Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə25/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

Bildirişlər


1. Mücahidlərin mükafatı öncədən hazırlanmışdır.

2. Behişt yaradılmışdır və indi də mövcuddur.

3. Təbii meyl və istəklərdən inkişaf və hidayət yolunda istifadə edək. (İnsan təbii şəkildə səfalı guşə istəyindədir)

4. İlahi rəhmət behiştində daimi yaşayış əsl səadətdir.


Ayə: 90

﴿وَجَاء الْمُعَذِّرُونَ مِنَ الأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِينَ كَذَبُواْ اللّهَ وَرَسُولَهُ سَيُصِيبُ الَّذِينَ كَفَرُواْ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ﴾

Üzrü olan bədəvilər (sənin yanına) gəldilər ki, onlara (döyüşdə iştirak etməmək üçün) icazə verilsin. Amma Allaha və Onun peyğəmbərinə yalan deyənlər (üzrü olmayanlar) savaşdan boyun qaçırdılar. Onlardan küfr edənlərə tezliklə ağrılı əzab yetişəcək.”


Nöqtələr


◘“Muəzzirunə” sözü həm həqiqətən üzrü olanlara, həm də bəhanə gətirib üzr istəyənlərə işarə ola bilər.

◘Bəzilərinin həqiqətən də üzrü vardır. Bəziləri isə üzrsüz yerə cihadda iştirak etmirdilər və bu dəstə üçün əzab var.

◘Şəhər mədəniyyətindən uzaq, səhrada yaşayan bədəvi ərəblər “ərab” adlanırlar.

Bildirişlər


1. Təbuk döyüşündə ümumi səfərbərlik elan olunmuşdu. Bu səfərbərliyə qatılmayan hər bir kəs üzrünü bildirib Peyğəmbərdən (s) icazə almalı idi.

2. Cihad fərdə yox, hökumətə aid bir işdir. Ona görə də cəbhəyə gedib-getməmək haqqında müsəlmanların rəhbəri icazə verməlidir.

3. Cihada etinasızlıq göstərib cəbhədən qaçanlar həqiqi iman sahibi deyillər.

4. Yalan təkcə dilə aid deyil. İddianın yalan olduğu bəzən əməldə üzə çıxır.

5. Vəzifədən boyun qaçırmaq üçün bəhanə axtaranlar tezliklə tənbeh olunar.
Ayə 91:

﴿لَّيْسَ عَلَى الضُّعَفَاء وَلاَ عَلَى الْمَرْضَى وَلاَ عَلَى الَّذِينَ لاَ يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُواْ لِلّهِ وَرَسُولِهِ مَا عَلَى الْمُحْسِنِينَ مِن سَبِيلٍ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ﴾

(Cihad yolunda) xərcləmək üçün bir şeyi olmayan zəiflərə, xəstələrə və əliboşlara irad yoxdur. Bir şərtlə ki, Allahın və Onun rəsulunun xeyirxahı olsunlar. Xeyir əməl sahibləri üçün bir qınaq yoxdur və Allah bağışlayan və mehribandır.”


Nöqtələr


◘Kor bir qoca Peyğəmbərin (s) yanına gəlib ərz etdi: “Əlimdən tutub məni cəbhəyə aparacaq bir kəsim yoxdur, zəif və qocayam. Mənim üzrüm qəbuldurmu?!” Həzrət Peyğəmbər (s) susdu. Nəhayət, bu ayə nazil oldu.

Əhsən İslam aşiqlərinə ki, qocalıq və korluqlarına baxmayaraq vicdanları rəhatlaşmır və cihadla bağlı Peyğəmbərə (s) sual verirlər!

◘Bəzi ailələrin ehtiyacını yalnız evin kişisi təmin edir və o, cəbhəyə getdikdə ailə aclıq çəkir. Ola bilsin ki, yoxsulluq deyərkən belə bir hal nəzərdə tutulmuşdur.1

◘İslamda güc çatmayan işlərə əmr olunmur. İslam üzrü qəbul edir və bu dində çıxılmaz vəziyyət yoxdur. İmam Sadiq (ə) buyurmuşdur: “İnsan gücü çatmayan bir işi görməyə vəzifəli deyil.” Sonra həzrət bu ayəni tilavət etmişdir.2


Bildirişlər


1. İlahi vəzifələr bəşərin gücünə uyğundur. (Fiziki cəhətdən gücsüz olan zəiflər və xəstələr cihaddan, yoxsullar isə cihada maddi yardımdan azaddır)

2. Xeyirxahlıq həmişə mümkündür. Zəiflər də bir yolla himayə göstərə bilər. Hətta gözü görməyən qoca dili və qəlbi ilə duaya, döyüşçülərə xeyirxahlığa vəzifəlidir.

3. Üzürlü səbəbdən cihada getməyən, amma getmək arzusunda olan şəxs xeyirxahlardan sayılır.

4. Yetərli üzrü olan və heç bir ziyan vurmayanlar məzəmmət olunmur və cərimə ödəmirlər. (İslam fiqhinə əsasən, yalnız öz işində məsuliyyətsizliyə yol vermiş işçi cərimə oluna bilər.)


Ayə 92:

﴿وَلاَ عَلَى الَّذِينَ إِذَا مَا أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لاَ أَجِدُ مَا أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّواْ وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ حَزَنًا أَلاَّ يَجِدُواْ مَا يُنفِقُونَ﴾

Miniyə süvar edib cəbhəyə göndərməyin üçün yanına gəldikdə “sizi süvar etmək üçün bir şey tapmıram” dediyin və bundan sonra dönüb gedənlər üçün də (irad yoxdur). Cihada xərcləmək üçün bir şeyləri olmadığından onların qəm-qüssədən gözləri yaşlı idi. (Bəli, cihad aşiqi olan belə yoxsullar üçün cəbhəyə getməmək günah deyil.)”


Nöqtələr


◘Ötən ayədə cəbhəyə yardım üçün imkanları olmayanlardan danışıldı. Bu ayədə isə cəbhədə iştirak üçün minik tapa bilməyən yoxsullardan söhbət gedir. Onlar imkansızlıqdan qəmlənir, göz yaşı axıdırdılar. Bu göz yaşlarına görə, döyüşçülərin mükafatına şərikdirlər. Necə ki, Həsən Bəsri deyir: Həzrət Peyğəmbər (s) Təbuk döyüşündəki döyüşçülərə buyurdu: “Mədinədə qalanlardan bir qrupu cəbhədə iştirak etmək istədiyi üçün bu yolda sizin xərclədiyiniz malın və aldığınız yaraların mükafatına şərikdirlər.”3

Bildirişlər


1. Döyüşçülərin döyüş ehtiyacının təmini hökumətin öhdəsinədir.

2. İnsanların dəyəri təkcə onların hərəkətindən, maddi imkanından yox, məqsəd və ruhiyyələrindən da asılıdır. (Ayədə pulu və imkanı olmayan, amma cəbhəyə həvəs göstərənlər mədh olunurlar)

3. Mömin insan cəbhədə iştirak edə bilmədiyi üçün narahat və ağlardır.

ON BİRİNCİ CÜZ


Ayə 93:

﴿إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَسْتَأْذِنُونَكَ وَهُمْ أَغْنِيَاء رَضُواْ بِأَن يَكُونُواْ مَعَ الْخَوَالِفِ وَطَبَعَ اللّهُ عَلَى قُلُوبِهِمْ فَهُمْ لاَ يَعْلَمُونَ﴾

Yalnız imkanlı olduğu halda səndən izin istəyənləri, müxaliflərlə qalmağa razı olanları qınamağa yol var. Allah onların qəlblərinə möhür vurmuşdur, o səbəbdən bilmirlər.”


Nöqtələr


Möminlə münafiq insan arasında yerlə göy arası qədər fərq var. Ötən ayədə bildirildi ki, mömin cəbhəyə gedə bilmədiyi üçün ağlayır. Bu ayədə isə imkanlı münafiqlərin cəbhəyə getməkdən israrla imtina etməsi və Peyğəmbərdən (s) icazə istəməsi bəyan olunur.

Bildirişlər


1. Həm yoxsul, həm də varlı insan cəbhəyə getməyə borcludur. Sərvət cəbhədən tərxis olmaq üçün imtiyaz, üzr sayılmır.

2. Məsuliyyətdən boyun qaçırmaq pis aqibətlə və agahlığı əldən verməklə nəticələnir.


Ayə 94:

﴿يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ قُل لاَّ تَعْتَذِرُواْ لَن نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا اللّهُ مِنْ أَخْبَارِكُمْ وَسَيَرَى اللّهُ عَمَلَكُمْ وَرَسُولُهُ ثُمَّ تُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ﴾

Cihaddan qayıtdığınız vaxt (Təbuk döyüşündə müxalif olan münafiqlər) sizdən üzr istəyirlər. De ki, üzr istəməyin, biz heç vaxt sizin sözlərinizə inanmarıq, Allah bizi sizin halınızdan agah etmişdir, Allah və Onun rəsulu sizin əməllərinizi bilirlər; sonra gizlini və aşkarı bilən Allahın yanına qaytarılarsınız və O sizi etdiklərinizdən xəbərdar edər.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin