecələrində nurunu itirdiyindən görünməyən aya deyilir. “Riba” isə tədrici inkişaf mənasındadır.

Bu ayədə xatırladılır ki, sələmçi sərvət toplamaq məqsədi ilə başqalarından sələm alsa da, Allah həmin malın bərəkətini və yaxşılıqlarını aradan götürür. Sələm mal məhv olmasa da, sərvətin artması ilə həyata keçməsi nəzərdə tutulan məqsədlər puça çıxır. Sələm dünyasında səadət, məhəbbət və əmin-amanlıq yoxdur. Bir çox varlılar öz sərvətindən rahatlıq, aramlıq və məhbubiyyət əldə edə bilmir. Amma infaq, sədəqə, qərzül-həsənə işlək olan cəmiyyətdə bir çox bərəkətlər olur. Bu cəmiyyətdə fəqirlər məyus olmur, varlılar öz var-dövləti ilə öyünmür. Məhrumlar intiqam və oğurluq fikrinə düşmür, varlılar öz malını qorumaqda çətinlik çəkmir. Cəmiyyətdə ülfət, mərhəmət, anlaşma, əmin-amanlıqla müşayiət olunan tarazlıq hökm sürür. Fəxr Razinin “Təfsiri-Kəbiri”ndə nəql olunmuşdur: Sələmçi özündə insani hissləri və ədaləti öldürdüyü vaxt fəqirlərin nifrininə tuş gəlir. Kin, intiqam, oğurluq daim onu hədələyir. Ayədə həmin fəlakətlərdən bir nümunə bəyan olunmuşdur.


Bildirişlər


1. Sərvətin zahiri şirinliyi sizi heyran qoymasın. Riba əsasında qurulmuş iqtisadi nizam məhvə gedir.

2. Sələmlə əldə olunan malın puça çıxması Allahın qanunlarındandır.

3. Sədəqə və zəkatın genişlənməsi iqtisadiyyatın inkişaf və möhkəmlənməsi səbəbidir.

4. Sələmçi ilahi mərhəmət və məhəbbətdən məhrumdur.

5. Sələmçi çox nankor və günahkardır. O, sələm almaqla özünü xalqa zamin edir, həyatını harama bulaşdırır, ibadətini batil edir, hərislik və tamah ürəyidaşlığı ona hakim kəsir.
277. ﴿إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

Həqiqətən, iman gətirib yaxşı iş görənlər, namaz qılıb zəkat ödəyənlərin mükafatı Allahın yanındadır. Onlar üçün nə qorxu var, nə də qəmgin olarlar.”


Nöqtələr


◘Bu ayədə sələmçilərlə yanaşı, möminlərin də simasını təsvir edir. Möminlər saleh işlər görür, namaz qılır, zəkat ödəyirlər. Ayədə işarə olunur ki, cəmiyyətdən sələm köklərini qırmaq üçün imana, saleh əmələ diqqət, namaz və zəkatın bərpası bir zəminədir.

İnsanlar dörd dəstədir:

1. İman gətirib saleh iş görməyən fasiqlər;

2. İman gətirməmiş və saleh işdən uzaq olan kafirlər;

3. İman gətirdiyi halda saleh iş görməyən fasiqlər;

4. İman gətirmədikləri halda imanlı olduqlarını bildirən və zahirdə yaxşı işlər görən münafiqlər.

◘Sələmçilər Allahdan və xalqdan kənar düşdükləri halda, onlarla qarşı-qarşıya, iman gətirib saleh iş görən, namaz vasitəsi ilə Allahla əlaqə saxlayan, zəkat ödəməklə xalqa bağlanan möminlər dayanır.

Bildirişlər


1. İslam ibadi və fərdi məsələlərlə yanaşı iqtisadi və ictimai məsələlərə də diqqət yetirir. Namaz və zəkat yanaşı bəyan olunmuşdur.

2. Saleh əməldən sonra namaz və zəkatın zikr olunması göstərir ki, bəyənilmiş işlər arasında bu iki işin hesabı ayrıdır.

3. Bəd əməl sahiblərinin hədələnməsinin ardınca saleh əməl sahiblərinin təşviq olunması bir tərbiyə üsuludur.

4. Agah o insandır ki, öz hesab-kitabında bu gün əlində olanı saymaqla kifayətlənməyib, Allahın yanında toplanan ehtiyatına da diqqət yetirsin.

5. Allahın saleh əməl sahibi olan, namaz qılıb zəkat ödəyən möminlərə xüsusi diqqəti var. “Rəbbihim” sözü Allahın xüsusi lütfünə işarədir.

6. İlahi vədlər saleh əməl üçün bir stimuldur.

7. Həqiqi əmniyyət və aramlıq iman, saleh əməl, Allah və xalqla bağlılıq sayəsində əldə olunur.

8. Aramlıq amili iman, saleh əməl, namaz və zəkatdır.


278. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ الرِّبَا إِن كُنتُم مُّؤْمِنِينَ

Ey iman gətirənlər! İlahi təqva yolunu tutun. Sələmdən qalanı (borcları) boşlayın. Əgər iman gətirmisinizsə!”


Nöqtələr


◘Əvvəlki ayələrdə sələmin fəsadlarına işarə olundu. Sələm hər bir fərdi və cəmiyyəti tarazlıqdan çıxarıb, pərişan edir. Aydın oldu ki, əslində sələm artım yox, əskilmədir. Bu məqamda sələm aşkar şəkildə qadağan edilir.

◘“Məcməul-bəyan”, “Əl-Mizan”, “Məraği” təfsirlərində nəql olunmuşdur ki, sələmin qadağan ayəsi nazil olduqda Xalid ibn Vəlid, Abbas, Osman kimi səhabələr və sələmdən alacağı olan xalq Peyğəmbərdən (s) vəzifələrini soruşdular. Yuxarıda zikr olunan ayə nazil edildi. Ayə nazil olduqdan sonra Həzrət buyurdu: “Əmim Abbasın da sələm borcu tələb etmək haqqı yoxdur. Hamıdan qabaq mənim yaxınlarım sələmdən əl çəkməlidir.” Bir xütbədə isə Həzrət belə buyurur: “Cahiliyyət dövründə müəyyən olunmuş bütün sələmləri ayaq altına atıram. Abbas üçün olan sələmləri isə hamınınkından çox!”1


Bildirişlər


1. Sələmçilik cahiliyyət dövrünün adətlərindəndir. İlkin İslam dövründəki müsəlmanlar da bu işə qatılmışdılar.

2. Təqva imandan üstün bir mərhələdir.

3. Sələmçi əldə etdiyinin sahibi olmur. İslam sələmdən gələn faydanı rəsmi şəkildə tanımamışdır.

4. Haram maldan əl çəkmək iman və təqvanın şərtidir.

279. ﴿فَإِن لَّمْ تَفْعَلُواْ فَأْذَنُواْ بِحَرْبٍ مِّنَ اللّهِ وَرَسُولِهِ وَإِن تُبْتُمْ فَلَكُمْ رُؤُوسُ أَمْوَالِكُمْ لاَ تَظْلِمُونَ وَلاَ تُظْلَمُونَ

Əgər belə etməsəniz, (bilin ki,) Allah və Onun rəsuluna savaş elan etmisiniz. Əgər tövbə qılsanız, sərmayəniz özünüzündür. (Bu halda) nə zülm edirsiniz, nə də sizə zülm olunur.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin