Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə78/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   73   74   75   76   77   78   79   80   81

Nöqtələr


◘Rəvayətlərdə bildirilir ki, zalıma məhəbbət və itaət ona sığınmaq nümunələrindən sayılır. Rəvayətdə oxuyuruq: “Zülmkar şəxs qohumun və ya dostun olsa da, ona ümid bağlama.”1 “Kafi” kitabında nəql olunur ki, əgər zülmkar bir şey bağışlamaq üçün əlini cibinə salacağı qədər yaşamasına razı olsan, zalıma sığınmısan və bil ki, Allah bu işi qadağan etmişdir.2

◘Əmr sahibinə itaət vacib, zalıma sığınmaq haramdırsa, demək, əmr sahibi (rəhbər) zalım ola bilməz. Günah zülm nümunəsi sayıldığından əmr sahibi hətta məsum olmalıdır.

Zalıma sığınmaq odla nəticələnir. Görün zalımın öz vəziyyəti necə olacaq!

Bildirişlər


1. Daxili və xarici zülmkara istənilən cür meyl və etimad qadağandır. (Həmkarlar itaət və rəhbərliyə layiq deyil.)

2. Zülmkara sığınmaq kəbirə (böyük) günahdır. (Quranda od vəd olunmuş hər bir günah kəbirə günahdır)

3. Zalıma sığınmaq əvəzinə Allaha təvəkkül edək.

4. Sitəmkara sığınmağın nəticəsi qürbət və tənhalıqdır.


Ayə 114:

﴿وَأَقِمِ الصَّلاَةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِّنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّـيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ﴾

Günün iki tərəfində və gecə vaxtları namazı bərpa edin. Həqiqətən, (namaz kimi) yaxşı işlər pislikləri məhv edir. Bu (fərman) zikr əhli üçün xatırlatmadır.”


Ayə 115:

﴿وَاصْبِرْ فَإِنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ﴾

Möhkəm ol, həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını zay etmir.”


Nöqtələr


◘Rəvayətdə “günün iki tərəfi” deyilərkən sübh və qürub vaxtı, “gecə vaxtları” deyilərkən axşam namazının nəzərdə tutulduğu bildirilir.3

Əlbəttə ki, bu ayə gündəlik namazları tam şəkildə bəyan etmir.

◘Bir şəxs öz çirkin əməllərinə görə narahat idi. Ona görə də məsciddə namazdan sonra Peyğəmbərdən (s) onu cəzalandırmasını istədi. Həzrət (s) ona buyurdu: “Həmin pis işdən sonra cəmiyyət namazında iştirak etdiyin üçün Allah səni bağışladı.”1

◘İmam Sadiqdən (ə) soruşdular ki, zalımlıqla pul qazanan bir şəxs “yaxşı işlər pis işləri məhv edir” ayəsinə ümid edib fəqirlərə yardım göstərirsə, həccə gedirsə, bu düzgündür? Həzrət (s) buyurdu: “ Günahı günahla yumaq olmaz.”2 Belə bir şəxsin əldə etdiyi mal xalqındır. Xalqın malını isə istənilən bir şəkildə sərf etmək haramdır.


Quranın ən ümidverici ayəsi


◘Həzrət Əli (ə) ətrafındakılardan soruşdu: “Quranın ən ümidverici ayəsinin hansı ayə olduğunu bilirsinizmi?!” Hərə öz halına uyğun bir ayə söylədi. Bəziləri bu ayəni oxudular: “Allah şirkdən savay bütün günahları bağışlayır.”3 Digərləri başqa bir ayəni oxudular: “Hər kəs xilaf iş görüb zülm etsə və sonra tövbə qılsa, Allahın bağışlayan və mehriban olduğunu görər.”4 Oradakılardan bir dəstəsi başqa bir ayəni oxudu: “Ey bəndələrim, öz haqqınıza münasibətdə israf etmisiniz. Allahın rəhmətindən məyus olmayın. Çünki O, bütün günahları bağışlayır.”5 Bir başqaları bu ayəni ən ümidverici ayə kimi tanıdıqlarını bildirdi: “Çirkin bir iş görən və özünə zülm edən kəslər Allahı yada salar və günahlarına görə bağışlanma diləyərlər. Allahdan savay günahları bağışlayan kimdir?!6

Həzrət (s) onları dinlədikdən sonra sözə başladı: “Həbibim Peyğəmbərdən (s) eşitmişəm ki, bu ayə Quranın ən ümidverici ayəsidir: “Və əqimus-səlatə tərəfəyin nəhari...”7 Sonra Peyğəmbər (s) sözünə belə davam etdi: “Ya Əli, and olsun bizi xalqa doğru müjdəçi və qorxudan olaraq göndərən Allaha, insan dəstəmaz aldıqda günahları yuyular, üzü qibləyə dayandıqda pak olar. Ya Əli, gündəlik namazlarını qılan kəs hər gün beş dəfə evinin qarşısındakı çayda yuyunan kəs kimidir.”8


Bildirişlər


1. Rəhbər xalqa nümunə olmalıdır.

2. Namazı bütün şərtləri ödəməklə və kamil qaydada yerinə yetirmək lazımdır. “İqamə” sözündə tamlıq mənası var.

3. Namaz möminlərin qəlbinin qüvvəsidir. Ötən ayədə sabitqədəmliyin və zalımlara etimadsızlığın zəruriliyi bəyan olundu. Bütün bunlar üçün yüksək ruhiyyəyə ehtiyac var. Ona görə də Allah bu ayədə namaz vasitəsi ilə ruhun gücləndirilməsini əmr edir.

4. Namazları qeyd olunmuş vaxtda qılmaq lazımdır.

5. Namaz yaxşı işin ən aşkar nümunəsidir.

6. İnsanın əməlləri bir-birinə təsir göstərir.

7. Namaz göstərişi Allahın ən işıqlı öyüdüdür. (Namaz ilahi zikrdir.)

8. İlahi xatırlatmalardan hər insan bəhrələnə bilmir.

9. Namazın bərpası səy və hövsələ tələb edir.1

Ayə 116:

﴿فَلَوْلاَ كَانَ مِنَ الْقُرُونِ مِن قَبْلِكُمْ أُوْلُواْ بَقِيَّةٍ يَنْهَوْنَ عَنِ الْفَسَادِ فِي الأَرْضِ إِلاَّ قَلِيلاً مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ وَاتَّبَعَ الَّذِينَ ظَلَمُواْ مَا أُتْرِفُواْ فِيهِ وَكَانُواْ مُجْرِمِينَ﴾

Nə üçün sizdən əvvəlki vaxtlarda xalqı yer üzündə fəsaddan çəkindirən elm və qüdrət sahibləri olmayıb? Məgər onların arasında az kəsəmi nicat verdik? Zalımlar onları məst və azğın edən mal və məqam sorağında idilər. Onlar günahkar adamlardır.”


Nöqtələr


◘“Bəqiyyə” sözü Quranda üç dəfə işlədilmişdir. Bu söz, ərəb lüğətində “fəzl və qüdrət” kimi mənalandırılsa da, Quranda “saxlanan” mənasını bildirir. Bu söz insanların nəfis şeyləri özü üçün saxlamasına işarə ola bilər. Başqa bir yanaşmaya əsasən, yalnız qüdrət və qüvvə sahibləri səhnədə qala bilir.

◘Ayədə Allah-təala bir qrupu elm və qüdrətə yiyələnib cəmiyyəti islah etmədiyi üçün qınayır.

Bu xəbərdarlıq Quranda “ləvla” sözü ilə bir neçə dəfə təkrarlanmışdır.2

◘114-cü ayədə namaz, bu ayədə isə “nəhy əz münkər” haqqında danışılmışdır. Namaz və əmr be mərufun yanaşı yada salındığı ayələr də var: “Ənkəbut”, 45; “Hud”, 114; “Loğman”, “Həcc”, 41.


Bildirişlər


1. Bütün dövrlərdə ictimai fəsadlara biganə qalan insanlar məhkum və tənqid olunmuşlar.

2. “Nəhy əz munkər” vəzifəsinə münasibətdə ən böyük məsuliyyət elm və qüdrət sahiblərinin öhdəsinə düşür.

3. Bütün cəmiyyətlərdə islahatçı və canıyanan fərdlər azlıq təşkil edir.

4. Keçmiş ümmətlərin süqut rəmzi onların fəsada biganəliyi və “nəhy əz münkəri” tərk etməsi olmuşdur.

5. Doğru yol təbliğçilərinin canıyananlığının və cəmiyyətin islahının nəticəsi ilahi qəzəbdən qurtuluşdur.

6. Zülm, əyyaşlıq və günah süqut üçbucağının tərəfləridir.



Ayə 117:

﴿وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ الْقُرَى بِظُلْمٍ وَأَهْلُهَا مُصْلِحُونَ﴾

Rəbbin xalqı islahçı olan abadlıqları zülm və sitəmlə həlak etmək qəsdində deyil.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin