Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə69/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   65   66   67   68   69   70   71   72   ...   81

Nöqtələr


◘Kafirlər həzrət Salehə öncə belə dedilər: “Sən bizim ümid yerimiz idin, biz səni sevirdik.” Onlar düşünürdülər ki, bu sözlərdən sonra həzrət Saleh mövcud rabitələri qorumaq üçün öz dəvətindən əl çəkər.

Bildirişlər


1.Təbliğatçının adı və keçmişi təmiz olmalıdır.

2. Azğınların tərifi bizi yuxuya verməməlidir. (Düşmənin bizi tərif etməkdə məqsədi var.)

3. Peyğəmbərlər xurafi əqidələri aradan qaldırırlar.

4. İnsan ata-babalarının və keçmişdəkilərin əqidəsini kor-koranə qəbul etməməlidir.

5. Tarix ötdükcə qövmlərin mədəniyyəti bir-birinə qarışmışdır.

6. İnsanlar öz ata-babalarının əqidəsindən asanlıqla əl çəkmirlər. (Dərhal islah təmənnasında olmayaq.)

7. İstənilən yeni bir söz və proqram xalqda tərəddüd yaradır.

8. Əgər şəkk təhqiq və hidayət zəmini üçün müqəddimə olmazsa, böyük bir süqutun amilinə çevrilər.


Ayə 63:

﴿قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَى بَيِّنَةً مِّن رَّبِّي وَآتَانِي مِنْهُ رَحْمَةً فَمَن يَنصُرُنِي مِنَ اللّهِ إِنْ عَصَيْتُهُ فَمَا تَزِيدُونَنِي غَيْرَ تَخْسِيرٍ﴾

(Saleh) dedi: “Ey mənim qövmüm! Sizin fikriniz budur ki, əgər Rəbbim tərəfindən möcüzəm olsa və Onun rəhmətinə nail olsam (ağzımı bağlayıb təbliğ etməməliyəmmi?) Əgər Allaha qarşı günah işlətsəm (risalətimi yerinə yetirməsəm), Onun qəzəbi qarşısında kim mənə yardım göstərəcək? Siz mənə yalnız zərər-ziyan artırırsınız.”


Bildirişlər


1.Səmavi dinlər və ilahi rəhbərlər xalqı tövhidə zorla yox, aşkar dəlil və möcüzə ilə dəvət edirlər.

2. Nübuvvət məqamı Allahın Öz bəndələrinə olan xüsusi bir rəhmətidir.

3. Peyğəmbərlər öz risalələrində səhlənkarlığa yol verdikdə Allahın qəzəbinə gəlirlər.

4. Xalqın xoşuna gəlib onların himayəsini qazanmaq fikri ilə Allah və Onun yolundan əl çəkməyək. Azğın camaat başqaları üçün yalnız zərər-ziyan artırır.

5. Haqla müxalifətçilik zərərdir.


Ayə 64:

﴿وَيَا قَوْمِ هَـذِهِ نَاقَةُ اللّهِ لَكُمْ آيَةً فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللّهِ وَلاَ تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ قَرِيبٌ﴾

(Saleh öz möcüzəsinin bəyanında dedi:) “Ey mənim qövmüm! Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu azad buraxın, Allahın yerində otlasın. Onu incitməyin ki, tezliklə sizi əzab bürüyər.”


Nöqtələr


◘Həzrət Salehin dəvəsi bir sıra imtiyazlara malik idi. Dağın köksündən çıxmışdı, təmasda olmadan balaya qalmışdı, bir günə bütün kəndin suyunu içirdi, məntəqə əhalisinin ehtiyacı qədər süd verirdi, xalqın bu dəvəyə heç bir qulluq məsuliyyəti yox idi.

◘Həzrət Saleh xalqa buyurdu: “Mən sizin bütlərdən bir şey istəyim, siz də mənim Allahımdan bir şey istəyin. Hansı müsbət cavab versə, hamımız ona pərəstiş edək.” Müşriklər qəbul etdilər. Onlar istədilər ki, dərhal dağın köksündən hamilə bir dəvə çıxsın. Allah onların istəyini yerinə yetirdi. Deyilən şərtlərə malik bir dəvə dağın köksündən xaric oldu.1


Bildirişlər


1. Peyğəmbərin dəlil və möcüzəsi xalq tərəfindən hiss olunmalıdır. Onlar bu möcüzəni anlamalı, müşahidə etməlidirlər.

2. Allahın qüdrət əli açıqdır və O, qüdrət sahibidir. Allah Öz peyğəmbərinə dəvənin dağın köksündən çıxması kimi möcüzə verə bilər.

3. Salehin dəvəsi böyük bir möcüzə idi.

4. Müqəddəsliklərə hörmət göstərmək lazımdır.

5. Müqəddəsliklərin təhqiri dərhal əzabla nəticələnir.
Ayə 65:

﴿فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُواْ فِي دَارِكُمْ ثَلاَثَةَ أَيَّامٍ ذَلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍ﴾

(Bütün bu xəbərdarlıqlara baxmayaraq Səmud qövmü) dəvəni kəsdilər. (Saleh) dedi: “Üç gün evlərinizdə bəhrələnin, (sonra ilahi əzab yetişəcək). Bu, doğru bir vəddir.”


Nöqtələr


◘Rəvayətdə oxuyuruq ki, dəvəni bir nəfər öldürdü. Bununla belə Quran bütün xalqın dəvəni öldürdüyünü bildirir. Bunun səbəbi ətrafdakıların qatillə razılaşması idi. İslamın nəzərincə, hər bir fərdin günahı onun tərəfdar və hamilərinin də ayağına yazılır.2

Sual: Üç gün möhlətin mənası nə idi?



Cavab: Bunun bir sıra səbəbləri var: Tövbə üçün fürsət vermək, ruhi sıxıntıya salmaqla əzabı artırmaq (əgər bir şəxsə üç gün sonra öləcəyi xəbər verilsə, həmin üç gün onun ruhuna ən böyük zərbə olur), bu müddətin təyini qeybi bir xəbər olduğundan, peyğəmbərin haqq olmasının növbəti bir sübutu idi.

Bildirişlər


1. Başqalarının günahı ilə razılaşmaq onların günahına şəriklikdir.1

2. Allahın xəbərdarlıqlarını zarafat saymayın.

3. Müqəddəsliklərin təhqiri qəti əzabla nəticələnir.
Ayə 66:

﴿فَلَمَّا جَاء أَمْرُنَا نَجَّيْنَا صَالِحًا وَالَّذِينَ آمَنُواْ مَعَهُ بِرَحْمَةٍ مِّنَّا وَمِنْ خِزْيِ يَوْمِئِذٍ إِنَّ رَبَّكَ هُوَ الْقَوِيُّ الْعَزِيزُ﴾

(Üç gün ötdükdən sonra) Bizim (əzab) fərmanımız gəldi. Saleh və onunla birlikdə iman gətirənlərə Öz rəhmətimizlə nicat verdik və onları həmin günün zəlalətindən (xilas etdik). Həqiqətən, sənin Rəbbin yenilməz qüvvə sahibidir.”


Nöqtələr


“Xizy” dedikdə aşkar olması ilə insanı rüsvay edən eyb nəzərdə tutulur.

Zəlzələ, sel, yoluxucu xəstəliklər kimi təbii bəlalar kafirlərlə yanaşı möminləri də əhatə edə bilər. Necə ki, bir qrup insanın ehtiyatsızlığından çoxları əziyyət çəkir. Möminlər Allahın kafirlərə nazil etdiyi qəzəbdən o zaman nicat tapırlar ki, “əmr be məruf” və “nəhy əz münkər”i tərk etməmiş olsunlar, azğınlıqlar qabağında susmasınlar.


Bildirişlər


1. Allah-təala peyğəmbərləri və onların ardıcıllarını öz əzabından qoruyur.

2. Allahın qəzəbindən qurtulmaq üçün iman və peyğəmbərə tabeçilik zəruridir.

3. Peyğəmbərə tabeçilik insanın başıucalıq və izzət səbəbidir.

4. Kafirlərin arasında bir neçə möminə nicat vermək Allah üçün çətin deyil.

5. Allah-təala peyğəmbərə təsəlli verir ki, Mən sənin müxaliflərinlə lazımı şəkildə rəftar etməyə qadirəm. Çünki O, yenilməz qüvvə sahibidir.
Ayə 67:

﴿وَأَخَذَ الَّذِينَ ظَلَمُواْ الصَّيْحَةُ فَأَصْبَحُواْ فِي دِيَارِهِمْ جَاثِمِينَ﴾

Zalımları (səmadan gələn) bir səs bürüdü. Onlar Öz evlərində üzü üstə düşdülər (və öldülər).”


Ayə 68:

﴿كَأَن لَّمْ يَغْنَوْاْ فِيهَا أَلاَ إِنَّ ثَمُودَ كَفرُواْ رَبَّهُمْ أَلاَ بُعْدًا لِّثَمُودَ﴾

(Səmud qövmü səs və zəlzələdən elə məhv oldu ki,) sanki heç vaxt orada sakin olmamışdı. Bilin ki, həqiqətən, Səmud öz Rəbbini inkar etmişdi. Bilin ki, Səmud (ilahi rəhmətdən) uzaq oldu.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin