Bildirişlər
1. Hədə və müjdənin bəyanı peyğəmbərlərin vəzifəsidir.
2. İnsan azaddır və peyğəmbər də onu məcbur etmir.
3. Moizəni qəbul etməyən insana xatırlatmağın faydası yoxdur. Belələrinə hədə təsir göstərir.
4. Təbliğatçı öz yoluna və hədəfinə tam inanmalıdır.
5. Təbliğdə qarşı tərəflə onun ağıl və düşüncəsinə uyğun danışılma-lıdır. İnadkar insanlara münasibətdə qəhr-qəzəb daha təsirlidir.
6. Xoş aqibət peyğəmbər və möminlərin intizarındadır.
Ayə 123:
﴿وَلِلّهِ غَيْبُ السَّمَاوَاتِ وَالأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ الأَمْرُ كُلُّهُ فَاعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ﴾
“Göylərin və yerin sirri yalnız Allah üçündür. Bütün işlər Ona doğru qaytarılasıdır. Onun bəndəsi ol (yalnız Ona pərəstiş et) və Ona təvəkkül et. Rəbbin sizin əməllərinizdən xəbərsiz deyil.”
Nöqtələr
◘Qeyb elmi mütləq şəkildə Allaha məxsusdur. Amma Allahın izni ilə peyğəmbər də bu elmdən bəhrələnir.1
Bildirişlər
1. Varlıq aləminin sirlərindən yalnız Allah xəbərdardır.
2. Yer və göyün (bütün varlıq aləminin) zahirindən əlavə batini də var.
3. Hər şeyin qayıdışı Ona doğrudur.
4. Qeybə iman ibadət və təvəkkül üçün zəmin yaradır.
5. Allaha təvəkkül edən insan Onun lütfünə nail olur.
6. İnsanın əməllərindən xəbərdarlıq Allahın rübubiyyət şənindən-dir.
Dostları ilə paylaş: |