Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə45/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   41   42   43   44   45   46   47   48   ...   81

Nöqtələr


◘Hədisdə bildirilir ki, ayədəki əzab nümunəsi axır zamanda qiblə əhlinə nəsib olacaq əzabdır.1

Bildirişlər


1. İlahi qəhr-qəzəb qəfildir. Onun gəlişində gecə-gündüz şərti yoxdur.

2. Düşüncəli insan əzab ehtimalı ilə tələsməməli, ehtiyatlı olmalıdır.

3. Günahkarları qəfil yaxalayan ilahi qəhr nazil olduqda qurtuluş yolu qalmır.

4. Təhlükə zamanı iman gətirməyin faydası yoxdur.

5. Müşriklər daim ilahi əzabın tezləşməsini istəyirdilər.
Ayə 52:

﴿ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ الْخُلْدِ هَلْ تُجْزَوْنَ إِلاَّ بِمَا كُنتُمْ تَكْسِبُونَ﴾

Sonra zalımlara deyilər: “Həmişəlik əzabı dadın!” Yoxsa əldə etdiklərinizdən başqa bir şeyə görəmi cəzalandırılırsınız?”



Nöqtələr


◘Ötən ayədə əzab dedikdə dünyadakı ilahi cəza nəzərdə tutulurdu. Bu ayədə isə qiyamət əzabından danışılır.

Bildirişlər


1. Peyğəmbərlərin müxalifləri zalımdırlar.

2. Bir qrup günahkar üçün ilahi əzab əbədidir.

3. Axirət cəzası həm ruha, həm də cismə aiddir.

4. Cəzalar ilahi ədalət prinsipi əsasındadır.

5. İnsan yaxşı və ya pis yol seçimində məcbur yox, azaddır.
Ayə 53:

﴿وَيَسْتَنبِئُونَكَ أَحَقٌّ هُوَ قُلْ إِي وَرَبِّي إِنَّهُ لَحَقٌّ وَمَا أَنتُمْ بِمُعْجِزِينَ﴾

Səndən xəbər alırlar ki, (cəza vədi) haqdırmı? De ki, bəli, and olsun Rəbbimə, o qətidir və siz (Allahı) bu işdə aciz qoya bilməzsiniz.”


Nöqtələr


◘Bu ayə “Tur” surəsinin 8-ci ayəsinə oxşayır: “Şübhəsiz, ilahi əzab gerçəkləşəcək və onun qarşısını heç nə ala bilməyəcək.”

Bildirişlər


1. İlahi vədlər qətidir.

2. Rəhbər xalqın şəkk-şübhəsini aradan qaldırmalıdır.

3. Tərəddüdlər qarşısında qəti sözə ehtiyac var.

4. Xalqı tərəddüddən qurtarmaq üçün bəzən anda ehtiyac olur.

5. Varlıq aləmində Allahın iradəsinə qarşı çıxan qüdrət yoxdur.
Ayə 54:

﴿وَلَوْ أَنَّ لِكُلِّ نَفْسٍ ظَلَمَتْ مَا فِي الأَرْضِ لاَفْتَدَتْ بِهِ وَأَسَرُّواْ النَّدَامَةَ لَمَّا رَأَوُاْ الْعَذَابَ وَقُضِيَ بَيْنَهُم بِالْقِسْطِ وَهُمْ لاَ يُظْلَمُونَ﴾

Bütün yer üzündəkilər zülm etmiş kəsin olsaydı, şübhəsiz, (Allahın qəzəbindən qurtulmaq üçün) onların hamısını verərdi. Onlar əzabı gördükdə peşmanlıqlarını gizlədərlər (tənə edilməsinlər deyə). Onlarla ədalətli mühakimə aparılar və onlara zülm edilməz.”


Nöqtələr


◘Əzabdan qurtulmaq üçün fidyə verilməsi məsələsinə digər ayələrdə də toxunulmuşdur. Məsələn: “Yer üzündə olandan iki qat artıq versələr də Allahın əzabından qurtulmazlar.1; “Günahkar qurtulmaq üçün həmin gün övladlarını, zövcəsini, qardaşını, qohumlarını və yer üzündə olanları fidyə vermək istəyər. Amma qəbul olunmaz.”2

Bildirişlər


1. Qiyamətdə günahkar üçün qurtuluş yoxdur. Bir kəs və ya bir mal digərinə fəda edilmir.

2. İnsanın özünü sevməsi onun ən güclü daxili meylidir. Buna görə də o öz qurtuluşu üçün bütün varlığı qurban verməyə hazırdır.

3. Günahkarlar tənəyə hədəf olmamaq üçün öz peşmançılıqlarını gizlədirlər.3

4. Qiyamətdə bəziləri öz peşmançılıqlarını “Ey kaş...” deməklə bildirirlər. Kimi bu peşmançılıqdan əlini dişləyir, kimi də susmaqla onu gizləyir.

5. Şirk başçıları qiyamətdə öz peşmançılıqlarını gizlədirlər ki, tabeçiliklərində olanların qarşısında xəcalət çəkməsinlər.4

6. İlahi ədalət mühakiməsində gücün, var-dövlətin heç bir səmərəsi yoxdur.

7. Dünyada hakim səhv üzündən kiməsə zülm edə bilər. Qiyamətdə isə heç bir xəta yoxdur və kimsəyə zülm olunmaz.

8. Zalımla rəftarda belə zülmə yol verməyək.


Ayə 55:

﴿أَلا إِنَّ لِلّهِ مَا فِي السَّمَاوَاتِ وَالأَرْضِ أَلاَ إِنَّ وَعْدَ اللّهِ حَقٌّ وَلَـكِنَّ أَكْثَرَهُمْ لاَ يَعْلَمُونَ﴾

Agah olun! Göylərdə və yerdə olan, şübhəsiz, Allahındır. Agah olun ki, Allahın vədi qəti və doğrudur. Amma onların çoxu bilmirlər.”


Ayə 56:

﴿هُوَ يُحْيِي وَيُمِيتُ وَإِلَيْهِ تُرْجَعُونَ﴾

Odur ki, dirildir, öldürür və Ona doğru qaytarılmış olarsınız.”


Bildirişlər


1. Bilmək bəs deyil. Bilikləri və inamları xatırlamaq və onlara diqqət mühümdür.

2. Bütün varlıq aləminə Allah sahib olduğundan kafirlərin fidyə verib qurtulmaq üçün heç nəyləri yoxdur.

3. Allahın varlıq aləminə sahibliyi Onun Öz vədlərini yerinə yetirməyə qadir olmasının nişanəsidir.

4. Varlığa sahib olan kəs həm dirildə, həm də öldürə bilər.

5. Həyat, ölüm və işin nəticəsi Allahın əlindədir və Ona doğru qayıdır.
Ayə 57:

﴿يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ وَشِفَاء لِّمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ﴾

Ey xalq! Həqiqətən, Rəbbiniz tərəfindən sinələrinizdəki üçün şəfa qaynağı, möminlər üçün hidayət və rəhmət olan öyüd-nəsihət gəldi.”


Nöqtələr


◘”Moizə” xəbərdarlıq və qorxutma vasitəsi ilə saflaşdırma mənasını bildirir.1

◘“Şifaun lima fis-sudur” təbirində moizə vasitəsi ilə qəlbin ruhi bəlalardan paklanması nəzərdə tutulur. Ruhi xəstəliklər bədən xəstəliklərindən daha ağırdır. Quran ruhi xəstəliklərə şəfa vermək qüdrətindədir.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Dəhşətli fitnələrin hücumu zamanı Qurana sığının. O həm moizə, həm şəfa, həm nur, həm də rəhmətdir.2

◘İmam Sadiq (ə) buyurmuşdur: “Quran bütün ruhi xəstəliklərin və şübhələrin şəfasıdır.”3

◘Ayədə tərbiyə və təkamülün dörd mərhələsinə işarə olunmuşdur: Zahiri işlərə münasibətdə moizə mərhələsi; ruhun çirkinliklərdən paklanma mərhələsi; məqsədə doğru istiqamətlənmə mərhələsi; ilahi rəhmətin əldə olunma mərhələsi.

Bildirişlər


1. Moizə, şəfa, hidayət və rəhmətlə bağlı kitabın nazil olması ilahi rübubiyyət şənindəndir.

2. Quran hər bir dərdin şəfasıdır. Dərdlərimizə şərq və qərb məktəblərində yox, Quran məktəblərində şəfa axtarmalıyıq.

3. Quran bütün xalq üçün moizədir. Amma yalnız haqqı qəbul edənlər hidayət və rəhmətə nail olurlar.
Ayə 58:

﴿قُلْ بِفَضْلِ اللّهِ وَبِرَحْمَتِهِ فَبِذَلِكَ فَلْيَفْرَحُواْ هُوَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ﴾

De ki, (möminlər) yalnız Allahın fəzl və rəhmətinə şad olsunlar. (Var-dövlət və məqam onları sevindirməsin.) O, (fəzl və rəhmət) topladıqları hər şeydən üstündür.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin