Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə49/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

Nöqtələr


◘Nuhun 80 yoldaşı vardı. Kafirlər isə çox idi. Amma Allahın yardımları ilə kafirlər məhv oldu, möminlər yer üzünə varis qaldılar.1

◘Bu ayədə möminlərin xoş aqibətinə və ilahi dəvətə müxalif olanların məhvinə işarə olunmuşdur.


Bildirişlər


1.Təkcə iman bəs etmir. Nicat tapmaq üçün ilahi rəhbərlərlə həmrənglik və yoldaşlıq lazımdır.

2. İman və sabitqədəmliyin nəticəsi qurtuluş və hakimiyyətdir.

3. Qələbə sonda iman əhlinə məxsusdur, küfr və şirk əhli rüsvay olasıdır.

4. Asilərə öncə möhlət verib sonra onları cəzalandırmaq ilahi sünnə, qanunlardandır.

5. Küfrdən bərk-bərk yapışmağın və doğru yoldan çıxmağın nəticəsi fəlakətdir.

6. Öncə xəbərdarlıq, sonra cəza.

7. Yalnız haqq tərəfdarlarına təsəlli verən və azğınları qorxudan tarix faydalı və tərbiyəvidir.

8. Hərəkətləri düzgün istiqamətləndirmək üçün tarixdən, ümmətlərin inkişaf və tənəzzül amillərindən xəbər tutmaq zəruridir.


Ayə 74:

﴿ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِ رُسُلاً إِلَى قَوْمِهِمْ فَجَآؤُوهُم بِالْبَيِّنَاتِ فَمَا كَانُواْ لِيُؤْمِنُواْ بِمَا كَذَّبُواْ بِهِ مِن قَبْلُ كَذَلِكَ نَطْبَعُ عَلَى قُلوبِ الْمُعْتَدِينَ﴾

Həmin vaxt Nuhun ardınca onun qövmünə peyğəmbərlər göndərdik. Onlar xalqa aşkar möcüzə və dəlillər gətirdilər. Amma xalq öncə təkzib etdiyinə iman gətirmək fikrində deyildi. Biz həddi aşanların qəlblərinə bu sayaq möhür vururuq.”


Bildirişlər


1. Ardıcıl peyğəmbər göndərmək ilahi sünnələrdəndir. (Allah həzrət Nuhla həzrət Musa arasındakı dövrdə başqa peyğəmbərlər göndərdi.)

2. Bütün peyğəmbərlərin möcüzəsi olmuşdur.

3. Bütün peyğəmbərlərin müxalifləri vardır.

4. İnsan azaddır. O, möcüzələrə və Allahın qəzəbinə şahid olduqdan sonra da itaətsizlik göstərir.

5. Təkəbbür və zülm qəlblərin möhürlənməsi üçün zəmindir.

6. Möcüzə gördüyü halda iman gətirməyənlər həddi aşanlardır.


Ayə 75:

﴿ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِم مُّوسَى وَهَارُونَ إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ بِآيَاتِنَا فَاسْتَكْبَرُواْ وَكَانُواْ قَوْمًا مُّجْرِمِينَ﴾

Sonra onların ardınca Musa və Harunu Öz möcüzələrimizlə Firon və onun qövmünün başçılarına doğru göndərdik. Amma onlar günahkar qövm olduqlarından təkəbbür göstərdilər. (Peyğəmbərlərin dəvətini qəbul etmədilər.)”


Nöqtələr


◘“Mələ” dedikdə Fironun yaxınları sayılan saray adamları nəzərdə tutulur. Firon cəmiyyəti iki zümrəyə ayırmışdı: Saraydakı qiptilər və məhrum sibtilər. Bu zümrədən biri dəbdəbəli saray həyatı keçirir, digəri qul həyatı yaşayırdı.1

◘Allahlıq iddiası etməsi, günahsız körpələri qətlə yetirməsi, qızları kəniz saxlaması Fironun böyük günahlarından idi.2


Bildirişlər


1. Zalım qüvvələrlə mübarizə peyğəmbərlərin ilkin vəzifəsidir. Çünki fəsadın səbəbi ilə mübarizə fəsadla mübarizədən mühümdür.

2. İctimai əlaqələr qohumluq, tayfa yaxınlığı prinsipləri üzərində qurulduqda həmin cəmiyyətə peyğəmbərlər göndərilirdi. Təşkilat və nizam olan yerdə isə fəsadın kökü ilə mübarizə aparılırdı.

3. Bütlər və zalım qüvvələrə güc verən onların ətrafıdır. Belələri daxilən puçdurlar.

4. Peyğəmbərlərin möcüzəsi olmuşdur.

5. Fironlar və bütlər daim peyğəmbərlərin yolunu kəsmişlər.

6. Günaha vərdiş verənlər peyğəmbər yolunu asanlıqla qəbul etmirlər.


Ayə 76:

﴿فَلَمَّا جَاءهُمُ الْحَقُّ مِنْ عِندِنَا قَالُواْ إِنَّ هَـذَا لَسِحْرٌ مُّبِينٌ﴾

Bizim tərəfimizdən haqq onlara gəldikdə, dedilər: “Şübhəsiz, bu, aşkar bir cadudur.”


Bildirişlər


1. Xalq həqiqət sorağında deyil. Haqpərəstlər xalqın sorağına getməlidirlər.

2. Allahın zatı, peyğəmbərlər, ilahi qanunlar, möcüzələr, bir sözlə, Allaha aid olan hər bir şey haqdır.

3. Peyğəmbərlərin Allahla birbaşa rabitələri var. Möcüzələr və din proqramları ondan qaynaqlanır.

4. Təbliğatçı və rəhbər bilməlidir ki, cəmiyyətin bir zümrəsi onların proqramlarına müxalif olacaq.

5. Peyğəmbərə atılan ən kəskin, ən sadə və ən yayılmış böhtan cadugərlikdir.

6. Böhtan insandakı azğınlıq ruhiyyəsindən qaynaqlanır.

7. Müxaliflər böyük israrla fəaliyyət göstərirlər.
Ayə 77:

﴿قَالَ مُوسَى أَتقُولُونَ لِلْحَقِّ لَمَّا جَاءكُمْ أَسِحْرٌ هَـذَا وَلاَ يُفْلِحُ السَّاحِرُونَ﴾

Musa (onlara) dedi: “Haqq sizin sorağınıza gəldiyi vaxt (onu cadu sayıb) deyirsiniz: “Bu sehrdir?” Halbuki cadugərlər heç vaxt nicat tapmır.”


Nöqtələr


◘Adətən, qeyri-sağlam fərdlər cadugərlik edir və bu məqsədlə ad-san, var-dövlət qazanmaq istəyirlər. Düşmənlər peyğəmbərləri xalqın gözündən salmaq məqsədi ilə onlara belə bir böhtan atırdılar.

Qeyd etməliyik ki, cadugərlik fiqhdə haram sayılmışdır. İmam Xomeyni sehr-cadunu, onun təlimini, qazancını haram bildirmiş, həmçinin olmayan şeyin həqiqət kimi göstərilməsinə, fokusa icazə verməmişdir.1


Bildirişlər


1. Musa öz qələbəsi və böhtançıların məğlubiyyəti haqqında öncədən xəbər verirdi.

2. Düşmənlər həqiqəti sehr, peyğəmbərləri də sehrbaz kimi tanıtdırırdılar.

3. Sehr göstərənlər xalqı aldatdıqları üçün və icazə verilməmiş vasitələrdən istifadə etdiklərinə görə nicat tapmazlar.
Ayə 78:

﴿قَالُواْ أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ آبَاءنَا وَتَكُونَ لَكُمَا الْكِبْرِيَاء فِي الأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَ﴾

Dedilər: “(Ey Musa,) yer üzündə böyüklük və hökumət sizin ikinizin olsun deyə bizi atalarımızın yolundan döndərmək üçünmü gəlmisən? Biz siz iki nəfərə iman gətirən deyilik.”


Nöqtələr


◘Ata-babalara və valideynlərə hörmət onların yanlış addımlarını təkrarlamaq kimi başa düşülməməlidir. Keçmiş mədəniyyətlər araşdırılmalı və yalnız dəlillər əsasında qəbul olunmalıdır.

Bildirişlər


1. Mədəni inqilablar və düşüncə dəyişiklikləri cəmiyyətdə daim əks-əmələ səbəb olmuşdur.

2. Ata-babaların getdiyi yol növbəti nəsillərə təsir göstərir.

3. Fironçu hökumətlərin əsasını xalqın ata-babalarının xurafi əqidələri təşkil edir.

4. Bəzən ata-babalara, onların miraslarına hörmət peyğəmbərlərə qarşı müqavimət vasitəsi olur.

5. Ata-babalara əsassız təqlid batildir.

6. Mədəni irsin qorunması adı altında yanlış iş görməyə icazə verilmir.

7. Zalım hakimlər özləri rəyasətpərəst olduqlarından peyğəmbərlərin də islahatçılığını rəyasətpərəstlik kimi qələmə verirlər.

8. Din təbliğatçıları zalımların böhtanlarını eşitməyə hazırlaşsınlar.


Ayə 79:

﴿وَقَالَ فِرْعَوْنُ ائْتُونِي بِكُلِّ سَاحِرٍ عَلِيمٍ﴾

Firon dedi: “Bütün bilikli cadugərləri mənim yanıma gətirin.”


Ayə 80:

﴿فَلَمَّا جَاء السَّحَرَةُ قَالَ لَهُم مُّوسَى أَلْقُواْ مَا أَنتُم مُّلْقُونَ﴾

Cadugərlər (mübarizə meydanına) gəldiyi vaxt Musa dedi: “(Öz cadu vasitələrinizdən) atacağınızı atın.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin