Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə55/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   51   52   53   54   55   56   57   58   ...   81

Bildirişlər


1. Xalqın iman gətirib-gətirməməsindən asılı olmayaraq ilahi göstərişlərdən boyun qaçırmayaq.

2. Peyğəmbərlər vəhy göstərişinə təslimdirlər.

3. Vəhy tədricən nazil olmuşdur.

4. Vəhyə itaət üçün səbrə ehtiyac var.

5. Rəhbər səbirli olmalıdır.

6. Elm əməlin, sabitqədəmlik qələbənin şərtidir.

7. Gələcəyə görə narahat olmayaq. Allah ən üstün hakimdir.

“HUD” SURƏSİ

(11-ci surə, 122 ayə)

On bir, on ikinci cüzlər

“Hud” surəsinin siması


Bu surə peyğəmbərin Məkkə həyatının son illərində nazil olmuşdur. Həmin illərdə həzrət Əbu-Talib və həzrət Xədicə vəfat etdiyindən müsəlmanlar çox çətin vəziyyətdə yaşayırdılar.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hud” surəsi məni qocaltdı.”1 Çünki bu surədə möhkəm dayanmaq əmri gəlmişdi: “Sənə əmr edildiyi kimi möhkəm dayan və səbir et. Sənin yoldaşların da möhkəm dayanmalıdır.”2 Amma ətrafındakıların səbirsizliyi həzrət Peyğəmbərə (s) əziyyət verirdi.

123 ayədən ibarət olan bu surədə peyğəmbərlərin tarixindən, xüsusi ilə həzrət Nuhun həyatından və bir sıra etiqadi məsələlərdən danışılır. Peyğəmbərlərin tarixindən məlum olur ki, onların hərəkatı ötəri bir hadisə yox, davamlı bir cərəyan olmuşdur. Peyğəmbərlərin və onların qövmlərinin tarixinin mütaliəsi yüksəliş və süqutun səbəblərini açıqlayır. Aydın olur ki, din cəmiyyətdən ayrı deyil və cəmiyyətin taleyi onun dinindən asılıdır.

Bu surədə həzrət Nuhun adı beş dəfə xatırlanır. Quranın qalan hissəsində də uyğun ad həmin qədər zikr olunmuşdur.


بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم



Ayə 1:

﴿الَر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ﴾

Əlif, Lam, Ra, (Quran) ayələri möhkəmlənmiş, agah, hikmət sahibi olan tərəfindən şərh edilmiş bir kitabdır.”


Ayə 2:

﴿أَلاَّ تَعْبُدُواْ إِلاَّ اللّهَ إِنَّنِي لَكُم مِّنْهُ نَذِيرٌ وَبَشِيرٌ﴾

Bir Allahdan qeyrisinə pərəstiş etməyin. Həqiqətən, mən Onun tərəfindən sizə xəbərdarlıq edən və müjdə verənəm.”


Nöqtələr


◘Quran dili ixtiyarımızda olan əlifba həriflərindən təşkil olunmuşdur. Allah həmin sadə hərflərdən elə bir kitab toplamışdır ki, kimsə onun oxşarını ərsəyə gətirə bilməz. İnsan torpaqdan kərpic və təndir düzəltdiyi halda, Allah-təala həmin torpaqdan minlərlə çeşiddə bitki, çiçək, meyvə, heyvan və insan xəlq etmişdir. Bəli, Allahın qüdrətini yaranış nizamında gördüyümüz kimi, ilahi kitabda da müşahidə edə bilərik.

◘Quran möhkəm və müfəssəl bir kitabdır. Onda heç bir nöqsan yoxdur. O həm fəsahətli, həm də bəlağətlidir. Onun məfhumları müxtəlif fəsillərdə və surələrdə ayrı-ayrılıqda ardıcıl şəkildə bəyan olunmuşdur.

◘Quranın bir ruhu var və bu ruh tövhid ruhudur. Quranda gətirilən bütün əhvalatlar, moizələr, hökmlər və ayələr həmin tövhid ruhunu açıqlayır.

◘Quran dəyişməz və təhrifsiz bir kitabdır. Ona münasibətdə şəkk-şübhəyə yer yoxdur. Quranın bəyanatları hansısa ehtimala yox, dəlillərə əsaslanır.


Bildirişlər


1. Quran yetərincə mühüm kitabdır.

2. Quranın kəlmələri və məfhumları onun əzəmətini göstərir.

3. Quranın bünövrəsi möhkəmdir və heç bir şey bu bünövrəni lərzəyə gətirə bilməz. Bəşər elmi inkişaf etdikcə Qurandan daha çox sirlər kəşf edilir.

4. Qanun və kitab həm mökəm, həm də aydın olmalıdır. (Qeyri-ilahi qanunlar isə ya davamsızdır, ya qaranlıqdır, ya da hikmət və agahlıqdan məhrumdur.)

5. Quran həm dəlillərlə möhkəmlənmişdir, həm də dünya və axirət həyatının bütün yönümlərini əhatə edir.

6. Quran Peyğəmbərin (s) qəlbinə bütöv şəkildə nazil olmuş, 23 il müddətində açıqlanmışdır.

7. Allah-təala hikmət sahibi olduğundan Onun kitabı da möhkəmdir. Allah “Xəbir”, yəni agah olduğundan, Onun kitabında bütün ehtiyaclara cavab verilmişdir.

8. Təkallahlığa və tövhidə dəvət bütün peyğəmbərlərin şüarıdır.

9. Səmavi kitabların nazil olmasında məqsəd tövhidin bərpası və cəmiyyətin şirkdən paklanmasıdır.

10. Tövhidə dəvət, xəbərdarlıq və müjdə Allahın möhkəm kəlamının nümunəsidir.

11. Peyğəmbər Allah tərəfindən xalqın səadəti üçün gəlmişdir.

12. Peyğəmbərin təbliğ üslubu xəbərdarlıq və müjdədir.



Ayə 3:

﴿وَأَنِ اسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ يُمَتِّعْكُم مَّتَاعًا حَسَنًا إِلَى أَجَلٍ مُّسَمًّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهُ وَإِن تَوَلَّوْاْ فَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ كَبِيرٍ﴾

Rəbbinizdən bağışlanma diləyin və Ona doğru qayıdın ki, sizi müəyyən bir müddət xeyir bəhrəyə çatdırsın, fəzilətinə görə artırsın. Əgər üz döndərsəniz, şübhəsiz mən böyük günün sizə əzabından qorxuram.”


Nöqtələr


◘Ötən ayədə tövhid haqqında danışıldı. Bu ayədə isə Allaha doğru qayıdış və tövhid yolunu tutmaq mövzuları bəyan olundu.

◘“Mətaən həsənən”, yəni ruhi aramlıqla müşayiət olunan xoş bir həyat deməkdir. Halbuki başqaları maddi baxımdan rifah içində yaşasalar da, Allah zikrindən uzaq düşdükləri üçün acı bir ömür sürürlər.


Bildirişlər


1. Peyğəmbərlərin vəzifələrindən biri azğınların tərbiyəsidir.

2. İnsan nə qədər ki, günah yükünü yerə qoymayıb, haqqa doğru pərvaz edə bilməz.

3. Günahdan uzaqlaşmaq kafi deyil, Allaha doğru hərəkət də lazımdır.

4. Tövbə vacibdir.

5. Günaha görə tövbə qılmaq Allahın maddi nemətlərinin nazil olmasına səbəb olur.

6. Kafirlərin və günahkarların ixtiyarında olan imkan fitnə-fəsad yolunda sərf olunduğundan bərəkətsiz sayılır.

7. İslam dini gözəl yaşayışa diqqətlidir.

8. İman və tövbə insanın həyatının ölüm gününədək sığortalayır.

9. Tövbə həm keyfiyyət, həm də kəmiyyətcə üstün bəhrələnmə rəmzidir.

10. Tövbə qəfil ölümlərin qarşısını alır.

11. Ölüm vaxtı insana məchuldur.

12. Qiyamətdə insanların dərəcələri fərqlidir. Dünyada daha çox fəzilət əldə edən şəxs axirətdə daha çox lütfə çatır.

13. Peyğəmbərlər xalqa can yandırmışlar.

14. Tövbəni tərk etmək böyük (kəbirə) günahdır.


Ayə 4:

﴿إِلَى اللّهِ مَرْجِعُكُمْ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

Sizin qayıdışınız Allaha doğrudur və O, hər şeyə qadirdir.”




Ayə 5:

﴿أَلا إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُواْ مِنْهُ أَلا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ﴾

Bilin ki, müxaliflər özlərini peyğəmbərdən gizləmək üçün baş və sinələrini bir-birinə yaxınlaşdırır, libaslarını başlarına çəkirlər. Allah onların bütün gizli və aşkar işlərini bilir. Həqiqətən, O, sinələrin dərinliyində olan sirlərdən agahdır.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin