Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə47/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   43   44   45   46   47   48   49   50   ...   81

Nöqtələr


◘Bu ayələr övliyaların xüsusiyyətlərini sadalayır. Onların şüarı Allah qorxusudur.1 Bu qorxunun nəticəsi təqvadır. Təqvanın səmərəsi isə hesab qorxusundan qurtuluşdur.2

Övliyaların uyğun qorxudan uzaqlığı həm dünya, həm də axirətə aiddir.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah övliyalarının sükutu zikr, baxışı ibrət, sözü hikmət, cəmiyyətdəki hərəkəti bərəkət qaynağıdır.”3

◘Həzrət Əli (ə) buyurmuşdur: “Allah Öz vəlisini xalq arasında gizləmişdir, belə isə heç vaxt bir müsəlmanı təhqir etməyin, o, Allahın övliyalarından ola bilər.”4


Bildirişlər


1. Kim Allahın vəlisidirsə (“vəliyy”-hami), Allah da onun vəlisidir.5

2. Qəlbində Allah qorxusu olan üçün başqa qorxu yoxdur.

3. Allah övliyalarının işıqlı, qorxusuz və kədərsiz gələcəkləri var.

4. İman və təqva Allah övliyalarının köklü xüsusiyyətidir.

5. Daimi iman və təqva həm nigarançılığı aradan qaldırır, həm də insanı Allahın övliyası qərar verir.

Ayə 64:

﴿لَهُمُ الْبُشْرَى فِي الْحَياةِ الدُّنْيَا وَفِي الآخِرَةِ لاَ تَبْدِيلَ لِكَلِمَاتِ اللّهِ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ﴾

Onlar (Allahın övliyaları) üçün dünya və axirət həyatında müjdə var. Allahın sözləri (vədləri) dəyişməzdir. O, həmin böyük qurtuluşdur.”


Nöqtələr


◘İman və təqva əhlinə dünya həyatında sadiq yuxular, ilahi ilhamlar, qəlb aramlığı, fitnələrin puça çıxması, duaların qəbulu, ölüm zamanı məsumlarla görüş vasitəsi ilə müjdə verilir. Axirətdə isə bu müjdə ilahi nemətlərdir.

Həzrət Peyğəmbər (s) bu ayə ilə bağlı buyurmuşdur: “Dünyəvi müjdə xoş yuxular, axirət müjdəsi ölüm zamanı verilən müjdədir. İnsana müjdə verilir ki, sən və səni qəbrə aparanlar bağışlanar.1 “Bir rəvayətdə İmam Baqir (ə) Əbu-Həmzə Somaliyə buyurur: “Ölüm zamanı həzrət Məhəmməd (s) və Əli (ə) mömin şəxsin yanında hazır olub buyurarlar: “Bizə tərəf gəl, gələcəyin keçmişindən yaxşıdır, sənin ruhun Allahın ruhuna qovuşasıdır.”2

◘Quran ayələrinə əsasən, Allahın övliyaları bu dünyada da Allahın müjdələrindən faydalanırlar. Onlardan bəzilərini nəzərdən keçirək: aramlıq3; təvəkkül4; qeybi yardım5; daimi qaliblik6; bəsirət və nur7; çıxılmaz vəziyyətin olmaması8; işlərin əbəs sayılmaması9; məzəmmətlərdən qorxmamaq10; xalqdan qorxmamaq11; zalım hakimdən qorxmamaq12; heyrətə düçar olmamaq13; sevimlilik14; fani işlərin ilahi rənglə əbədiləşdirilməsi.15

Bildirişlər


1. Yalnız Allah övliyalarının həm dünyası, həm də axirəti var.

2. Allahın vədləri qəti və dəyişməzdir.

3. Böyük qurtuluş yalnız daimi iman və təqvaya malik olanlar üçündür.
Ayə 65:

﴿وَلاَ يَحْزُنكَ قَوْلُهُمْ إِنَّ الْعِزَّةَ لِلّهِ جَمِيعًا هُوَ السَّمِيعُ الْعَلِيمُ﴾

Müxaliflərin dedikləri səni qəmləndirməsin. Çünki izzət bütünlüklə Allahındır. O, eşidən və biləndir.”


Nöqtələr


◘Kafirlər Peyğəmbəri (s) şair, kahin, sehrbaz, divanə adlandırırdılar. Bundan əlavə bəzən deyirdilər: “Onun bizdən üstünlüyü yoxdur. O da bizim kimidir.1 Bəzən də onun dediyi sözlərin başqaları tərəfindən təlqin olunduğunu bildirirdilər.2 Bəzən də deyirdilər ki, biz də istəsək Quran kimi kitab gətirərik.3 Bəzən Peyğəmbərin (s) sözləri keçmişlərin dastanı sayılırdı.4 Peyğəmbərin (s) ardıcılları haqqında deyirdilər: “Onlar əskik adamlardır.”5 Amma Allah bütün bu təhqirlərə baxmayaraq Peyğəmbəri (s) və möminləri izzətə çatdırmışdır.

◘“İzzət” dedikdə təsirə düşməmək başa düşülür. Həm Allah, həm Peyğəmbər (s), həm möminlər, həm də əqidə məktəbi belədir.6


Bildirişlər


1. Düşmən təbliğatının məqsədi dinin və İslam ümmətinin təhqiridir. Amma Allah-təala həzrət Peyğəmbərə təsəlli vermişdir və kafirləri istəklərinə çatdırmaz.

2. Kafirlərin zəhərli təbliğatı möminə təsir etməməli, onun ruhiyyəsini zəiflətməməlidir.

3. Allah Öz övliyalarına arxa durur, əqidə məktəbi və peyğəmbərlərin qələbəsini təmin edir.7

4. İzzət, şərəf Allahın əlindədir və onun-bunun sözü ilə kimsə alçalmır.



Ayə 66:

﴿أَلا إِنَّ لِلّهِ مَن فِي السَّمَاوَات وَمَن فِي الأَرْضِ وَمَا يَتَّبِعُ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ شُرَكَاء إِن يَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ هُمْ إِلاَّ يَخْرُصُونَ﴾

Agah olun! Həqiqətən, göylərdə və yerdə olan hər kəs Allahındır. Allahın əvəzinə qoşduqları şərikləri çağıranlar (onlara da) itaət etmirlər. Onlar öz gümanlarından başqa bir şeyə itaət etmirlər. Onlar yalnız yalan danışanlardır.


Nöqtələr


◘“Çağırırlar...” cümləsi sual, “itaət etmirlər” cümləsi cavab ola bilər. Yəni uydurduqları şəriklərin ardınca gedənlər nəyə itaət edirlər? Onlar öz gümanlarından başqa bir şeyə itaət etmirlər. Cümlədən belə də anlaşıla bilər ki, hətta Allaha şərik qoşulanlar da Onun mülkündədir.

Bildirişlər


1. Allahın mütləq malikiyyəti tövhid və kamil izzət dəlilidir.

2. Hər şey Allahın mülküdür. Necə ola bilər ki, mülk malikə şərik olsun?!

3. Səmalarda ağlı olan varlıqlar var.

4. Müşriklərin məntiqi, elmi əsasları yoxdur.

5. Müşriklər qoşduqları şəriklərə yox, öz xülyalarına itaət edirlər. Çünki Allahın şəriki yoxdur. Demək, onlar yalan deyirlər.
Ayə 67:

﴿هُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُواْ فِيهِ وَالنَّهَارَ مُبْصِرًا إِنَّ فِي ذَلِكَ لآيَاتٍ لِّقَوْمٍ يَسْمَعُونَ﴾

Rahatlıq tapmağınız üçün sizin üçün gecəni müəyyənləşdirən Odur. O, gündüzü işıqlı etdi. Şübhəsiz, bunda eşidən qövm üçün nişanələr var.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin